310 milyard dollar sərvəti olan sənayeçi FOTO


Digərləri 25 İyl 2017 19:24:00 69 0

310 milyard dollar sərvəti olan sənayeçi  FOTO

Minilliyin ən varlı adamlarından biri kimi tanınır. Bu günün ekvivalenti ilə sərvətinin həcmi 310 milyard dollar təşkil edir. Adı  tarixin səhifələrinə təkcə Amerikanın ən böyük sənayeçisi kimi deyil, həm də 300 milyard dollar sərvəti olan rus çarı 2-ci Nikolayı devirən planı maliyyələşdirən şəxs ki

Son.az bizplus.az-a istinadən Endryu Karneqinin həyat hekayəsini təqdim edir.

Toxucu və ayaqqabı təmirçisinin övladı

Endryu Karneqi 1835-ci ildə Şotlandiyada toxucu fabrikində işləyən Ulyam Karneqi və ayaqqabı ustasının qızı Marqaret Morrisonun ailəsində dünyaya göz açıb. Özündən başqa Tomas adlı bir qardaşı da olub. Endryu adı ona babasının şərəfinə verilir. İllər sonra 20-ci əsrin polad maqnatına çevrilən Endryunun ailəsi ilk əvvəl atasının toxuculuq fabrikindən qazandıqları ilə dolanıb və fabrik işçiləri üçün tikilən evlərdə yaşayıb. Paylarına düşən bir otaqdan həm yataq otağı, həm yemək otağı kimi istifadə ediblər. 19-cu əsrdə sənaye inqilabından sonra atasının işləri alınmadığından ailənin yükü anası Marqaretin üzərinə düşüb. Marqaret sifarişlər əsasında ayaqqabılar tikməklə gündəlik xərclərini çıxarıb. Belə vəziyyət 1848-ci ildə Ulyamın yaxşı həyat qurmaq məqsədi ilə Amerikanın Pensilvaniya ştatına miqrasiya etmək barədə qərar verməsinə qədər sürüb. 50 gün yol qət etdikdən sonra Pensilvaniyaya çatan ailənin bütün üzvləri orada işə düzəlirlər. O cümlədən də 13 yaşlı Endryu.

Həftəlik 2 dollar maaş alan şotland maqnata necə çevrilir?

Endryunun ilk iş yeri toxuculuq fabriki olub. Gündəlik 12 saat və həftənin altı günü işləyən Endryu həftəlik 1,2 dollar maaş alıb. "Ohio Telegraph"da (teleqraf şirkəti) vakansiya yarandıqda orada işə düzəlib. Artıq həftəlik 1,2 deyil, 2,5 dollar qazanmağa başlayıb. Cəldliyi, işə ciddi yanaşması ilə rəhbərliyin diqqətini çəkib. Operator vəzifəsinə təyin edilib. Beləliklə də, əməkhaqqısı artaraq həftəlik 4 dollara çatıb. Yarım ildən sonra "Pennsylvania" dəmir yolu şirkətinin şəxsi teleqrafçısı olmağı bacaran Endryunun aylıq maaşı artaraq 35 dollar təşkil edib. Beləliklə də, onun biznesə ilk addımlarına yol açılıb. Maqnatın özünün sözlərinə görə, məhz "Adams Express" dəmiryol şirkətinin səhmlərini bu "yüklü" maaşı ilə alıb. Riski boşa getməyib. Səhmlərə 500 dollar xərcləsə də, sonradan onların dəyəri 700 dollara yüksəlib. Bundan iştahlanan Karneqi "Third National" bankın səhmlərinə də pul yatırıb. O cümlədən  körpü tikintisi ilə məşğul olan şirkətlərin və neft şirkətlərinin səhmlərini alıb. Qəpiyi qəpiyin üstünə qoyan Karneqi 1856-cı ildə "Vudorf"dan 1/8 səhm alıb. Dividenti artmağa başlayanda Amerikanın neft rayonlarından birində 40 min dollara ferma da satın alıb. 10 il sonra artıq həmin fermanın dəyəri 5 milyon, illik qazancı 1 milyon dollara yüksəlib. Şəxsi biznesi ilə paralel  karyerasında da irəliləyişlərə imza atıb. 1859-cu ildə "Pennsylvania Railroad"ın Pittsburq rəhbəri təyin edilir.

Vətəndaş müharibəsindən yararlanır

Vətəndaş müharbəsi dövründə Karneqi Vaşinqtona gedir və hərbi telefqaf xidməti sistemini qurur. Məhz onun Şimal qüvvələrinin  qələbəsində mühüm rol oynadığı irəli sürülür. Müharibədən sonra Karneqi dəmiryol sistemini tərk edir. "Keystone Bridge Company"ni yaradır. Sifarişlə dəmiryol körpüləri tikintisini həyata keçirir.Bu ərəfədə bir zamanlar qəpik-quruşla aldığı səhmlərdən gəliri 47 min dollar idi və Karneqi ilk polad zavodunun tikintisini reallaşdırır. Eləcə də  Avropada  Amerika dəmir yolu şirkətlərinin səhmlərini yerləşdirən ilk şəxs olur.

Polad imperiyası

33 yaşında artıq o, kapitalistə çevrilmişdi. Hər şeyi buraxıb Oksford Universitetinə qəbul olmağı qərara alır. Bu zaman da onun beyninə yeni biznes ideyası düşür. Böyük Britaniyada həmin sahənin sirlərini öyrəndikdən sonra 1875-ci ildə polad zavodunu - "Dj Yedqara Tomson"u inşa etdirir. 1880-ci ilin sonunda  şirkətində metal istehsalı sutkada 2000 tona çatır. 1889-cu ildə artıq Amerikada polad istehsalı İngiltərənin polad istehsalını üstələyir. Karneqinin metallurgiya imperiyasına "Dj Yedqara Tomson" adına zavod, "Pittsburq Bessemer" zavodu,  "Lucy Furnaces", "Union Iron Mills", "Union Mill" (Wilson, Walker & County), "Keystone Bridge Works", "Hartman Steel Works", "Frick Coke Company" daxil olur. Endryunun illik gəliri 20 milyon dollara çatır. Həmin dövrdə Amerikada bir işçinin illik gəliri 50 dollar idi.  Bu arada bir zamalar həftənin 5 günü 12 saat işləyib 1,2 dollar qazanan Karneqi sözügedən zavodlarında öz işçilərinə qarşı daha sərt qrafik tətbiq edir. Belə ki, işçilər  həftənin 7 günü  fasiləsiz  işləyirdilər.1892-ci ildə böhran dövründə o,  əmək qaydalarını daha da sərtləşdirərək, maaşları azaldır. Əbəs yerə deyil ki, Amerikada ən böyük sobataj da ilk dəfə onun zavodlarında baş verir.

Pensiyaya da böyük qazancla çıxır

Ömrünün sonuna yaxın Karneqi  biznesi buraxmaq qərarına gəlir. Amma dişi-dırnağı ilə qurduğu biznesini ucuz qiymətə satmaq ona yad addım idi. 1901-ci ildə polad zavodlarını satışa çıxarır. Neft maqnatı Con Rokfeller zavodlara 100 milyon dollar təklif edir. Avans kimi 1,5 milyon ödəməyi irəli sürür. Biçilən dəyər Karneqini qane etmədiyindən o dövrün daha bir maqnatını - Con Pierpont Morqanı oyuna cəlb etməyi qərara alır. Zavodları satmaqla bağlı fikrinin dəyişdiyini, Amerikanın şimalında şəxsi dəmiryol tikəcəyini bəyan edir. Hansı ki dəmiryol sektoruna nəzarət edən Morqan üçün də Karneqinin bu addımı sərfəli deyildi. Belə halda Morqan Karneqiyə zavodu ona satmasını təklif edir. Bu dəfə biçilən dəyər 100 milyon deyil, 300 milyon dollar (2012-ci ilin ekvivialenti ilə 12,4 milyard dollar) olur. Tarixə ən bahalı alqı-satqı müqaviləsi kimi düşən sövdələşmənin nəticəsində dünya iqtisadiyyatına polad istehsalı nəhəngi  hesab edilən "United States Steel Corporation" bağışlanır.

Özündən sonra heç nə buraxmır

1,2 dollarla iş həyatına başlayıb, 310 milyarda sahiblənməyi bacaran Karneqi özündən sonra varislərinə nə şirkət, nə də sərvət buraxır. Belə ki, onun bu haqda düşüncələri fərqli idi. Milyarder deyirdi: "Gənc üçün ən yaxşı miras yoxsul anadan olmasıdır. Varlı vəfat edən şəxs bədnam vəfat etmiş kimidir".

Karneqi belə də  edir. Qazandıqlarını bütün dünya üçün faydalı hesab etdiyi ideyalara xərcləyir. O "Car-negie Foundation" adlı araşdırma fondunu və "Carnegie Mellon University"ni yaradır. 1910-cu ildə təsis edilən Beynəlxalq Sülh uğrunda Karneqi Fondu siyasi araşdırma aparmaq məqsədi ilə yaranan ilk "beyin mərkəzi" olur. O mərkəzə sərvətindən 4,5 milyard dollar xərcləyir. Bütün dünyada filialları olan beyin mərkəzinin əsas hədəfi   Amerikanın güclü olmasına töhfə verməkdir. Bundan əlavə, o, 3000 kitabxananın yaranmasını maliyyələşdirir. Onların əksəriyyəti ABŞ-ın 47 ştatında, eləcə də İrlandiyada, Böyük Britaniyada, Kanadada, Avstraliyada, Yeni Zellandiyada, Ficidə fəaliyyət göstərir.


Xəbərə aid fotolar

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı