Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO)


Digərləri 12 İyl 2017 09:57:00 50 0

Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO)

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub.

Bakı. Samir Əli - Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, dairənin diametri 15 metr təşkil edir. Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir. Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınıb. Bundan başqa Zığ qəsəbəsinə giriş və çıxış yolları, həmçinin Hövsan yoluna normal hərəkəti təmi etmək üçün də yeni yol hissələri salınıb, mövcud yollar isə yenidən qurulub. Yeni yolların ümumi uzunluğu 1850 m, eni isə 7-11 metr arası dəyişir. Dairə və yol kənarlarına ümumilikdə 3 min paqon-metrdən çox səki daşı düzülüb. Hazırda ərazidə son tamamlanma işləri aparılır, yeni səki daşları düzülür, 300 metr uzunluğunda istinad divarları inşa edilir. Bu işlər tam olaraq yekunlaşandan sonra zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, ərazidə üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, dairənin və yeni yol hissələrinin inşası ilə hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyyac qalmayıb.
loading...
Erməni silahlılarından cəbhədə like
  • 12 İyl 09:55  
Digərləri Erməni silahlılarından cəbhədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib like
  • 12 İyl 09:53  
Siyasət Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib

Maria Ester Labado Azərbaycanın Argentinadakı səfirliyinə məktub ünvanlay

arrow Ətraflı
Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib like
  • 12 İyl 09:52  
Digərləri Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib

Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edi

arrow Ətraflı
Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib like
  • 12 İyl 09:52  
İdman Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib

Qeyd edək ki, bu gün daha 12 oyun keçiriləcək. Millimizin hü

arrow Ətraflı
Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video like
  • 12 İyl 09:51  
Şou-biznes Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video

Beş il əvvəl təqdim olunduqdan sonra "YouTube"da rekordlar qıran Psy-nin "G

arrow Ətraflı
Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub like
  • 12 İyl 09:51  
Digərləri Ermənistan silahlı qüvvələri atəşkəsi 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub like
  • 12 İyl 09:50  
İqtisadiyyat Bakıda avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub

Bu dairə sürücülərin daha qısa məsafə qət etmələrinə imkan verəcək

arrow Ətraflı
58 yaşlı qadın intihar etdi like
  • 12 İyl 09:50  
Digərləri 58 yaşlı qadın intihar etdi

Şəkidə 58 yaşlı qadın intihar edib.

arrow Ətraflı
"Banu"nun Güneli "Space"dən getdi like
  • 12 İyl 09:49  
Şou-biznes "Banu"nun Güneli "Space"dən getdi

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı
Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub like
  • 12 İyl 09:49  
Digərləri Bakıda 66 yaşlı kişini qətlə yetirən şəxs tutulub

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata ke

arrow Ətraflı
Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub like
  • 12 İyl 09:48  
Siyasət Ermənilər qumbaraatan və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 141 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan

arrow Ətraflı
Günel "Space"dən getdi  VİDEO like
  • 12 İyl 09:46  
Digərləri Günel "Space"dən getdi VİDEO

Space TV-nin məşhur aparıcısı Günel Həsənzadə kanalla yollarını ayır

arrow Ətraflı