Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub


İqtisadiyyat 12 İyl 2017 09:50:03 58 0

Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub

Bu dairə sürücülərin daha qısa məsafə qət etmələrinə imkan verəcək

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissəsində yeni dairə inşa olunub. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, dairənin diametri 15 metr təşkil edir.

"Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir. Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa, Zığ qəsəbəsinə giriş və çıxış yolları, həmçinin Hövsan yoluna normal hərəkəti təmin etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 metr, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min poqonmetrdən çox səki daşı düzülüb", -deyə məlumatda qeyd edilib.

Məlumata görə, hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq, Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyac qalmayıb.

loading...
58 yaşlı qadın intihar etdi like
  • 12 İyl 09:50  
Digərləri 58 yaşlı qadın intihar etdi

Şəkidə 58 yaşlı qadın intihar edib.

arrow Ətraflı
"Banu"nun Güneli "Space"dən getdi like
  • 12 İyl 09:49  
Şou-biznes "Banu"nun Güneli "Space"dən getdi

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub like
  • 12 İyl 09:49  
Digərləri Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı
Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub like
  • 12 İyl 09:48  
Siyasət Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan

arrow Ətraflı
Günel "Space"dən getdi  VİDEO like
  • 12 İyl 09:46  
Digərləri Günel "Space"dən getdi VİDEO

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
"Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü -  fotolar like
  • 12 İyl 09:44  
Şou-biznes "Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü - fotolar

Xəbər verdiyimiz kimi, “Papito chokolato” mahnısı ilə məşhur olan See

arrow Ətraflı
Qızılağac Dövlət Qoruğundakı yanğın söndürülüb like
  • 12 İyl 09:44  
Digərləri Qızılağac Dövlət Qoruğundakı yanğın söndürülüb

İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun

arrow Ətraflı
Bakıda keçmiş məhkum adam öldürdü like
  • 12 İyl 09:42  
Digərləri Bakıda keçmiş məhkum adam öldürdü

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı
Pərvizin toyu oldu –  fotolar+video like
  • 12 İyl 09:40  
Şou-biznes Pərvizin toyu oldu – fotolar+video

Müğənni Pərviz Abdullayevin toyu olub.

arrow Ətraflı
Novruzəli Orucovun oğlu həbs edilib - RƏSMİ like
  • 12 İyl 09:40  
Sosial Novruzəli Orucovun oğlu həbs edilib - RƏSMİ

Eldar Sultanov: “O, marşrut avtobusunu 8 dayanacaq təqib edib”

arrow Ətraflı
Yardımlıda tunc dövrünə aid abidələrdə arxeoloji qazıntılara başlanılıb like
  • 12 İyl 09:38  
Digərləri Yardımlıda tunc dövrünə aid abidələrdə arxeoloji qazıntılara başlanılıb

Yardımlı rayonu ərazisindəki tunc dövrü kurqanlarında arxeoloji qazıntı

arrow Ətraflı