"Telefon da aparacam, şəkil də çəkdirəcəm" - Natavanın toy qadağasına münasibət


Şou-biznes 12 İyl 2017 11:56:00 72 0

"Telefon da aparacam, şəkil də çəkdirəcəm" -  Natavanın toy qadağasına münasibət

Xəbər verdiyimiz kimi, iyulun 17-də müğənni Natavan Həbibinin toyu olacaq. Reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşan sənətçi açıqlamasında deyib ki, toyda qonaqlara telefon gətirməməyi tapşırıb. O, çəkilişin edilməsinə icazə verməyəcəyini söyləyib.

Bu xəbəri də oxu: "Fəlakət" nişanlandı

Ümumiyyətlə, N.Həbibidən əvvəl də sənət aləmində bir çox tanınmış toyunda çəkilişə icazə verməyib. Onlar arasında aparıcı İlkin Həsəni, müğənni Elçin Cəfərov, Xəyyam Nisanov kimi tanınmışlar yer alıblar.  Amma buna baxmayaraq, toydan yetəri qədər fotolar və videolar İnstaqramda paylaşılıb.

Bəs görəsən, məşhurlarımız toyda çəkilişə qadağa qoyulmasına və Natavanın "Telefon gətirməsinlər" sözünə necə münasibət göstərir?

Prodüser Tarix Əliyev (Tolik) Axşam.az-a açıqlamasında deyib ki, bunun qarşısını almaq mümkün deyil:

“Bu qadağanı anlaya bilmirəm. Elə bir dövrdə yaşayırıq ki, telefon insanların ayrılmaz hissəsidir. Hər dəqiqə zəng gələ, iş ola bilər. Əsasən də şou biznes nümayəndələrinə telefon mütləqdir, hər dəqiqə tədbiri çıxa bilər. Natavanı qınamıram. İndi bu dəb halına gəlib. Bəzi məşhurlar istəyirlər ki, insanlar onların normal fotolarını görsünlər. Jurnalistlər fotoqraf göndərəndə normal şəkil əvəzinə, xoşlayırlar oynayanda ətəyin açılmasını, kimin əlinin üstünə kim əlini qoydu kimi fotolar lentə almağı. Paylaşılandan sonra yazılan rəylər insanın toyuna pis təsir bağışlayır. Bundan sığortalanmaq istəyirlər.

Natavan əslində demişdi ki, operator dostumuz Şahinin telefonunu alacam. Xəyyam toyunda operatorları qoymasa da video, şəkillər yayıldı. Sonra montaj etdi və efirə verdi. Çünki bunu böyük biznesmenlər də belə edirlər. Əgər bizim ölkə başçımızın gül balalarının toyundan videolar yayılıbsa, niyə başqaları bunu etməməlidir. Onlar istəsəydi bunun qarşısını asanlıqla ala bilərdilər. Onlardan artıq heç kim ola bilməz. Şəxsi həyatlarını istəsələr, yayımlanmasına icazə verməzdilər, ya da videoları sildirərdilər. Kimlərsə onlardan artıq deyil ki, nəyinsə qabağını alsınlar”.



Müğənni Xuraman Şuşalı isə bildirib ki, özü də toyunda belə qadağa qoymuşdu:

“Mənim də toyum mediaya qapalı oldu. Amma insanlar telefonla şəkil çəkdirib yaydılar. İndi də “Youtube”də toyumdan çox keyfiyyətsiz görüntülər yer alır. Onları görəndə əsəbiləşirəm. İndi sosial şəbəkə izləyiciləri çox aqressivdilər. Əgər gəlin durub oynayırsa, görüntünün altından ağızlarına gələni yazırlar. İnsan xoş günündə oynamamalıdır?

Natavanın toyuna getməyəcəm. İçki olan məclisə qatılmıram. Nəmərimi göndərəcəm. Bir də gəlingötürmə mərasiminə qatılacam. Onun xına mərasimini mən edəcəkdim. Amma Natavan fikrini dəyişdi, xına etməyəcək. Deyir, toyun içində xına yaxarıq. Bunu da mən edə bilmirəm. İndi onu fikrindən daşındırmağa çalışıram”.



Müğənni Səidə Sultan isə toya telefon aparacağını söyləyib:

“Bəziləri olur ki ya bəy, ya da gəlin istəmir mediada məşhurlaşsın, ona görə də qadağan edir. Əgər sən həyat yoldaşına hörmət edirsənsə, onun fikri ilə də razılaşırsan. İndi bir az ya bəy, ya gəlin çirkin olursa, o qədər tənqid yazırlar ki... Elə ona görə də çəkilişə icazə verməmək yaxşıdır. Sosial şəbəkədə görüntü yaymaq və ya yaymamaq toy edənlərin öz arzusudur. Buna da qonaqlar hörmətlə yanaşmalıdırlar.

Natavan mənim doğmam, evimin içidir. Orada mənim telefonum da olacaq, hər şeyim də. İllərdir bu günü gözləyirik. Şəkil də çəkdirəcəm. Amma paylaşmağımızı istəmirsə, özüm üçün saxlayacağam. Toyda ayaqyalın oynayacam”.

loading...
Bu gün FED rəhbərindən önəmli açıqlamalar gözlənilir like
  • 12 İyl 11:54  
İqtisadiyyat Bu gün FED rəhbərindən önəmli açıqlamalar gözlənilir

Dolların məzənnəsində kəskin dəyişikliklər baş verə bilər

arrow Ətraflı
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaq like
  • 12 İyl 11:54  
Siyasət Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaq

İyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlə

arrow Ətraflı
Paralimpiyaçı bədbəxt hadisə nəticəsində öldü like
  • 12 İyl 11:53  
İdman Paralimpiyaçı bədbəxt hadisə nəticəsində öldü

Nizəatma növündə çıxış edən BƏƏ paralimpiyaçıs

arrow Ətraflı
Türkiyə prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək like
  • 12 İyl 11:50  
Digərləri Türkiyə prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ild&ou

arrow Ətraflı
Buğa ilə kəlləkəlləyə gəldi  FOTO like
  • 12 İyl 11:50  
Digərləri Buğa ilə kəlləkəlləyə gəldi FOTO

İspaniyanın Pamplona şəhərində "San-Fermin" bayramı davam edir.

arrow Ətraflı
Oğluna görə işdən çıxarılan general: "Uşağı başlıbaşına buraxmışam..." like
  • 12 İyl 11:48  
Digərləri Oğluna görə işdən çıxarılan general: "Uşağı başlıbaşına buraxmışam..."

Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan ge

arrow Ətraflı
Estakadayanı meydançada əsaslı təmirə başlanılıb like
  • 12 İyl 11:46  
Digərləri Estakadayanı meydançada əsaslı təmirə başlanılıb

410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb.

arrow Ətraflı
Türkiyə səfirindən Fətullah Gülənin ekstradisiyası ilə bağlı like
  • 12 İyl 11:46  
Dünya Türkiyə səfirindən Fətullah Gülənin ekstradisiyası ilə bağlı

"FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekst

arrow Ətraflı
"Telefon da aparacam, şəkil də çəkdirəcəm" -  Natavanın toy qadağasına münasibət like
  • 12 İyl 11:44  
Şou-biznes "Telefon da aparacam, şəkil də çəkdirəcəm" - Natavanın toy qadağasına münasibət

Xəbər verdiyimiz kimi, iyulun 17-də müğənni Natavan Həbibinin toyu olacaq

arrow Ətraflı
410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb like
  • 12 İyl 11:41  
İqtisadiyyat 410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb

Layihə üzrə 1000 kvadrat metr sahənin əsaslı təmiri gözlənilir

arrow Ətraflı
İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirdi like
  • 12 İyl 11:39  
Digərləri İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirdi

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi

arrow Ətraflı
Xalq artistinin oğlu adam vurdu like
  • 12 İyl 11:39  
Digərləri Xalq artistinin oğlu adam vurdu

Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan xoşagəlməz hadisə ilə üzləşi

arrow Ətraflı
"Manchester United"in yeni kapitanı təsdiqləndi like
  • 12 İyl 11:38  
İdman "Manchester United"in yeni kapitanı təsdiqləndi

Ueyn Runinin gedişindən sonra "Manchester United"in yeni kapitanı təsdiqlən

arrow Ətraflı
Belarus Prezidenti XIX Ümumdünya Rus Mətbuatı Konqresinin plenar iclasında iştirak edəcək like
  • 12 İyl 11:38  
Dünya Belarus Prezidenti XIX Ümumdünya Rus Mətbuatı Konqresinin plenar iclasında iştirak edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə XIX Ümumdünya Rus Mə

arrow Ətraflı