Argentinanın analitik portalı Ermənistan ordusunun törətdiyi cinayətdən yazdı


Siyasət 12 İyl 2017 10:30:00 63 0

Argentinanın analitik portalı Ermənistan ordusunun törətdiyi cinayətdən yazdı

Argentinanın geniş oxucu kütləsinə malik "Equilibrium Global" analitik portalında "Qafqazda faciə: insan hüquqları haradadır?" ("Tragedia en el Cáucaso, ¿dónde están los derechos humanos?") başlıqlı məqalə dərc olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. 4 iyul tarixində bu başa çatmamış müharibədə mülki əhali arasında qurbanlar olub:

"Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına və belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin dünya vətəndaşı kimi hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?"

Həmin məqalədə eyni zamanda cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri H.Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.

Məqalənin sonunda xüsusi vurğulanır ki, baş vermiş hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Aygün Kazımova "tər tökərkən"  VİDEO like
  • 12 İyl 10:29  
Şou-biznes Aygün Kazımova "tər tökərkən" VİDEO

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni görüntülərini payla

arrow Ətraflı
Əmək müqaviləsi bildirişi üzrə e-informasiya sisteminə müraciətlər 2 dəfə artıb like
  • 12 İyl 10:28  
Digərləri Əmək müqaviləsi bildirişi üzrə e-informasiya sisteminə müraciətlər 2 dəfə artıb

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 8,8 milyo

arrow Ətraflı
İsmayıllıda hotel müdiri həbs edildi like
  • 12 İyl 10:28  
Digərləri İsmayıllıda hotel müdiri həbs edildi

İsmayıllıda hotel müdiri həbs edilib.

arrow Ətraflı
Şamaxıda iki azyaşlı qidadan zəhərləndi like
  • 12 İyl 10:25  
Digərləri Şamaxıda iki azyaşlı qidadan zəhərləndi

Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.    Son.az APA-ya ist

arrow Ətraflı
"Söz"ün aktrisası sevgilisi ilə - fotolar like
  • 12 İyl 10:23  
Şou-biznes "Söz"ün aktrisası sevgilisi ilə - fotolar

"Söz" serialının ulduzu Aybüke Pusat sevgilisi ilə görünüb.

arrow Ətraflı
Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu like
  • 12 İyl 10:23  
Digərləri Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtə

arrow Ətraflı
Trampın vertolyotu qəzaya uğradı like
  • 12 İyl 10:21  
Dünya Trampın vertolyotu qəzaya uğradı

ABŞ-ın Nyu York şəhəri yaxınlığında vertolyot qəzaya uğrayıb.

arrow Ətraflı
Sürücünü 8 dayanacaq izləyib, sonra döyüb... like
  • 12 İyl 10:18  
Digərləri Sürücünü 8 dayanacaq izləyib, sonra döyüb...

Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə

arrow Ətraflı
Vilma Elles bu qətliama göz yaşı tökdü - fotolar like
  • 12 İyl 10:17  
Şou-biznes Vilma Elles bu qətliama göz yaşı tökdü - fotolar

“Öyle bir geçer zaman ki” serialında Karolin obrazı ilə tanınan almani

arrow Ətraflı
Türkiyə aviasiyası PKK-nın daha 11 terrorçusunu məhv etdi like
  • 12 İyl 10:14  
Digərləri Türkiyə aviasiyası PKK-nın daha 11 terrorçusunu məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinin Mardin və Hakkari vilayətlərin

arrow Ətraflı
Rəşad Sadıqov: "Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir" like
  • 12 İyl 10:14  
İdman Rəşad Sadıqov: "Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir"

"Həm sevinirəm, həm də zədəmlə əlaqədar çox məyusam. İlk n&oum

arrow Ətraflı
Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası  FOTO like
  • 12 İyl 10:14  
Siyasət Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası FOTO

İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən

arrow Ətraflı