Türkiyənin ədliyyə naziri bəzi Avropa dövlətlərini tənqid edib


Dünya 12 İyl 2017 12:26:00 52 0

Türkiyənin ədliyyə naziri bəzi Avropa dövlətlərini tənqid edib

"Dəyişikliyi çevrilişlə etmək istəyənlər, özlərini yormasınlar"

"15 iyul hadisələrinin ildönümünə 3 gün qalıb. Bu hadisələr zamanı xeyli insan həyatını itirdi, yaralandılar. Hadisələr zamanı dövlət qurumları bombalanıb, sadə vətəndaşlara atəş açılıb".

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki,bunu xarici media nümayəndələri ilə görüşündə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

O bildirib ki, 15 iyul hadisələrini törədən FETÖ-çular tankları insanların üzərinə sürürdülər: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gecə çıxışı zamanı dedi ki, xalqdan başqa güc tanımır. Ona görə də xalqı meydanlara səslədi. Bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Türkiyə prezidenti xalqla birlikdə qətiyyət nümayiş etdirdi, demokratiyaya sahib çıxdı. Dünyada belə ikinci lider yoxdur. Amerika və Avropa dövlətləri hadisə baş verən müddətdə münasibət bildirmədilər. Sonradan hadisə ilə bağlı münasibətləri açıqladılar. Amerika rəhbərliyi deyir ki, tərəfləri sülhə dəvət edirik. Hansı ki, ölkədə dövlət çevrilişinə cəhd olub".

Nazir qeyd edib ki, dövlət çevrilişinə cəhdin baş tutmamasına səbəbtanınmış şəxslərin xalqı meydanlara səsləməsi olub: "Türkiyə dövlətinin təhlükədən qorunması böyük bacarıqdır. Bu cür fədakarlığı digər xalqlar etsəydi, Amerika və digər dövlət mükafatlandırardı. Biz bundan təəssüflənirik. Türk xalqı insan haqlarını, demokratiyanı qoruyub-saxlayıb. Bu, bir dəyərdir. Bundan sonra Türkiyədə dövlət çevrilişinə cəhdin olması mümkünsüzdür. Dəyişikliyi çevrilişlə etmək istəyənlər, özlərini yormasınlar".

B.Bozdağ bu hadisədə həbs edilənlərlə bağlı Türkiyəyə böhtan atıldığını davurğulayıb: "Hadisəni törədənlər cəzalandırılır. Onlara işgəncə verilməsi ilə bağlı iddiaları rədd edirik. Bizə iftira atırlar. Əgər onların iddia etdikləri doğrudursa, biz hesab verməyə hazırıq. Amma bunu iddia edənlər ad vermədən deyirlər. Bəs bu necə olacaq? Türkiyədə belə fakt qeydə alınmayıb. Bu, bəzi Avropa dövlətlərinin atdığı böhtandır. Onları dəvət etmişik, gəlin, sübut edin. Deyirlər ki, biz hüquqi dövlət prinsiplərini dəstəkləyirik. Onsuz da Türkiyə hüquqi dövlətdir. Fətullahçı Terror Təşkilatı həbs edilənlərə təlimatlar verib ki, etdiklərini inkar etsinlər. Telefon danışıqları, silah işlətmələri, barmaq izləri sübutdur, amma onlar bunu rədd edirlər. Nə üçün? Çünki onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi düşünürlər. Baxın, onlar bu cür yalanlar danışırlar. Dövlət çevirilişinə cəhd etdiklərini inkar etmək üçün pullar xərcləyirlər. Media vasitələrindən istifadə edərək, təbliğat aparırlar ki, Türkiyə dövlətinə inanmayın. Mənim çıxışım zamanı yanıma bomba düşdü. Ölə də bilərdim, bunu necə inkar etmək olar? Biz demirik ki, Türkiyəni dəstəkləyin, istədiyimiz odur ki, ədalətli, obyektiv olun. 15 iyul hadisələrindən sonra ölkədə fövqəladə vəziyyət elan edildi. Həmin müddətdə bir türk vətəndaşı belə əziyyət çəkmədi. Amma Türkiyəyə qarşı hazırlanan hesabatlarda bunun əksi iddia olunur. Almaniya dövlət çevrilişinə cəhd edənlərə mühacir statusu verir. Amerika FETÖ-nün lideri Fətullah Gülənə Pensilvaniyada yer verir. Orada rahatca fəaliyyət göstərir. Bu, iki ölkə arasındakı münasibətlərə də təsir edir. Amerika və Avropa dövlətləri Türkiyənin demokratiya yolunda etdiklərini görməyəcəklərsə, 15-20 il sonra təəssüf edəcəklər".

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə bir neçə xarici ölkənin media nümayəndəsi bu ölkədə səfərdədir. Səfərin məqsədi 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinə cəhdlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.

loading...
Lətifənin mahnısını oğurladılar like
  • 12 İyl 12:25  
Şou-biznes Lətifənin mahnısını oğurladılar

Müğənni Lətifə Soyuözün “Çanta” mahnısını türkiyəli ifaçı Bah

arrow Ətraflı
Braziliya klubuna qeyri-müəyyən müddətə azarkeş cəzası verildi like
  • 12 İyl 12:25  
İdman Braziliya klubuna qeyri-müəyyən müddətə azarkeş cəzası verildi

Braziliyanın Ali Məhkəməsi "Vasco da Gama" klubu barədə qərar çıx

arrow Ətraflı
Təbiətin iri canlıları  FOTOSESSİYA like
  • 12 İyl 12:22  
Digərləri Təbiətin iri canlıları FOTOSESSİYA

Son.az bildirir ki, Türkiyənin "Milliyet" saytı "təbiətin ir

arrow Ətraflı
Futbol azarkeşləri Bakı metrosunun vaqonunu yararsız hala saldılar like
  • 12 İyl 12:19  
Sosial Futbol azarkeşləri Bakı metrosunun vaqonunu yararsız hala saldılar

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Çempionlar Liqasınd

arrow Ətraflı
Türkiyədə ilin transferi açıqlandı like
  • 12 İyl 12:19  
Dünya Türkiyədə ilin transferi açıqlandı

Bu mövsüm Türkiyə Super Liqasında gümüş medal qazanan İstanbul təmsil

arrow Ətraflı
Natavanın xına gecəsi olmayacaq like
  • 12 İyl 12:18  
Şou-biznes Natavanın xına gecəsi olmayacaq

Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib.

arrow Ətraflı
İradənin vizajist bacısı əri ilə toyda -  foto like
  • 12 İyl 12:15  
Şou-biznes İradənin vizajist bacısı əri ilə toyda - foto

Müğənni İradə İbrahimovanın vizajist bacısı Nigar İbrahimova ötən g

arrow Ətraflı
Gürcüstanda yeni nazir təyinatı like
  • 12 İyl 12:14  
Dünya Gürcüstanda yeni nazir təyinatı

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naz

arrow Ətraflı
İlker Ayrıkdan iki yeni veriliş like
  • 12 İyl 12:13  
Şou-biznes İlker Ayrıkdan iki yeni veriliş

Aparıcı İlker Ayrıkın yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO) like
  • 12 İyl 12:10  
Digərləri Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO)

İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Asla

arrow Ətraflı
Fəthullah Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı like
  • 12 İyl 12:10  
Digərləri Fəthullah Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı

"FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəy

arrow Ətraflı
Hansı oyun, hansı kanalda? like
  • 12 İyl 12:08  
İdman Hansı oyun, hansı kanalda?

Bu gün dünyanın yaşıl meydanlarında bir sıra qarşılaşmalar ke&

arrow Ətraflı
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat verdi like
  • 12 İyl 12:07  
Siyasət Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı bəyanat verdi

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbər

arrow Ətraflı
Generalın həbs olunmuş oğlunun dəbdəbəli həyatı  FOTO like
  • 12 İyl 12:06  
Digərləri Generalın həbs olunmuş oğlunun dəbdəbəli həyatı FOTO

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağı

arrow Ətraflı