"SAY: Solidarity" başa çatıb (FOTO)


Digərləri 11 İyl 2017 20:50:00 63 0

"SAY: Solidarity" başa çatıb (FOTO)

Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başa çatdı.

Bakı. Yayın ən böyük layihələrindən biri olan “SAY: Solidarity” layihəsi başa çatdı. 2017-ci il Azərbaycanda “İslam Həmrəylik” ili kimi qeyd olunur. Məhz bu səbəbdən “İRƏLİ” İctimai Birliyi bu dəfə gəncləri “həmrəylik” adı altında topladı. “SAY: Solidarity” (Gənclərin Həmrəylik Düşərgəsi) layihəsi Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq əsas məqsəd olaraq müəyyən edilib. Reallaşdırılan layihə çərçivəsində ümumilikdə 100-dən artıq gənc iştirak edib. Bağlanış mərasimi Balakən rayon Heydər Əliyev adına parkında baş tutub. Layihə iştirakçıları Balakən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış konsert proqramında layihə haqqında olan fikirlərini bölüşüb, başda “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov olmaqla təşkilati heyətə təşəkkürlərini bildirib. Çıxış edən “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov hər zaman dövlət siyasətini dəstəklədiklərini qeyd edib. Təşkilat olaraq hər il Gənclər paytaxtı seçilən regionda böyük layihələr həyata keçirərək gənclər arasında əlaqələrin genişlənməsindən və bunun gələcəkdə verəcəyi müsbət nəticələrdən danışıb. Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Pacalov Balakən rayonun fəaliyyətindən danışıb, layihə iştirakçılarının Balakən rayonunda görməkdən şad olduqlarını bildirib. Qeyd edək ki, Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, “İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdırdığı 5-ci layihə oldu. Bundan öncə “SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest” layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq idi. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərsun Holdinq MMC-nin dəstəyilə 2017-ci ildə gənclər paytaxtı seçilmiş Balakən rayonunda keçirilib. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
loading...
Bu içki ömrünüzü uzadacaq, sizi arıqladacaq like
  • 11 İyl 20:43  
Şou-biznes Bu içki ömrünüzü uzadacaq, sizi arıqladacaq

Axşam.az xarici KİV-ə istinadən kofenin faydaları haqda məlumat verir:

arrow Ətraflı
Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz – like
  • 11 İyl 20:40  
Digərləri Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz –

Dondurma yay fəslinin əvəzedilməz təamıdır. Meyvəli, şokoladlı, vanill

arrow Ətraflı
Azərbaycan Rusiyaya müraciət etdi like
  • 11 İyl 20:35  
Digərləri Azərbaycan Rusiyaya müraciət etdi

10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Fede

arrow Ətraflı
204 nömrəli avtobusda özbaşınalıq like
  • 11 İyl 20:32  
Digərləri 204 nömrəli avtobusda özbaşınalıq

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərda

arrow Ətraflı
Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra... like
  • 11 İyl 20:31  
Digərləri Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra...

İyulun 4-də öz həyətlərində oynadığı yerdə düşmən gülləsinə tu

arrow Ətraflı
Realitişou ulduzu çimərlikdə  FOTO like
  • 11 İyl 20:30  
Digərləri Realitişou ulduzu çimərlikdə FOTO

Britaniyalı model Jasmin Valia İspaniyanın İbisa kurortunda istirahət edir.

arrow Ətraflı
Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb? like
  • 11 İyl 20:29  
Digərləri Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb?

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb.

arrow Ətraflı
İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi like
  • 11 İyl 20:28  
Digərləri İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi

İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində güclü tozl

arrow Ətraflı
Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib like
  • 11 İyl 20:27  
Sosial Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib

Məhv edilən maddələr narkotik vasitələr azadlıqdan məhrum edilən vətə

arrow Ətraflı
“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO) like
  • 11 İyl 20:24  
Digərləri “Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO)

“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib

arrow Ətraflı
Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb  VİDEO like
  • 11 İyl 20:23  
Digərləri Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb VİDEO

Bir aydan çoxdur ki, Çinarədən xəbər yoxdur

arrow Ətraflı