Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib


Digərləri 12 İyl 2017 09:52:00 56 0

Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib

Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib.

Bakı. Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı "10-OG-300" dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
loading...
Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video like
  • 12 İyl 09:51  
Şou-biznes Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video

Beş il əvvəl təqdim olunduqdan sonra "YouTube"da rekordlar qıran Psy-nin "G

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub like
  • 12 İyl 09:51  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub like
  • 12 İyl 09:50  
İqtisadiyyat Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub

Bu dairə sürücülərin daha qısa məsafə qət etmələrinə imkan verəcək

arrow Ətraflı
58 yaşlı qadın intihar etdi like
  • 12 İyl 09:50  
Digərləri 58 yaşlı qadın intihar etdi

Şəkidə 58 yaşlı qadın intihar edib.

arrow Ətraflı
"Banu"nun Güneli "Space"dən getdi like
  • 12 İyl 09:49  
Şou-biznes "Banu"nun Güneli "Space"dən getdi

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub like
  • 12 İyl 09:49  
Digərləri Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı
Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub like
  • 12 İyl 09:48  
Siyasət Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan

arrow Ətraflı
Günel "Space"dən getdi  VİDEO like
  • 12 İyl 09:46  
Digərləri Günel "Space"dən getdi VİDEO

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
"Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü -  fotolar like
  • 12 İyl 09:44  
Şou-biznes "Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü - fotolar

Xəbər verdiyimiz kimi, “Papito chokolato” mahnısı ilə məşhur olan See

arrow Ətraflı
Qızılağac Dövlət Qoruğundakı yanğın söndürülüb like
  • 12 İyl 09:44  
Digərləri Qızılağac Dövlət Qoruğundakı yanğın söndürülüb

İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun

arrow Ətraflı
Bakıda keçmiş məhkum adam öldürdü like
  • 12 İyl 09:42  
Digərləri Bakıda keçmiş məhkum adam öldürdü

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı