Argentinanın analitik portalı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayətdən yazıb


Digərləri 12 İyl 2017 10:06:00 52 0

Argentinanın analitik portalı Ermənistan ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi cinayətdən yazıb

Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” (“Tragedia en el Cáucaso, ¿dónde están los derechos humanos?”) başlıqlı məqalə dərc olunub.

Bu xəbəri də oxu: Yasamal rayonunda "Daewoo" yanıb

Bakı. Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” (“Tragedia en el Cáucaso, ¿dónde están los derechos humanos?”) başlıqlı məqalə dərc olunub. Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. 4 iyul tarixində bu başa çatmamış müharibədə mülki əhali arasında qurbanlar olub: “Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına və belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin dünya vətəndaşı kimi hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?” Həmin məqalədə eyni zamanda cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri H.Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır. Məqalənin sonunda xüsusi vurğulanır ki, baş vermiş hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
loading...
Aeroport yolunda qəza like
  • 12 İyl 10:05  
Digərləri Aeroport yolunda qəza

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib.

arrow Ətraflı
Neft yenidən bahalaşmağa başlayıb like
  • 12 İyl 10:04  
İqtisadiyyat Neft yenidən bahalaşmağa başlayıb

Bunun səbəbi ABŞ-da neft ehtiyatlarının kəskin azalması haqqında xəbəb

arrow Ətraflı
Azərbaycan yolundakı xilası milyonlar izlədi: like
  • 12 İyl 10:01  
Digərləri Azərbaycan yolundakı xilası milyonlar izlədi:

"Maşın alışdı! Onları xilas etmək lazımdır! Tələsin!"

arrow Ətraflı
Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilib (FOTO) like
  • 12 İyl 10:00  
Digərləri Haaqada erməni təxribatı ilə bağlı azərbaycanlıların etiraz aksiyası keçirilib (FOTO)

İyulun 11-də Niderland Krallığında yaşayan azərbaycanlılar tərəfindən

arrow Ətraflı
Adriana türk sevgilisini öpməkdən doymur like
  • 12 İyl 09:58  
Digərləri Adriana türk sevgilisini öpməkdən doymur

Dünya şöhrətli model Adriana Lima türk yazıçı Metin Hara ilə münasib

arrow Ətraflı
Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO) like
  • 12 İyl 09:57  
Digərləri Zığ qəsəbəsində yeni dairə inşa olunub (FOTO)

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində

arrow Ətraflı
Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı like
  • 12 İyl 09:57  
Digərləri Xüsusi prokuror Ağalarov-Tramp-Veselnitskaya qalmaqalını araşdırmağa başladı

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika

arrow Ətraflı
Erməni silahlılarından cəbhədə like
  • 12 İyl 09:55  
Digərləri Erməni silahlılarından cəbhədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib like
  • 12 İyl 09:53  
Siyasət Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib

Maria Ester Labado Azərbaycanın Argentinadakı səfirliyinə məktub ünvanlay

arrow Ətraflı
Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib like
  • 12 İyl 09:52  
Digərləri Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edilib

Bakıda avtobus sürücüsünə xəsarətlər yetirən Rüstəm Orucov həbs edi

arrow Ətraflı
Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib like
  • 12 İyl 09:52  
İdman Çempionlar Liqasının II təsnifat mərhələsində 4 oyun keçirilib

Qeyd edək ki, bu gün daha 12 oyun keçiriləcək. Millimizin hü

arrow Ətraflı
Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video like
  • 12 İyl 09:51  
Şou-biznes Bu klip "YouTube"da "Gangnam Style"ı geridə qoydu - video

Beş il əvvəl təqdim olunduqdan sonra "YouTube"da rekordlar qıran Psy-nin "G

arrow Ətraflı