Tanınmış ekspertdən proqnoz "Cəbhədə vəziyyət daha gərgin xarakter alacaq"


Siyasət 12 İyl 2017 08:02:00 39 0

Tanınmış ekspertdən proqnoz  "Cəbhədə vəziyyət daha gərgin xarakter alacaq"

"Hadisələr göstərir ki, vəziyyət iki paralel reallıqda inkişaf edir. Bu reallıqlardan biri danışıqlar prosesidir. Çünki doğrudan da tərəflər görüşürlər, danışıqlar aparırlar. Amma cəbhədəki döyüşlər, atışmalar digər bir reallıqdır. Və bu reallıqlar bir-biri ilə heç kəsişmir. Çünki danışıqlar prosesində hansısa təklif, qərar qəbul olunsa da, onların implementasiyası üçün ortada mütləq mühüm sənəd olmalıdır. Lakin son illər ərzində belə mühüm sənəd ərsəyə gəlməyib, ortaya çıxmayıb. Ona görə də cəbhədə proseslər olduğu kimi inkişaf edir və bu görüşlər də hərbi eskalasiyaya heç bir təsir göstərmir".

Bunu Son.az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyətin detallarını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hazırda bu eskalasiyanın qarşısını almaq üçün "Bişkek protokolu"nu əvəzləyə bilən sənədin ortaya çıxarılması üçün təkliflər var. Lakin onlar əsasən cəbhədə nəzarət mexanizminin tətbiq edilməsini nəzərdə tutur: "Amma Azərbaycan tərəfi təbii ki, bunu yanlış yanaşma kimi qəbul edir. Çünki əgər problemi kompleks şəkildə çözmək istəyiriksə, onda digər məsələləri də bura qatmaq lazımdır. Yəni bura Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş rayonlarının boşaldılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, atəşkəs rejiminə riayət olunması və digər məsələlər daxildir. Doğrudan da, əgər məsələyə kompleks şəklində yanaşsaq, bunların hamısı öz əksini tapmalıdır.

Ona görə də nə qədər ki, vəziyyət belə davam edir, nə qədər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın istəyini nəzərə alaraq hərəkət edir, eskalasiya da davam edəcək. Çünki həmsədrlərin maraqları və Ermənistanın maraqları üst-üstə düşdüyünə görə, onlar diqqəti yalnız bir məsələnin, yəni atəşkəsin qorunması üzərində cəmləyir və bununla bağlı hansısa qərarın qəbul edilməsinə çalışırlar. Təbii ki, belə vəziyyətdə Azərbaycan tərəfi buna razılaşa bilməz. Əgər danışıqlar məhz bunun üzərində aparılırsa, o zaman onlar heç bir əhəmiyyət kəsb etməyəcək və nəticə də verməyəcək. Ona görə də vəziyyət bu iki paralel reallıqda davam edəcək, özü də biz bu vəziyyətin nə qədər belə davam edəcəyini bilmirik".

İ. Vəlizadə hesab edir ki, bu iki reallığı bir araya sığışdırmaq üçün məsələyə yalnız kompleks şəklində yanaşmaq, yəni cəbhədə gedən proseslərlə real vəziyyəti birləşdirmək lazımdır: "Elə bir görüntü yaratmaq lazım deyil ki, biz məsələnin yalnız bir hissəsini çözsək, o biri tərəfi də öz-özünə tədricən çözüləcək. Bu, mümkün deyil. Ona görə də fikrimcə, yaxın zamanlarda cəbhə xəttində insidentlərin sayı arta bilər. Danışıqlar prosesində vəziyyət kökündən dəyişilməsə, cəbhədəki eskalasiya da davam edəcək, vəziyyət hətta bundan da gərgin xarakter alacaq".

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Defence Industry Bulletin: Azərbaycan öz istehsalı olan silahları uğurla ixrac edir like
  • 12 İyl 07:59  
Digərləri Defence Industry Bulletin: Azərbaycan öz istehsalı olan silahları uğurla ixrac edir

Uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə

arrow Ətraflı
"Bunu adi tamaşaçı da hiss edir" like
  • 12 İyl 07:48  
Digərləri "Bunu adi tamaşaçı da hiss edir"

Reklamla bağlı qanunvericiliyin tələblərinin bəzi yayımçılar tərəfind

arrow Ətraflı
Milli Televiziya və Radio Şurası: Bəzi yayımçılar tələbləri pozurlar like
  • 12 İyl 07:42  
Digərləri Milli Televiziya və Radio Şurası: Bəzi yayımçılar tələbləri pozurlar

Reklamla bağlı qanunvericiliyin tələblərinin bəzi yayımçılar tərəfind

arrow Ətraflı
Pulqabı və açarların yerini tutan "ağıllı" üzük  FOTO like
  • 12 İyl 07:35  
Digərləri Pulqabı və açarların yerini tutan "ağıllı" üzük FOTO

Mobil telefonlar, televizorların ardınca üzüklər də "ağıllandı&quo

arrow Ətraflı
90cı illərin tanınmış müğənnisi bu hala düşdü  FOTO like
  • 12 İyl 07:28  
Digərləri 90cı illərin tanınmış müğənnisi bu hala düşdü FOTO

90-cı illərin tanınmış uıduzu Maşa Rasputinanın yeni fotoları yayılıb

arrow Ətraflı
Braziliya parlamenti əmək qanunvericiliyinə dəyişiklikləri qəbul edib like
  • 12 İyl 07:16  
Digərləri Braziliya parlamenti əmək qanunvericiliyinə dəyişiklikləri qəbul edib

Braziliya parlamentinin yuxarı palatası olan Federal senat müxalifətdən eti

arrow Ətraflı
"Mənim sevimli mələyim..."  FOTO like
  • 12 İyl 07:14  
Digərləri "Mənim sevimli mələyim..." FOTO

Aktyor Liam Hemsvortun müğənni sevgilisi Mayli Sayrusla yeni fotosunu paylaş

arrow Ətraflı
Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb like
  • 12 İyl 07:11  
Dünya Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb

Fukuoka və Oita prefekturalarında 25 nəfərin ölməsi rəsmi şəkildə təs

arrow Ətraflı
Dünya bu görüntüdən danışır: sirli UNO – VİDEO like
  • 12 İyl 07:07  
Digərləri Dünya bu görüntüdən danışır: sirli UNO – VİDEO

İnternetin ingilisdilli seqmentində Rusiyada - Yakutiya Respublikasında çək

arrow Ətraflı
Yaya özəl tort: rokoko like
  • 12 İyl 07:00  
Digərləri Yaya özəl tort: rokoko

Yayda dondurmaya alternativ olan rokoko tortu dada bilərsiniz. Həm sizi sərin

arrow Ətraflı
ATƏT-in yeni baş katibi İsveçrəli diplomat olacaq like
  • 12 İyl 06:45  
Dünya ATƏT-in yeni baş katibi İsveçrəli diplomat olacaq

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınadaxil olan ölkələr

arrow Ətraflı
Suraxanıda "Land Rover" "Kamaz"la toqquşub like
  • 12 İyl 06:32  
Digərləri Suraxanıda "Land Rover" "Kamaz"la toqquşub

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol nəqqliyyat hadisəsi qeydə

arrow Ətraflı