"Sədərək"də vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb


Sosial 03 Avq 2017 15:22:24 65 0

"Sədərək"də vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Zərərçəkmişlərə dəymiş ziyan ödənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Emil Nəbiyev, Əli Rüstəmov və Teymur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakim bildirib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Hökmə əsasən, hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq onlara şərti cəza verilib. E.Nəbiyevlə Ə.Rüstəmov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hər üç şəxs "Sədərək" Ticarət Mərkəzində yerləşən mağazada elektrik mallarının satışı ilə məşğul olub. Onlar 4 vətəndaşa qarşı ümumilikdə 70 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəyiblər.

E.Nəbiyev, Ə.Rüstəmov və T.Hüseynov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, istintaq dövründə T.Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı