"Fast food" yeməkləri qida borusu xərçəngi riskini artırır


Digərləri 16 İyl 2017 10:22:00 85 0

"Fast food" yeməkləri qida borusu xərçəngi riskini artırır

Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçəngin

Son.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev azertag-a məxsusi müsahibəsində bildirib.

Həkim deyib: "Qida borusu xərçənginin ilkin əlamətləri qida borusunun funksiyasının pozulmasıdır. Belə ki, bu xəstəlikdən əziyyət çəkənlər ağızda çeynənən qidanı mədəyə ötürməkdə çətinlik çəkirlər. Bu da xərçəng səbəbindən qida borusunun daralması, keçiriciliyin və qidanın mədəyə ötürülmə funksiyasının pozulmasından irəli gəlir. İkinci ən sıx rast gəlinən əlamət isə kəskin arıqlamadır. Adətən belə xəstələr döş qəfəsində ağrı və ya narahatlıq hiss edirlər. Ağrılar qida qəbulu zamanı daha da arta bilər. Bundan əlavə, xəstə qısa, təxminən bir ay müddətində 10-30 kilo arası çəki itirə bilər. Bu da çəki defisitinin yaranmasına səbəb olur. Xəstəlik bəzən öyümə, qusma və hətta qanlı qusma ilə də müşahidə edilə bilər".

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı
Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi like
  • 05 Okt 13:00  
Sosial Akademik Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı keçirildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə o

arrow Ətraflı