İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz


Digərləri 09 Avq 2017 11:54:00 37 0

İcra hakimiyyəti imamların saqqalını ölçəcək: 3 santimetrdən uzun olmaz

Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda yerli imam-xətiblər üçün saqqal norması qoyulub. Rayonun icra hakimiyyəti onların 3 santimetrlik saqqal saxlamasını tövsiyə edir. Bunu jurnalistlərlə söhbətində rayon icra hakimiyyətinin başçısı Salohiddin Rajabzoda deyib. Məmurun sözlərinə görə, «üç santimetrlik saqqal» taciklərin mədəniyyətinə və dininə uyğundur.

Dusti rayonunun mərkəzi məscidinin imam-xətibi Nasrullo Fayzulloev hökumətin bu çağırışına hamıdan birinci cavab verib. O, Azadlıq Radiosunun tacik xidmətinə (Radio Ozodi) bildirib ki, hənəfi məzhəbinə inananların saqqalı bir sıxılmış yumruq uzunluğunu keçməməlidir. Tacikistanın Üləmalar Şurası hələ 2012-ci ilin noyabrında belə bir saqqal norması qoyubmuş. O zaman Tacikistanın İslam Mərkəzi (Üləmalar Şurası bu mərkəzin yanında fəaliyyət göstərir) bildirib ki, bu norma Tacikistanın dini işlər komitəsinin xahişi ilə qəbul edilib.

«Mənim saqqalım Üləmalar Şurasının normalarına cavab verirdi. Ancaq rayon hökuməti saqqalımı qırxmağımı xahiş etdi və indi saqqalımın uzunluğu 3 santimetri keçmir», – deyə imam-xətib bildirib.

Tacikistanda 2014-cü ildən bəri cümə məscidlərinin imam-xətibləri də dövlət qulluqçuları kimi maaş alırlar. Ölkədə onların ümumi sayı 265 nəfərdir. Digər din xadimlərinə, o cümlədən başqa konfessiyaların nümayəndələrinə maaş verilməsi nəzərdə tutulmur.

Hələ 2009-cu ildə Tacikistanda müəllim işləyən kişilər üçün saqqal normaları müəyyən edilmişdi. Yalnız yaşı 50-ni keçmiş müəllimlərin saqqal saxlamasına icazə verilirdi. Onların da saqqalı 3 santimetri keçməməli idi.

İki il öncə isə Tacikistanda saqqala qarşı kampaniya başlayıb. Bütün ölkədə milis əməkdaşları yüz minlərlə saqqallı kişini saxlayıb. Milis onların şəxsiyyətini müəyyənləşdirəndən və hətta əl izlərini götürəndən sonra zorla saqqallarını qırxıb. Onlardan bəzilərini saqqallarını könüllü qırxmayacaqları halda 150 somoni (bugünkü kursla 17 dollar) məbləğində cəriməylə hədələmişdilər. Xatlon vilayətində yerli hökumət 13 minədək kişinin saqqalını zorla qırxmışdı.

Tacikistanın Daxili İşlər Nazirliyi sözügedən kampaniyayla hər hansı əlaqəsini inkar edirdi. Nazirlik rəhbərliyinin bu məsələyə göstəriş vermədiyini iddia edirdi. 2015-ci ilin aprelində Daxili İşlər Nazirliyi iki milis əməkdaşının vətəndaşların saqqalını zorla qırxdığına görə cəzalandırıldığını bildirmişdi.

Ekspertlər hesab edirlər ki, Tacikistan hökumətinin saqqal saxlamağa qarşı yönəlmiş bu hərəkətləri cəmiyyətin radikallaşmasıyla mübarizə və dünyəvi idarəçilik formasını qoruyub saxlamaq niyyəti ilə bağlıdır.

Tacikistanın hakim dairələri cəmiyyətdə ekstremist meyllərin güclənməsindən, gənclərin ekstremist qruplaşmalara qoşulmasından və terror təhlükəsinin artmasından narahatdır. Bu terror təhlükəsi həm də ölkənin cənub sərhədlərində bir çox ölkələrdə qadağan edilmiş «İslam Dövləti» terror təşkilatının yaraqlılarının peyda olmasıyla bağlıdır.

loading...
Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar like
  • 09 Avq 11:51  
Digərləri Azərbaycanda banklar il ərzində dollar satışını 2,7 dəfə azaldıblar

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar 621,67 milyon dollar s

arrow Ətraflı
“İnter” “Keşlə” olacaq" - Rəsmi like
  • 09 Avq 11:51  
İdman “İnter” “Keşlə” olacaq" - Rəsmi

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsm

arrow Ətraflı
Rəqsanənin yataq otağı paylaşımları  FOTO like
  • 09 Avq 11:51  
Şou-biznes Rəqsanənin yataq otağı paylaşımları FOTO

Bir müddətdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova əri ilə T

arrow Ətraflı
Monteneqroda kilsənin yaxınlığında partlayış olub like
  • 09 Avq 11:45  
Dünya Monteneqroda kilsənin yaxınlığında partlayış olub

Kilsəyə yaxın binalara və ətrafdakı avtomobillərə ziyan dəyib

arrow Ətraflı
Azərbaycanlı qız "muravey"lə gəlin köçdü  VİDEO  FOTO like
  • 09 Avq 11:44  
Digərləri Azərbaycanlı qız "muravey"lə gəlin köçdü VİDEO FOTO

Azərbaycanlı Nazilə Məhsimovanın Türkiyədə baş tutan nikahı böyük ma

arrow Ətraflı
Bakıda ana və uşaq doğuş zamanı öldü like
  • 09 Avq 11:42  
Digərləri Bakıda ana və uşaq doğuş zamanı öldü

Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.

arrow Ətraflı
Ramil Usubov türkmənistanlı həmkarını qəbul edib like
  • 09 Avq 11:39  
Digərləri Ramil Usubov türkmənistanlı həmkarını qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti

arrow Ətraflı
Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır like
  • 09 Avq 11:38  
Digərləri Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Ə

arrow Ətraflı
Məşhur avtoritet Yunus Bakinski saxlanıldı  VİDEO like
  • 09 Avq 11:37  
Kriminal Məşhur avtoritet Yunus Bakinski saxlanıldı VİDEO

Rusiyanın Ulyanovsk şəhərində məşhur azərbaycanlı kriminal avtoritet, &

arrow Ətraflı
“Neft Daşları” yatağında yeni quyu istismara verilib like
  • 09 Avq 11:36  
İqtisadiyyat “Neft Daşları” yatağında yeni quyu istismara verilib

Quyu sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

arrow Ətraflı
Azərbaycan manatının real effektiv məzənnəsi azalıb like
  • 09 Avq 11:33  
İqtisadiyyat Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Real effektiv məzənnədə bu ilin sonuna qədər ciddi dəyişiklik gözlənil

arrow Ətraflı