21 dövlət əmlakı özəlləşdirildi FOTO


Digərləri 12 İyl 2017 11:15:00 54 0

21 dövlət əmlakı özəlləşdirildi  FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

Bu xəbəri də oxu: O mesajlar niyə göndərilir?

Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.

Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir.

Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə ictimai maraq kifayət qədər böyük olub. Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib. Beləki, 23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat ən son qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsada 162 min manata sahibini tapıb. Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Beləki, ümumi faydalı sahəsi 28,2 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb.

Bu isə özəlləşdirmə prosesində şəffaflığın artmasının, elektron xidmətə keçidin daha da genişləndirilməsinin, investorlar üçün hərraca kifayət qədər maraqlı əmlakların çıxarılmasının nəticəsidir. Eyni zamanda özəlləşmə, hərraclarla bağlı geniş ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması, televiziya kanallarında məlumat xarakterli video-çarxların nümayiş olunması da özəlləşmə prosesinin sürətlənməsinə, hərraclara olan marağın artmasına səbəb olub.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 28,8 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsini və Sabunçu rayonunda yerləşən 37 saylı mağazanı göstərmək olar. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.

loading...

Xəbərə aid fotolar

Səfir: "Güclü Azərbaycan güclü Türkiyə deməkdir" like
  • 12 İyl 11:14  
Siyasət Səfir: "Güclü Azərbaycan güclü Türkiyə deməkdir"

Erkan Özoral: "Keçən ilin 15 iyul hadisələri zamanı Türkiyə xalqı əsl

arrow Ətraflı
Bu il Bakıda xüsusi istedada malik 1400-dən çox uşaq I sinfə gedəcək like
  • 12 İyl 11:10  
Digərləri Bu il Bakıda xüsusi istedada malik 1400-dən çox uşaq I sinfə gedəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

arrow Ətraflı
Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar like
  • 12 İyl 11:09  
Digərləri Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters

arrow Ətraflı
Natavanın xına gecəsi olmayacaq like
  • 12 İyl 11:09  
Şou-biznes Natavanın xına gecəsi olmayacaq

Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib.

arrow Ətraflı
Rok ulduzlarının 15 il əvvəl və indiki halları  FOTOlar like
  • 12 İyl 11:07  
Digərləri Rok ulduzlarının 15 il əvvəl və indiki halları FOTOlar

Rusiya mətbuatı əksəriyyətimizin tanıdığı rok ulduzların bir neçə il

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb (FOTO) like
  • 12 İyl 11:05  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb (FOTO)

İyulun 12-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

arrow Ətraflı
Misir prezidenti Azərbaycana gələcək like
  • 12 İyl 11:05  
Digərləri Misir prezidenti Azərbaycana gələcək

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəli

arrow Ətraflı
2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək like
  • 12 İyl 11:04  
Digərləri 2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək.

arrow Ətraflı
"Neftçi" ilk yoxlama oyununda udzudu like
  • 12 İyl 11:03  
İdman "Neftçi" ilk yoxlama oyununda udzudu

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində b

arrow Ətraflı
5 yaşlı uşağı maşın vurdu like
  • 12 İyl 11:03  
Digərləri 5 yaşlı uşağı maşın vurdu

Qusarda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Belarus Prezidenti XIX Ümumdünya Rus Mətbuatı Konqresinin plenar iclasında iştirak edəcək like
  • 12 İyl 11:00  
Digərləri Belarus Prezidenti XIX Ümumdünya Rus Mətbuatı Konqresinin plenar iclasında iştirak edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə XIX Ümumdünya Rus Mə

arrow Ətraflı
Bakıda yeni dairə inşa olundu  FOTO like
  • 12 İyl 10:59  
Digərləri Bakıda yeni dairə inşa olundu FOTO

Bakıda Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçiv

arrow Ətraflı