Bakının BMX Treki DÇ-2018 üçün yenidən qurulur (FOTO)


Digərləri 12 İyl 2017 11:16:46 59 0

Bakının BMX Treki DÇ-2018 üçün yenidən qurulur (FOTO)

Azərbaycan Velosiped İdmanı Federasiyası 2018-ci ilin iyununda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatının hazırlıqlarına başlayıb.

Bakı. Azərbaycan Velosiped İdmanı Federasiyası 2018-ci ilin iyununda Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatının hazırlıqlarına başlayıb. Federasiyadan Trend-ə verilən məlumata görə, işlərə yarışın keçiriləcəyi BMX trekində yenidənqurma prosesi ilə start verilib. Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci ildən etibarən BMX idmanı üzrə dünya çempionatını yeni standartlara uyğun yarış trasında təşkil edəcək, yəni Bakı-2018 dünya çempionatları tarixində bir ilkə imza atacaq. Bununla əlaqədar olaraq beynəlxalq federasiyanın tövsiyyələri əsasında Bakı BMX Trekinin marşrutunda bir sıra dəyişikliklər edilib. İlkin olaraq trekin marşrutunun eni, uzunluğu və döngələrin hündürlüyü yeni standartlara uyğun olaraq artırılıb. Maneələrin sayında da artım var və bütün bunlar marşrutun peşəkar idmançılar üçün daha çətin və eyni zamanda daha ekstremal olması anlamına gəlir. Yenilənmə prosesinə Beynəlxalq Velosipedçilər İttifaqının BMX idmanı üzrə mütəxəssisləri nəzarət edib və görülən işlərin keyfiyyətini, həmçinin marşrutun durumunu yoxlamaq üçün Avropadan tanınmış velosipedçilər, o cümlədən 2 qat Avropa çempionu, latviyalı Edzus Treymanes Bakıya dəvət edilib. 2 il əvvəl Bakı-2015 ilk Avropa Oyunlarının da iştirakçısı olan bu idmançı yarış marşrutundakı dəyişilikləri belə xarakterizə edir: "Buradakı test yürüşlərimiz bizdə belə bir təəssürat oyatdı ki, yeni marşrut daha həyəcanlı yarış keçməsinə zəmin yaradacaq. Düzdür, biz bu il təşkil olunacaq bütün yarışlarda köhnə marşrutla yarışacağıq, amma mən gələn il bizi sözün yaxşı mənasında nəyin gözlədiyini yaxşı bilirəm. Bu ayın sonunda ABŞ-da keçiriləcək dünya çempionatında digər ölkə iştirakçılarına da yeni marşrut haqda məlumat verəcəyəm. Çünki, dəyişikliklər həqiqətən də cəlbedicidir və düşünürəm ki, yarış trası tam hazır vəziyyətdədir". Qeyd edək ki, velosiped idmanının ən gənc növü olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına salınıb və hazırda planetin ən populyar idman növləri sırasında yer alır. İyulun sonlarında ABŞ-da təşkil olunacaq 2017-ci il dünya çempionatında Azərbaycan nümayəndə heyətinin xüsusi təqdimatla çıxışı da olacaq və gələnilki dünya çempionatının estafeti qəbul ediləcək.
loading...
Rusiyadan Qarabağdakı təlim xəbəri ilə bağlı like
  • 12 İyl 11:16  
Digərləri Rusiyadan Qarabağdakı təlim xəbəri ilə bağlı

Rusiya Sərhəd Qoşunları Ermənistan sərhədçiləri ilə birlikdə İrandan

arrow Ətraflı
21 dövlət əmlakı özəlləşdirildi  FOTO like
  • 12 İyl 11:15  
Digərləri 21 dövlət əmlakı özəlləşdirildi FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəll

arrow Ətraflı
Səfir: "Güclü Azərbaycan güclü Türkiyə deməkdir" like
  • 12 İyl 11:14  
Siyasət Səfir: "Güclü Azərbaycan güclü Türkiyə deməkdir"

Erkan Özoral: "Keçən ilin 15 iyul hadisələri zamanı Türkiyə xalqı əsl

arrow Ətraflı
Bu il Bakıda xüsusi istedada malik 1400-dən çox uşaq I sinfə gedəcək like
  • 12 İyl 11:10  
Digərləri Bu il Bakıda xüsusi istedada malik 1400-dən çox uşaq I sinfə gedəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhs

arrow Ətraflı
Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar like
  • 12 İyl 11:09  
Digərləri Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters

arrow Ətraflı
Natavanın xına gecəsi olmayacaq like
  • 12 İyl 11:09  
Şou-biznes Natavanın xına gecəsi olmayacaq

Müğənni Natavan Həbibi xına gecəsini ləğv edib.

arrow Ətraflı
Rok ulduzlarının 15 il əvvəl və indiki halları  FOTOlar like
  • 12 İyl 11:07  
Digərləri Rok ulduzlarının 15 il əvvəl və indiki halları FOTOlar

Rusiya mətbuatı əksəriyyətimizin tanıdığı rok ulduzların bir neçə il

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb (FOTO) like
  • 12 İyl 11:05  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb (FOTO)

İyulun 12-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

arrow Ətraflı
Misir prezidenti Azərbaycana gələcək like
  • 12 İyl 11:05  
Digərləri Misir prezidenti Azərbaycana gələcək

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəli

arrow Ətraflı
2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək like
  • 12 İyl 11:04  
Digərləri 2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək.

arrow Ətraflı
"Neftçi" ilk yoxlama oyununda udzudu like
  • 12 İyl 11:03  
İdman "Neftçi" ilk yoxlama oyununda udzudu

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində b

arrow Ətraflı
5 yaşlı uşağı maşın vurdu like
  • 12 İyl 11:03  
Digərləri 5 yaşlı uşağı maşın vurdu

Qusarda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı