Novruzəli Orucovun oğlu həbs edilib - RƏSMİ


Sosial 12 İyl 2017 09:40:00 58 0

Novruzəli Orucovun oğlu həbs edilib - RƏSMİ

Eldar Sultanov: “O, marşrut avtobusunu 8 dayanacaq təqib edib”

Baş Prokurorluq Bakıda xuliqanlıq hərəkəti etmiş şəxslə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

“Qeyd edilməlidir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib”, - E.Sultanov əlavə edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rüstəm Orucov Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov dünənPrezident İlham Əliyevin sərəncamı iləAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

loading...
Yardımlıda tunc dövrünə aid abidələrdə arxeoloji qazıntılara başlanılıb like
  • 12 İyl 09:38  
Digərləri Yardımlıda tunc dövrünə aid abidələrdə arxeoloji qazıntılara başlanılıb

Yardımlı rayonu ərazisindəki tunc dövrü kurqanlarında arxeoloji qazıntı

arrow Ətraflı
Azərbaycanda bağlanmış bankların əmlaklarını almaq istəyən olmadı like
  • 12 İyl 09:35  
Digərləri Azərbaycanda bağlanmış bankların əmlaklarını almaq istəyən olmadı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu

arrow Ətraflı
Gülşən oğlu ilə hava limanında - fotolar like
  • 12 İyl 09:32  
Şou-biznes Gülşən oğlu ilə hava limanında - fotolar

Müğənni Gülşən ailəsi ilə birlikdə hava limanında görüntülənib.

arrow Ətraflı
General oğlu həbs edildi like
  • 12 İyl 09:32  
Digərləri General oğlu həbs edildi

Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Səfərbərlik

arrow Ətraflı
“Pole çudes”in aparıcısı Bakıda futbol izlədi -  foto like
  • 12 İyl 09:31  
Şou-biznes “Pole çudes”in aparıcısı Bakıda futbol izlədi - foto

Rusiyanın məşhur “Pole çudes” yarışmasının aparıcısı Leonid Yakub

arrow Ətraflı
Qızıl 4 dollardan çox bahalaşdı like
  • 12 İyl 09:28  
Dünya Qızıl 4 dollardan çox bahalaşdı

Amerika fond bazarında Dow Jones indeksi 0,00% - 21 409,07 bəndədək, S&P 500

arrow Ətraflı
Bu dəfə də özünə milyonçu sevgili tapdı like
  • 12 İyl 09:28  
Şou-biznes Bu dəfə də özünə milyonçu sevgili tapdı

47 yaşlı model Naomi Kempbell 61 yaşlı misirli milyonçu Lui Kamilyeri ilə

arrow Ətraflı
Azərbaycan nefti cüzi ucuzlaşıb like
  • 12 İyl 09:27  
İqtisadiyyat Azərbaycan nefti cüzi ucuzlaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 47,40 dollar/barelə bərabər olub

arrow Ətraflı
Misir prezidentinin Azərbaycana səfəri gözlənilir like
  • 12 İyl 09:25  
Siyasət Misir prezidentinin Azərbaycana səfəri gözlənilir

"Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyi

arrow Ətraflı
Bakıda baş vermiş qətlin üstü açılıb like
  • 12 İyl 09:24  
Sosial Bakıda baş vermiş qətlin üstü açılıb

Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

arrow Ətraflı
"Baku Jazz Center" ləğv olundu like
  • 12 İyl 09:22  
Digərləri "Baku Jazz Center" ləğv olundu

"Baku Jazz Center" MMC ləğv olunduğunu elan edib. 

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 12 İyl 09:20  
Digərləri Manatın MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, iyulun 12-ə olan rəsmi m

arrow Ətraflı
Dünya bazarında neft bahalaşdı like
  • 12 İyl 09:19  
Dünya Dünya bazarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb.

arrow Ətraflı