Peyğəmbərlər unutqanlığa düçar ola bilərmi?


Digərləri 11 İyl 2017 22:45:00 49 0

Peyğəmbərlər unutqanlığa düçar ola bilərmi?

Qurani-Kərimdə Həzrət Musa (ə) və həmsəfəri olan Yuşə ibni Nunun əhvalatı bəyan edilir ki, unutqanlığa düçar olmuşdular. Bəs necə ola bilər ki, peyğəmbərlər (ə) də nəyisə unuda bilsinlər?

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Musa (ə) Allahın əmri ilə Xızr (ə) peyğəmbərin yanına getmək üçün vəzifələndirilir. Musa (ə) və səfər yoldaşı yola düşürlər. Yolda yeməkləri üçün gətirdikləri balığı unudurlar. Quran nəql edir: "Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: "Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam". Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi. Elə ki, (o yerdən) keçdilər, (Musa) öz şagirdinə dedi: "Səhər yeməyimizi gətir, həqiqətən bu səfərimizdə çox əziyyət(lər) gördük". Dedi: "Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: o, hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı)"". ("Kəhf" 60-63). Bu ayələrdən də göründüyü kimi, balığı Musa (ə) deyil, onun səfər yoldaşı unutmuşdu və balığın dirilib üzüb getdiyini görsə də, onu Musaya (ə) deməyi yaddan çıxartmışdı. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, balıq hərəkət edir və dənizə düşür, yolunu tutub gedir, Musa (ə) yatmışdı. Dostu da onu oyatmaq istəmir. Oyandıqdan sonra əhvalatı ona danışmağı yaddan çıxardır. Ona görə ki, bir gecə-gündüz yollarına davam edirlər. Sonra Musanın (ə) dostu macəranı yadına salır və onu danışır. Çarəsiz onlar balığın suya düşdüyü əvvəlki məkana geri qayıdırlar". (Tebyan) Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, unutqanlıq Həzrət Musaya (ə) deyil, onun səfər yoldaşı olan Yuşəyə nisbət verilmişdir. Yuşə ibni Nun Musanın (ə) vəsisi olsa da, hələ peyğəmbərlik dərəcəsinə çatmamışdı. Ona görə də gündəlik mövzularda bəzən müəyyən şeyləri unuda bilirdi. Lakin o zaman ki, insan peyğəmbərlik məqamına çatar, artıq bu kimi səhvlər etməsinə imkan olmaz, çünki şeytan ona nufuz edə bilməz.

loading...
Məmmədyarovla Nalbandyanın görüşü başladı like
  • 11 İyl 22:41  
Siyasət Məmmədyarovla Nalbandyanın görüşü başladı

Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan

arrow Ətraflı
Allahdan başqa kiməsə “rəbb” demək olar? like
  • 11 İyl 22:40  
Digərləri Allahdan başqa kiməsə “rəbb” demək olar?

Qurani-Kərimdə işlədilən sözlərin hamısı insanların işlətdikləri s

arrow Ətraflı
Koalisiya Bağdadinin ölümünü təsdiq edə bilmir like
  • 11 İyl 22:39  
Dünya Koalisiya Bağdadinin ölümünü təsdiq edə bilmir

"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəl

arrow Ətraflı
Azərbaycanda muzdla işləyənlərin əmək haqqı artıb like
  • 11 İyl 22:38  
Digərləri Azərbaycanda muzdla işləyənlərin əmək haqqı artıb

Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı artıb.

arrow Ətraflı
ErmənistanAzərbaycan münaqişəsi ATƏT regionundaən ciddi təhdiddir like
  • 11 İyl 22:37  
Siyasət ErmənistanAzərbaycan münaqişəsi ATƏT regionundaən ciddi təhdiddir

Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sül

arrow Ətraflı
Fransız model LasVeqasda  FOTO like
  • 11 İyl 22:30  
Digərləri Fransız model LasVeqasda FOTO

Fransız modelş Tao Vikrat ABŞ-ın Las-Veqas şəhərindədir. Milldi.Az TMZ-

arrow Ətraflı
Tarkan konsertdə çıxılmaz vəziyyətə düşdü like
  • 11 İyl 22:29  
Şou-biznes Tarkan konsertdə çıxılmaz vəziyyətə düşdü

Müğənni Tarkan Harbiyedə ardıcıl altıncı konsertini verib.

arrow Ətraflı
Koalisiya İŞİD-in başçısının ölümünü təsdiq edə bilmir like
  • 11 İyl 22:25  
Digərləri Koalisiya İŞİD-in başçısının ölümünü təsdiq edə bilmir

"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koali

arrow Ətraflı
Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər like
  • 11 İyl 22:20  
Digərləri Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər

Elm, ticarət, siyasət - hər bir sahə əgər azad olmazsa, əsirlik deməkdir

arrow Ətraflı
Xəta əhlinin 7 sifəti like
  • 11 İyl 22:10  
Digərləri Xəta əhlinin 7 sifəti

"Nəhcül-bəlağə"də İmam Əlinin (ə) Malik Əştərə verdiyi n

arrow Ətraflı
Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir like
  • 11 İyl 22:09  
Siyasət Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub

arrow Ətraflı
Məmmədyarov-Nalbandyan görüşü başladı like
  • 11 İyl 22:07  
Digərləri Məmmədyarov-Nalbandyan görüşü başladı

Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar M

arrow Ətraflı