"Azərbaycanlı milyarderlərin sayı artacaq” FOTO


Digərləri 08 Avq 2017 18:50:00 39 0

"Azərbaycanlı milyarderlərin sayı artacaq”  FOTO

Ramil Məhərrəmov Amerikada Massaçusets Universitetinin İdarəetmə Məktəbində dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə ali təhsil alıb. Daha sonra Massaçusets Texnologiya İnstitutunda (MİT) Biznesin idarə edilməsini öyrənib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi ça

Son.az azvision.az-a istinadən Ramil Məhərrəmovla müsahibəni təqdim edir:

- Azərbaycanda orta məktəbi bitirdikdən sonra inzibati idarəetmə - dövlət idarəetməsi ixtisası üzrə Qafqaz Universitetində təhsil aldım. Sonra 1999-cü ildə Dövlət İdarəçilik Akademiyasında magistr pilləsində oxudum. Təhsil aldığım illərdə işləməyə başladım. Bu müddət ərzində başa düşdüm ki, mütləq xaricə gedib təhsilimi, biliyimi dərinləşdirməliyəm. Bir proqram vasitəsilə Massaçusets Universitetinə daxil olaraq, dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə təhsil almağa başladım. Təhsilin müəyyən bir səviyyəsindən sonra insanın fəlsəfi düşüncələri artır. İstər fizika, riyaziyyat, istərsə də iqtisadiyat üzrə təhlil və təhqiqatın dərinliyinə getdikcə, son nəticədə fəlsəfi suallarla qarşılaşırsan. İlk dəfə orada öz ixtisasının həqiqi dühaları ilə tanış oldum. Onlar oxuduqlarını tətbiq edən və öz sahələrini tam dərk etmiş insanlardır. Bizdə bəzən ən yaxşı kitabları oxuyanda görürsən ki, ya kopyalanıb, ya da çox texniki dillə yazılıb, başa düşülmür. Ona görə ki, müəlliflərin özləri nə yazdıqlarını başa düşməyiblər. Texnologiyaları praktikada tətbiq edən sahə idarəetmədir, menecmentdir. Ona görə də, 1910-cu ildə Massaçusets Texnologiyalar Universiteti özünün idarəetmə məktəbini yaratdı. Universitetin rəhbərliyi başa düşürdü ki, ən güclü mühəndislik məktəbi onlarda olsa da, idarəetmə olmadan bunun kommersiyalaşdırılması, faydaya çevrilməsi, satılması, iqtisadi töhfə verməsi çox çətindir. Elə idarəetmə olmalıdır ki, kəşfləri, innovasiyaları istehsalata yönəltsin. Əksər yaxşı universitetlərdə texnologiya və sektor sahələri ilə yanaşı, idarəetmə məktəbləri də var. 2015-2016-cı illərdə mən Massaçusets Universitetinin İdarəetmə Məktəbində biznesin idarə edilməsi ixtisası (business administration) üzrə magistr təhsili aldım Bu, çox bahalı proqramdır. Yaradılan imkana görə dövlətimizə təşəkkür edirəm. Ümid edirəm ki, mənə göstərilən etimadığı doğruldacağam. - Orada sizə nələri öyrətdilər? - İdarəetmə sahəsi üzrə ən son metodları. Biznes və dövlət idarəetməsi bir-birinə oxşayır. Amma eyni zamanda, bir-birindən çox fəqlənirlər. Dövlət idarəetməsində, təbii ki, mənfəət əsas şərt deyil. Amma biznesdə mənfəət ən birinci məqsəddir. Yəni bütün şirkətin əsas fəaliyyəti mənfəətə yönəlir. Dövlət idarəetməsində ictimai maraqları müdafiə etməlisən, çalışmalısan ki, bütün insanlar öz potensiallarını və ideyalarını reallaşdıra bilsinlər. - Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz? - Təbii ki, Azərbaycandakı biznes mühiti inkişaf etməkdə olan ölkələrdəki biznes mühitlərinə oxşardır. Bütün beynəlxalq təşkilatlar da, sahibkarlar da buna belə baxırlar. İnkişaf etməkdə olan ölkələrdəki biznes mühitində risklər daha çoxdur. Risk çox olanda investisiya baxımından gəlirlər də çox olur. Bu mənada, Azərbaycandakı biznes mühitində çoxlu imkanlar var. Azərbaycandakı biznes mühitinin müsbət cəhətlərdən biri xalqın təşəbbüskar olmasıdır. Yetərli imkanlar yaradılarsa, əhalinin böyük potensialı var. Fikir versəniz, görərsiniz ki, azərbaycanlılar xaricdə biznes sahəsində çox uğurlar qazanırlar. Amerikda tanış olduğum xeyli azərbaycanlı var ki, özəl təşəbbüskarlıqla məşğul olaraq, yaxşı işlər görürlər. Əksəriyyəti gənclərdir, ora yeni gediblər. Düşünürəm ki, növbəti illərdə xaricdə çoxlu azərbaycanlı milyarderlər görəcəyik. Çünki genetik baxımdan biz bu materiala sahibik. Yaxın Şərqlə müqayisə etsək, çox böyük fərqimiz var. Yaxın Şərqdə insanlar tənbəldirlər. Təşəbbüskarlıq çox zəifidir. Amma azərbaycanlılar hətta ən imkansız vəziyyətlərdə belə, iş qura bilirlər. - Azərbaycandakı biznes mühitində hansı problemlər var? - Birinci problem menecmentdir. Keyfiyyətli menecment çox xroniki və kəskin problemdir. Hətta böyük şirkətlərdə də bu problem var. Keyfiyyətli, yetişmiş menecerlər var, amma onlar böyük şirkətlərin başında deyillər. Bizdəki böyük şirkətlərdə yaxşı menecment formalaşa bilmir. Yaxud, formalaşmasına imkan verilmir. Bu, həm özəl, həm də dövlətə məxsus şirkətlərdə ən böyük problemdir. Əminliklə deyə bilərəm ki, iqtisadi artım, inkişaf texnologiyadan çox, menecmentdən asılıdır.  İkinci böyük problem isə investisiyaların qoyuluşu ilə bağlıdır. Bunun başqa bir adı kapitalın paylanması qərarlardır. Menecmentlə kapitalın paylanması problemi bir-birilə çox bağlıdırlar. Çünki aşağı səviyyəli menecment heç vaxt yaxşı kapital qoyuluşu ilə bağlı qərarlar verə bilmir. Bu da son nəticədə böyük itkilərə səbəb olur. Bizim problemli banklarımıza baxsanız, görərsiniz ki, orada da menecmentlə bağlı problemlər var. Menecmentin əsas xüsusiyyətlərindən biri də budur ki, bugünkü səmərəsiz fəaliyyətinin nəticələri ancaq 4-5 il sonra üzə çıxır. Bizim bankların problemlərinin kökündə həm indiki, həm də bundan illər öncəki menecmentin səhv qəraraları, səriştəsizliyi və kefyiyyətsizliyi durur. Bu gün Azərbaycan xalqı da, hökuməti də bundan əziyyət çəkir. Axı kadrı da menecment seçir, sistemi də menecment qurur. - Keyfiyyətli menecmentin formalaşması üçün hansı addımlar atılmalıdır? - Sahibkarlar keyfiyyətli menecerlərin işə götürlüməsində diqqətli olmalıdırlar. Əgər özlərində belə bacarıq yoxdursa, onda mümkün qədər talantlı idarəetmə sistemləri qurmalıdırlar. Peşəkər şirkətlərin köməyindən istifadə edə bilərlər. Bəzən görürsən, xarici şirkətlərə müraciət edirlər. Onlar da bu təklifdən sui-istifadə edirlər. Yerli kadrlar olan halda, gedib xaricdən kadrlar gətirilir. Və ya belə kadrların olmadığı haqqında səhmdarlara yalan məlumat verilir. Mənim əsas işim menecment, biznes konsaltinqdir. Hazırda investisiya idarəetmələri ilə də məşğul oluram. Şirkət qurmuşam. Çalışırıq ki, xaricdən Azərbaycana investisiyaların cəlb edilməsinə töhfə verək. Bu, tamamilə şəxsi təşəbbüsümlə qurduğum bir investisiya şirkətidir. - Dövlət başıçısı vurğulayıb ki, rayonların icra başçılarından cəlb etdikləri investisiyalarla bağlı hesabatlar tələb olunacaq. Sizcə, rayonlara necə investisiya cəlb etmək olar? - Prezidentin bu qərarı çox peşəkarcasına verilmiş bir qərardır. Bu, bir ilkdir ki, icra hakimiyyətlərinin fəaliyyəti müəyyən bir performansa, göstəriciyə əsasən dəyərləndirilir. Təbii ki, burada dövlətin həm müxtəlif ölkələrlə, həm də özəl şirkətlərlə ortaq investisiya fondları yaratmasına ehtiyac var. Belə olanda risklər azalır, investisiyalar daha asan formada Azərbaycana gələ bilər. Bizdə Azərbaycan İnvestisiya Şirkəti adlanan qurum var. Təəssüf ki, onun fəaliyyəti istənilən səvviyyədə olmadı. Elə fondların sayını artırmaq lazımdır. Rayonlara investiya cəlb etmək üçün təbii ki, birinci növbədə investorların görüşə bilcəyi, onlara dəstək verə biləcək mərkəzlər yaradılmalıdır. Düşünürəm ki, Asan Xidmət bu işə cəlb oluna bilər. ASAN Xidmət çox innovativ bir modeldir və oranın menecmenti Azərbaycanda ən peşəkar menecmetdir. ASAN Xidmət bu sahədə rayonlara da çox böyük kömək edə bilər. Çünki investor gələndə onun qarşısına çıxa biləcək kadrlar lazımdır. - Azərbaycanda d
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı