Rəşad Sadıqov: "Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir"


İdman 12 İyl 2017 10:14:00 51 0

Rəşad Sadıqov: "Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir"

"Həm sevinirəm, həm də zədəmlə əlaqədar çox məyusam. İlk növbədə, uşaqları təbrik edirəm. Ağıllı, gücümüzü qiymətləndirərək, futbol oynadıq. Bilirdik ki, tam hazır deyilik. Mövsümün ilk oyunu idi. Həm fiziki, həm də texniki, həm taktiki cəhətdən ideal formada deyildik. Gürcüstan çempionatında isə mövsümün ortaları olduğundan, rəqib tam əksinə, hazırlıqlı idi. Bizdən daha diri idilər. Amma uşaqlar yaxşı oynadılar. Lazım olanda əks-hücumlara çıxdıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik. 

 "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı üzərində qazanılan 5:0 hesablı qələbədən sonra  jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi onu əvəzləyən yeni transfer Yakub Jezniçakın çıxışını yaxşı qiymətləndirib. 

Zədəmə gəldikdə, həqiqətən də çox məyusedicidir. Təlim-məşq toplanışında tam iştirak edir, hazırlaşırsan, amma ilk oyundaca zədələnirsən. Bu, mənə psixoloji cəhətdən çox ağır zərbədir. Zatən son zamanlar özümü bu baxımdan basqı altında hiss edirdim. Şimali İrlandiya ilə oyunda ağır məğlubiyyət almışdıq. Ümid edirdim ki, bu oyunlardan sonra əhval-ruhiyyəm bir az yüksələcək. Amma bu gün daha ağır zərbə aldım. Futboldur, nə etmək olar?

- Zədəniz nə dərəcədə ciddidir?

- Dizimdən zədələnmişəm. Yəqin ki, ciddilik dərəcəsi sabah bilinəcək. MRT-yə baxmadan dəqiq bir şey demək olmur.

- Sizin əvəzinizə meydana daxil olan Yakub Jezniçakın oyununu necə dəyərləndirirsiniz?

- Onsuz da məşqlərdə öz ustalığını göstərmişdi. Çox yaxşı transferdir. İnanıram ki, gələcəkdə də çox xeyri dəyəcək. Sevindirici haldır ki, ilk oyunda həyəcan keçirmədən təcrübəsini ortaya qoydu. Aydın məsələdir ki, Polşanın "Legiya" klubunun kapitanı olmaq, 15 il orada oynamaq asan deyil, heç nədən bu, baş vermir. Çox sevindirici haldır ki, "Qarabağ"da debütdəcə inamlı və gözəl oyun sərgilədi.

- Cavab görüşündən nə gözləyirsiniz?

- Onsuz da hələ komandamız hazır deyil. Yeni-yeni oyunlara ehtiyacımız var. Qarşıda cavab oyunu var. Hazırda praktika yox, sırf cavab oyunu haqda düşünürük. Bu görüş göstərdi ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. Əks halda, cəzalandıra bilərlər.

loading...
Kristina Aqileradan cazibədar fotosessiya like
  • 12 İyl 10:11  
Şou-biznes Kristina Aqileradan cazibədar fotosessiya

Müğənni Kristina Aqilera sosial şəbəkədə cazibədar fotolarını paylaş

arrow Ətraflı
"Miss Baku" Mayamidə cazibədar bədənini nümayiş etdirdi  FOTO like
  • 12 İyl 10:11  
Şou-biznes "Miss Baku" Mayamidə cazibədar bədənini nümayiş etdirdi FOTO

Azərbaycanlı fotomodel Tamilla Həmidova İnstagram-da yeni fotolarını pay

arrow Ətraflı
Qızılağac Dövlət Quruğundakı yanğın söndürüldü like
  • 12 İyl 10:08  
Digərləri Qızılağac Dövlət Quruğundakı yanğın söndürüldü

İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun

arrow Ətraflı
"İçerde" bitdi, Bensu Çağatayı sildi like
  • 12 İyl 10:07  
Şou-biznes "İçerde" bitdi, Bensu Çağatayı sildi

"İçerde" serialında sevgililəri canlandıran Çağatay Ulusoy və Bensu Sora

arrow Ətraflı
Aeroport yolunda qəza like
  • 12 İyl 10:05  
Digərləri Aeroport yolunda qəza

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib.

arrow Ətraflı
Neft yenidən bahalaşmağa başlayıb like
  • 12 İyl 10:04  
İqtisadiyyat Neft yenidən bahalaşmağa başlayıb

Bunun səbəbi ABŞ-da neft ehtiyatlarının kəskin azalması haqqında xəbəb

arrow Ətraflı
Azərbaycan yolundakı xilası milyonlar izlədi: like
  • 12 İyl 10:01  
Digərləri Azərbaycan yolundakı xilası milyonlar izlədi:

"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!"

arrow Ətraflı
Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilib (FOTO) like
  • 12 İyl 10:00  
Digərləri Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilib (FOTO)

İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən

arrow Ətraflı
Adriana türk sevgilisini öpməkdən doymur like
  • 12 İyl 09:58  
Digərləri Adriana türk sevgilisini öpməkdən doymur

Dünya şöhrətli model Adriana Lima türk yazıçı Metin Hara ilə münasib

arrow Ətraflı
Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO) like
  • 12 İyl 09:57  
Digərləri Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO)

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində

arrow Ətraflı
Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı like
  • 12 İyl 09:57  
Digərləri Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika

arrow Ətraflı
Erməni silahlılarından cəbhədə like
  • 12 İyl 09:55  
Digərləri Erməni silahlılarından cəbhədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı