Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir VİDEO


Digərləri 26 İyl 2017 23:07:00 90 0

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir  VİDEO

Bakı sakini Aydın Hüseynov avtomobilinə dəyən ziyanı sığorta şirkətindən ala bilmir. Son.az bildirir ki, zərərçəkənin sözlərinə görə, iyul ayının 12-də Bakı-Sumqayıt yolunda qarşı tərəfin səhvi ucbatından avtomobili yararsız hala düşüb.

Qəza zamanı hadisə yerinə gələn dövlət yol polisinin əməkdaşları da qəzanın sxemini tərtib edərək günahın qarşı tərəfdə olduğunu təsdiqləyiblər. Baxmayaraq ki, hadisə yerində hər iki tərəf razılığa gəlib, amma sonradan digər avtomobili sığortalayan şirkət dəymiş ziyanı ödəməkdən imtina edib.

Sürücü deyir ki, sığorta şirkəti nə qəza zamanı, nə də ondan sonra onun avtomobilinə baxmayıb. Sadəcə avtomobilin şəkillərini vhatsapp vasitəsilə qəbul edərək özlərindən qiymətləndirmə ediblər. Aydın Hüseynov isə sığortanın onun üçün ayırdığı bu məbləğin dəyən ziyanın heç 4-də biri qədər olmadığını deyir.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı