İƏT Gənclər Forumu: 2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir (FOTO)


Digərləri 12 İyl 2017 12:29:00 71 0

İƏT Gənclər Forumu: 2 yaşlı Zəhranın qatilləri - Xocalı qatilləridir (FOTO)

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirib.

Bakı. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasında məlumatlandırma aksiyası keçirib. Bu barədə Trend-ə Forumdan məlumat verilib. Bildirilir ki, həmçinin, Xocalı faciəsinin 25 illiyi ilə bağlı yekun qətnaməyə xüsusi bənd əlavə edilib. Kot d’Ivuar respublikasının paytaxtı Abidcan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında iştirak edən İƏT Gənclər Forumu nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alan məqsədyönlü təxribatları ilə bağlı sessiyanın işində iştirak edən 56 ölkənin nümayəndə heyətlərini məlumatlandırıb. Bu çərçivədə iclas üçün “Xocalıya Ədalət” Kampaniyası və İƏT Gənclər Forumu tərəfindən hazırlanan xüsusi məlumat paketləri üzv ölkələrə, İƏT qurumlarına, müşahidəçi və qonaq qismində sessiyada iştirak edən Rusiya, Fransa, ABŞ, İngiltərə və Kanada kimi ölkələrin nümayəndələrinə paylanaraq ətraflı məlumat verilib. Qeyd olunan məlumat paketində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın amansızlıqla qətlə yetirilməsi ilə bağlı ətraflı məlumat və foto sübutlar əks olunub. Beynəlxalq hüququn normalarını və ümumilikdə bəşəriyyətin universal prinsiplərini pozan bu cinayətə görə, Ermənistan hakimiyyətinin məsuliyyət daşımalı olduğu və bunun üçün dünya ictimaiyyətinin lazımi mövqe göstərməsinin vacibliyi qeyd olunaraq, konfrans iştirakçılarına çağırış edilib. Bununla yanaşı, bu cinayətin ilk olmadığı və Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə azərbaycanlı dinc əhalini hədəf alan və Ermənistan tərəfindən həyata keçirilən məqsədli və amansız siyasətin davamı olduğu vurğulanaraq, Xocalı faciəsi daxil olmaqla, dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər də məlumat paketində qeyd olunub. Sessiya zamanı DƏ-İKGF nümayəndə heyətinin keçirdiyi ikili görüşlərdə də iyulun 4-də baş vermiş cinayət ətraflı şəkildə gündəmə gətirilib. Eyni zamanda, sessiyada iyulun 6-da qurumun İdarə Heyəti tərəfindən hadisə ilə baglı qəbul edilmiş və DƏ-İKGF sədri Elşad İskəndərov tərəfindən səsləndirilmiş bəyanat da yayımlanıb. Bəyanatda Ermənistanın mülki əhaliyə qarşı son qətliam aksiyası, bu ölkənin hakim dairələrərinin Xocalı soyqırımı daxil olmaqla, beynəlxalq hüququn normalarına və ümumilikdə bəşəriyyətin universal prinsiplərinə zidd cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirilib. Bu fəaliyyətin nəticəsi olaraq, üzv ölkələr hər il DƏ-İKGF tərəfindən irəli sürülən Xocalı faciəsi ilə bağlı ənənəvi qətnamə mətninə yeni bənd əlavə edib və Xocalı faciəsinin 25-ci ildönümü olduğunu vurğulayaraq faciəni İƏT Xarici İşlər Nazirləri səviyyəsində ilk dəfə “soyqırım” kimi (öncəki illərdə “soyqırım aktı” ifadəsindən fərqli olaraq) tanıyıb və “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətlərini alqışlayıblar. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
loading...
Rayonlarda şimşək çaxacaq, yağış yağacaq like
  • 12 İyl 12:28  
Digərləri Rayonlarda şimşək çaxacaq, yağış yağacaq

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

arrow Ətraflı
Məkkədə olan, oğlana ərə gedən Cahid: "Məni ölümdən qurtardı, evləndik"  VİDEO  FOTO like
  • 12 İyl 12:26  
Digərləri Məkkədə olan, oğlana ərə gedən Cahid: "Məni ölümdən qurtardı, evləndik" VİDEO FOTO

"Həyatımdan bezmişdim. İntihar etmək istəyirdim. Elə ölməyə hazırlaş

arrow Ətraflı
Türkiyənin ədliyyə naziri bəzi Avropa dövlətlərini tənqid edib like
  • 12 İyl 12:26  
Dünya Türkiyənin ədliyyə naziri bəzi Avropa dövlətlərini tənqid edib

"Dəyişikliyi çevrilişlə etmək istəyənlər, özlərini yormasınlar"

arrow Ətraflı
Lətifənin mahnısını oğurladılar like
  • 12 İyl 12:25  
Şou-biznes Lətifənin mahnısını oğurladılar

Müğənni Lətifə Soyuözün “Çanta” mahnısını türkiyəli ifaçı Bah

arrow Ətraflı
Braziliya klubuna qeyri-müəyyən müddətə azarkeş cəzası verildi like
  • 12 İyl 12:25  
İdman Braziliya klubuna qeyri-müəyyən müddətə azarkeş cəzası verildi

Braziliyanın Ali Məhkəməsi "Vasco da Gama" klubu barədə qərar çıx

arrow Ətraflı
Təbiətin iri canlıları  FOTOSESSİYA like
  • 12 İyl 12:22  
Digərləri Təbiətin iri canlıları FOTOSESSİYA

Son.az bildirir ki, Türkiyənin "Milliyet" saytı "təbiətin ir

arrow Ətraflı
Futbol azarkeşləri Bakı metrosunun vaqonunu yararsız hala saldılar like
  • 12 İyl 12:19  
Sosial Futbol azarkeşləri Bakı metrosunun vaqonunu yararsız hala saldılar

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Çempionlar Liqasınd

arrow Ətraflı
Türkiyədə ilin transferi açıqlandı like
  • 12 İyl 12:19  
Dünya Türkiyədə ilin transferi açıqlandı

Bu mövsüm Türkiyə Super Liqasında gümüş medal qazanan İstanbul təmsil

arrow Ətraflı
Natavanın xına gecəsi olmayacaq like
  • 12 İyl 12:18  
Şou-biznes Natavanın xına gecəsi olmayacaq

Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib.

arrow Ətraflı
İradənin vizajist bacısı əri ilə toyda -  foto like
  • 12 İyl 12:15  
Şou-biznes İradənin vizajist bacısı əri ilə toyda - foto

Müğənni İradə İbrahimovanın vizajist bacısı Nigar İbrahimova ötən g

arrow Ətraflı
Gürcüstanda yeni nazir təyinatı like
  • 12 İyl 12:14  
Dünya Gürcüstanda yeni nazir təyinatı

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naz

arrow Ətraflı
İlker Ayrıkdan iki yeni veriliş like
  • 12 İyl 12:13  
Şou-biznes İlker Ayrıkdan iki yeni veriliş

Aparıcı İlker Ayrıkın yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO) like
  • 12 İyl 12:10  
Digərləri Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO)

İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Asla

arrow Ətraflı
Fəthullah Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı like
  • 12 İyl 12:10  
Digərləri Fəthullah Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı

"FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəy

arrow Ətraflı