Ekspert: "Ermənistana real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək"


Siyasət 09 Avq 2017 12:06:00 31 0

Ekspert: "Ermənistana real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək"

Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq.

Son.az xəbər verir ki, bunu trend-ə Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, "Unudulmuş münaqişə" kitabının müəllifi Andre Vidmer deyib.

O bildirib: "Təəssüf ki, Suriya, İraq, Yəmən və Ukraynadakı müharibələr və Şimali Koreya böhranı fonunda Qarabağ münaqişəsi sanki beynəlxalq ictimaiyyət tərəfindən unudulub. Belə görünür ki, 2016-cı ilin aprelində qeydə alınan eskalasiyadan sonra əsas oyunçular - Rusiya və ABŞ münaqişənin həll olunması üçün kifayət qədər güc sərf etmək niyyətində deyillər".

Ekspert qeyd edib ki, münaqişənin həlli yolları Moskvanın əlindədir: "Rusiyanın iqtisadi və siyasi gücü var ki, Ermənistanı işğalı dayandırmağa məcbur etsin. İlk addım Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi ola bilər. Amma təəssüf ki, Rusiya həqiqətən də postsovet məkanındakı münaqişələrin həll olunmasında maraqlı deyil".

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

loading...
Xırdalanda yaşayış evi yanır - FOTO like
  • 09 Avq 12:05  
Sosial Xırdalanda yaşayış evi yanır - FOTO

FHN əməkdaşlarından birinin halı pisləşib

arrow Ətraflı
Adriana keçmiş sevgilisini evinə çağırdı like
  • 09 Avq 12:05  
Digərləri Adriana keçmiş sevgilisini evinə çağırdı

Yay boyunca sevgilisi, türk yazar Metin Hara ilə yaşadığı eşq səbəbind

arrow Ətraflı
Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib like
  • 09 Avq 12:00  
Siyasət Prezident İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət edib

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub

arrow Ətraflı
Azərbaycanlı aparıcının özəl günü  FOTO like
  • 09 Avq 12:00  
Şou-biznes Azərbaycanlı aparıcının özəl günü FOTO

Aparıcı Zümrüd Bədəlova ad gününü qeyd edib. 

arrow Ətraflı
Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir" like
  • 09 Avq 11:55  
Siyasət Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir"

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanl

arrow Ətraflı
İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz like
  • 09 Avq 11:54  
Digərləri İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz

Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda yerli imam-xətiblər ü&c

arrow Ətraflı
Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar like
  • 09 Avq 11:51  
Digərləri Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar s

arrow Ətraflı
“İnter” “Keşlə” olacaq" - Rəsmi like
  • 09 Avq 11:51  
İdman “İnter” “Keşlə” olacaq" - Rəsmi

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsm

arrow Ətraflı
Rəqsanənin yataq otağı paylaşımları  FOTO like
  • 09 Avq 11:51  
Şou-biznes Rəqsanənin yataq otağı paylaşımları FOTO

Bir müddətdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova əri ilə T

arrow Ətraflı
Monteneqroda kilsənin yaxınlığında partlayış olub like
  • 09 Avq 11:45  
Dünya Monteneqroda kilsənin yaxınlığında partlayış olub

Kilsəyə yaxın binalara və ətrafdakı avtomobillərə ziyan dəyib

arrow Ətraflı
Azərbaycanlı qız "muravey"lə gəlin köçdü  VİDEO  FOTO like
  • 09 Avq 11:44  
Digərləri Azərbaycanlı qız "muravey"lə gəlin köçdü VİDEO FOTO

Azərbaycanlı Nazilə Məhsimovanın Türkiyədə baş tutan nikahı böyük ma

arrow Ətraflı