Onkoloji xəstə qızı aldadıb pulunu almış dələduz cəzasını aldı


Digərləri 22 İyl 2017 17:37:00 57 0

Onkoloji xəstə qızı aldadıb pulunu almış dələduz cəzasını aldı

Dələduzluğu özünə peşə seçənlər adətən yüksək vəzifədə olan kimlərinsə adından istifadə edir, onlarla yaxın əlaqələrinin olmasına inandırırlar. Və qurbanlarını da, adətən, öz yaxın çevrələrindən, illər uzunu dostluq, yoldaşlıq etdikləri insanların arasından se&ccedi

Dələduzluqda ittiham olunan Asəf İsmayılovun qurbanlarından biri də köhnə dostu - tələbə yoldaşı olub. Tələbə yoldaşını inandırıb ki, onkoloji xəstəliyə tutulduğuna görə test imtahanlarında iştirak edə bilməyən övladını kollecə qəbul etdirəcək, beləliklə də, onun əlindəki pulları mənimsəyib. Fırıldaqçının çarəsiz durumda olan tələbə yoldaşına qarşı törətdiyi bu əməli heç bir sözlə ifadə etmək mümkün deyil...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 47 yaşlı Asəf İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Bakı şəhəri, Yasamal rayonu, S.S.Axundov adına 172 saylı orta məktəbdə direktor müavini işləmiş A.İsmayılov dələduzluq əməllərinə görə ilk dəfə 2012-ci ildə məsuliyyətə cəlb olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti təyin edilib və cəzası şərti hesab olunub, məhkəmə zalından azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan bir müddət sonra isə A.İsmayılov təkrar dələduzluq əməlləri törədərək yenidən müttəhimlər kürsüsündə əyləşib.

Sabiq direktor müavininin barəsində cinayət işinin başlanmasına səbəb Sədrəddin Quliyev adlı şəxsin oğlu Müşfiq Quliyevi təhsil aldığı “Gürcüstan Respublikası Açıq Tədris Universiteti”ndən “Azərbaycan Respublikası Kooperasiya Universiteti”nə köçürmək adı ilə aldadaraq 14 min 600 manat pulunu ələ keçirməsi olub.

İstintaq zamanı müəyyən edilib ki, A.İsmayılov Nahid Əhmədovdan 6500 manat alaraq əvəzində yalan məlumatları əks etdirən saxta sənədləri - Azərbaycan Dövlət Aqrar Universitetini bitirməsi barədə arayış, “Odlar Yurdu” Universitetində oxuması barədə tələbə bileti verib.

Həmçinin, Reyhan Əliyevanın həbsdə olan oğlu Elnur Əliyevin həbsdən buraxılmasını vəd edərək onların 17 min dollarını ələ keçirib.

 

Həbsxanadan dustağı azad etdirəcəyinə söz verdi

Təqsirləndirilən şəxs qismində dindirilən Asəf İsmayılov ifadəsində 2012-ci ildə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş vermiş korrupsiya məsələləri ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyini, Bakı İstintaq Təcridxanasında həbsdə olarkən Elnur Əliyevlə tanış olduğunu göstərib: “Elnur quldurluq etdiyinə görə 12 il həbs cəzası almışdı. 2013-cü ildə mən həbsdən azad olunduqdan sonra Elnurun anası Reyhan Əliyeva və yeznəsi Musa gəlib məni tapdılar, Elnurun işinə köməklik etməyimi xahiş etdilər. Həbsdən təzə çıxmışdım deyə maddi vəziyyətim ağır idi. Ona görə də, Reyhangilə söz verdim, dedim ki, Elnurun məsələsini məhkəmədə vəzifədə olan tanışlarım vasitəsilə həll edə bilərəm. Fikirləşdim ki, hər hansı vəkil vasitəsilə çıxarılmış hökmdən apelyasiya şikayəti, sonradan Ali Məhkəməyə şikayətlər verilərsə, Elnurun cəzasını bir qədər azaltmaq olar. Əslində, Elnurun yaxınlarından alacağım pulla özümə bir iş qurmaq niyyətində idim. Yalandan 20 min dollar lazım olduğunu dedim. Reyhan 17 min dollar verə biləcəyini söylədi, razılaşdıq”.

A.İsmayılov dustağın yaxınlarından aldığı pulu öz tələbatları üçün xərcləyib. 23 may 2014-cü ildə Apellyasiya Məhkəməsində Elmir Əliyevin barəsində qərar çıxarılaraq cəzası 10 ilə endirilib. Bu gözlənilməz qərar A.İsmayılovu sevindirib. Çünki onlara yalandan cəzanın dörd-beş ilini də Ali Məhkəmədə Elnurun üzərindən götürüləcəyinin nəzərdə tutulduğunu deyib. Amma R.Əliyeva pulları geri qaytarmaq üçün ona bir gün vaxt verib. Əks halda, polisə şikayət edəcəklərini bildirib. A.İsmayılovdan pullarını ala bilməyən R.Əliyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gələrək şikayət ərizəsi yazıb. R.Əliyevanın şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Saxta tələbə bileti, saxta arayış və 14 min 600 manat pul

A.İsmayılov ifadəsində göstərib ki, Sədrəddin Quliyevin ona oğlu Müşfiqi Gürcüstanda yerləşən təhsil ocağından Azərbaycana hər hansı bir universitetə köçürmək lazım olduğunu deyib. O, da öz növbəsində bu işi görə biləcəyinə söz verib. Görüləcək işin müqabilində isə 14 min 600 manat pul alıb. Saxta yolla Müşfiq Quliyevin adına tərtib etdiyi Kooperasiya Universitetini tələbə biletini, universitetin möhürü ilə təsdiqlənmiş arayışı onlara təqdim edib: “Aramızda pul tələbi ilə bağlı mübahisə yarandı. Həmin puldan 9 min manatı hissə-hissə Sədrəddinə qaytardım. Sonradan maddi imkanım ağır olduğuna görə yerdə qalanını qaytara bilmədim”.

Müəllimin toruna düşənlərdən biri də oğlunu İdman Akademiyasında oxutmaq istəyən Əhməd Aslanov olub. Ə.Aslanovun bu arzusu ona 5600 manata başa gəlib. Ə.Aslanovdan oğlunu İdman Akademiyasına qəbul etdirəcəyi adı ilə aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləyib.

 

“Asəfə inanmağa məcbur idim”

Zərərçəkmiş Reyhan Əliyeva ifadəsində təqsirləndirilın Asəf İsmayılovla oğlu Elnurun təcridxanada bir yerdə saxlanılıldığını deyib: “Oğlum zəng vurub dedi ki, Asəf İsmayılov şərti cəza alıb, onunla əlaqə saxlayın, məni də həbsdən azad etdirsin. Kürəkənim Musa ilə birlikdə Asəfi tapıb onunla görüşdük. Musa dedi ki, Asəfdən gözüm su içmir, ona inanmağım gəlmir. Lakin mən oğlumun azad olunmasını istəyirdim. Ona görə də, Asəfə inanmağa məcbur idim. Evimi dəyər-dəyməzinə satıb Asəfə 17 min dollar pul verdim. Amma Asəfin söz verdiyi kimi, oğlumun cəzası 12 ildən 7 ilə yox, 10 ilə endirildi. Asəfin yanına gedəndə dedi ki, narahat olmayın, məni də aldadıblar, sizin pulunuz məndə batan deyil, qaytaracağam. Pulları qaytarmadığına görə polisə şikayət ərizəsi yazdım. İstintaqın gedişi zamanı Asəf pullarımın hamısını qaytardı. Ona qarşı şikayət və maddi tələbim yoxdur”.

 

Ali təhsil almaq arzusu

Zərərçəkmiş şəxs qismində dindirilən Nahid Əhmədov ifadəsində ali təhsili olmadığını, amma universitet diplomu almaq istədiyini göstərib: “Asəf bu işdə köməklik edəcəyini dedi. 6500 manat müqabilində üç ay ərzində mənə universitet diplomu təşkil edəcəyinə söz verdi. Tələbə bileti üçün şəkil lazım olduğunu dedi, çəkdirdim. Ertəsi gün tələbə biletini imzalanmış və möhürlənmiş vəziyyətdə mənə verdi. Qısa müddətdə diplomu da verəcəyini dedi. Aradan uzun m&

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı