Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı


Digərləri 12 İyl 2017 09:57:00 35 0

Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə CNN telekanalının yaydığı məlumatda deyilir. Bildirilir ki, xüsusi prokuror Donald Tramp-juniorla hüquqşünas Natalya Veselnitskaya arasında təmasların bütün detallarını araşdıracaq.

Trampın oğlunun ötən ilin yayında Emin Ağalarovun təklifi ilə Nyu-Yorkdakı “Trump Tower” də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşdüyünə dair məlumatı bir gün əvvəl “The New York Times” yayıb. Geniş rezonansa və qalmaqala səbəb olan bu məlumatın yayılması prezident Trampın Almaniyanın Hamburg şəhərində G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündən sonraya təsadüf edib. Həmin görüşdə tərəflər iki ölkə arasında münasibətlərin qaydaya salınmasına dair danışıqların başlanmasında anlaşma əldə etmişdilər.

CNN bildirir ki, Donald Trampın oğlu bundan əvvəl də xüsusi prokurorun təhqiqat obyekti olub. Onun biznes əlaqələri araşdırılıb. İndi isə Robert Müller, keçmiş FTB direktoru prezidentin oğlunun elektron yazışmalarını, habelə Rusiya hakimiyyətinin maraqlarını təmsil etdiyi deyilən hüquqşünas Veselnitskaya ilə görüşünü araşdıracaq.

Xatırladaq ki, görüş barədə məlumatın yayılmasından sonra Trampın oğlu Veselnitskaya ilə görüşə dair Tvitter yazışmalarını yayıb. Həmin yazışmalar Trampın oğlu ilə musiqişünas Rob Qoldsteyn arasında gedir. Qoldsteyn Trampın oğluna bildirir ki, Rusiyadan ona Hillari Klintonun əleyhinə kompromatlar ötürmək istəyirlər. O, həmin məlumatı Emin Ağalarovdan aldığını bildirir. Qoldsteynin yazdığına görə Emin Ağalarova da məlumatı atası Araz Ağalarov çatdırıb. Hansı ki, Ağalarov öz növbəsində Klinton barədə kompromatlara dair informasiyanı hansısa “krallıq prokuroru”undan alıbmış. Həmin prokuror Ağalarovdan xahiş edib ki, Trampın seçki qərargahı ilə əlaqə yaratsın və Hillari Klinton barədə “məxfi dosyenin” olduğunu onlara çatdırsın. Ehtimal olunur ki, söhbət baş prokuror Yuri Çaykadan gedir. Çayka bu iddiaları şərh etmir.

Yazışmalara əsasən Trampın oğlu Rusiyadan Klinton barədə kompromatları qəbul etməyə razılaşır. Lakin onun bildirdiyinə görə, Veselnitskaya ilə görüşdə məlum olur ki, vəkil əslində heç bir məxfi dosyeyə malik deyil və ümumi məzmunlu söhbətlər edir. Nəticədə Trampın oğlu görüşü yarımçıq kəsir.

Prezident Tramp oğlunun Veselnitskaya ilə bağlı yazışmalarını açıqlamasını bəyənir. O, bu hərəkətinə görə oğlunu “yüksək keyfiyyətli adam” adlandırıb. Lakin Trampın oğlunun şəffaflıq nümayiş etdirməsi tonqalın üstünə yağ tökmək kimidir. Çünki prezidentin oğlu etiraf edir ki, atasının rəqibi barədə Rusiya hakimiyyətindən kompromat qəbul etməyə hazır olub. Və bu məqam Rusiyanın Amerika seçkilərinə Trampın xeyrinə müdaxiləsi barədə qalmaqalı daha da dərinləşdirəcək. Tramp-junior-Veselnitskaya-Ağalarov əlaqələri barədə üzə çıxan məqamlar artıq ABŞ prezidentinə qarşı kütləvi media hücumunun yeni mərhələsini başladıb.

loading...
Erməni silahlılarından cəbhədə like
  • 12 İyl 09:55  
Digərləri Erməni silahlılarından cəbhədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib like
  • 12 İyl 09:53  
Siyasət Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib

Maria Ester Labado Azərbaycanın Argentinadakı səfirliyinə məktub ünvanlay

arrow Ətraflı
Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib like
  • 12 İyl 09:52  
Digərləri Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib

Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edi

arrow Ətraflı
Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib like
  • 12 İyl 09:52  
İdman Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib

Qeyd edək ki, bu gün daha 12 oyun keçiriləcək. Millimizin hü

arrow Ətraflı
Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video like
  • 12 İyl 09:51  
Şou-biznes Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video

Beş il əvvəl təqdim olunduqdan sonra "YouTube"da rekordlar qıran Psy-nin "G

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub like
  • 12 İyl 09:51  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub like
  • 12 İyl 09:50  
İqtisadiyyat Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub

Bu dairə sürücülərin daha qısa məsafə qət etmələrinə imkan verəcək

arrow Ətraflı
58 yaşlı qadın intihar etdi like
  • 12 İyl 09:50  
Digərləri 58 yaşlı qadın intihar etdi

Şəkidə 58 yaşlı qadın intihar edib.

arrow Ətraflı
"Banu"nun Güneli "Space"dən getdi like
  • 12 İyl 09:49  
Şou-biznes "Banu"nun Güneli "Space"dən getdi

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub like
  • 12 İyl 09:49  
Digərləri Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı
Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub like
  • 12 İyl 09:48  
Siyasət Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan

arrow Ətraflı
Günel "Space"dən getdi  VİDEO like
  • 12 İyl 09:46  
Digərləri Günel "Space"dən getdi VİDEO

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı