204 nömrəli avtobusda özbaşınalıq


Digərləri 11 İyl 2017 20:32:00 64 0

204 nömrəli avtobusda özbaşınalıq

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi avtobus sürücüləri hələ də buna məhəl qoymur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət "Koroğlu" metrostansiyasından Ramana kəndinə gedən 204 nömrəli marşrut avtobusundan gedir. Sürücü qaydaları kobud şəkildə pozur və sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparır. Belə halda hər an faciə baş verə bilər. Avtobus sürücüsü isə sanki hər şey qaydasındaymış kimi yoluna davam edir, sərt döngəli yolları sürətlə keçir. Yoldakı sürücülərdən birinin telefonla çəkib "Xəzər Xəbər"in votsap nömrəsinə göndərdiyi görüntüdə sərnişindaşıma qaydalarınn kobud şəkildə pozulduğu açıq-aydın görünür. Sərnişinlər özləri də günün pik saatlarında avtobusda bu mənzərənin adi hala çevrildiyini deyirlər. Sərnişinlər həmçinin deyirlər ki, Ramanada sakinlərin sayı gündən-günə artmağına baxmayaraq, bura əlavə xətlər verilmir və sıxlığın əsas səbəblərindən bir də budur. Problemlə bağlı 204 nömrəli marşrutun sahibkarı ilə əlaqə saxladıq. Daşıyıcı müsahibə verməkdən imtina etsə də, bu mənzərədən xəbərdar olduğunu və üstəlik, bu halın çox normal bir vəziyyət olduğunu bildirdi. O, Bakı kəndlərinə gedən marşrutların hamısında vəziyyətin eyni olduğunu bildirməklə özünə haqq qazandırmağa çalışdı. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən qayda pozuntusu ilə bağlı daşıyıcıya agentlik tərəfindən xəbərdarlıq ediləcək. Sərnişindaşıma qaydalarını bu cür pozan sürücülər isə 100 manat məbləğində pul və 4 balla cərimələnə bilərlər. O ki qaldı Ramana sakinlərinin avtobus çatışmazlığı ilə bağlı şikayətlərinə, Agentlikdən bildirildi ki, hazırda Bakı kəndlərinin marşrut xətlərinin optimallaşdırılması işləri aparılır və yaxın vaxtlarda bu problemə də aydınlıq gətiriləcək.

loading...
Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra... like
  • 11 İyl 20:31  
Digərləri Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra...

İyulun 4-də öz həyətlərində oynadığı yerdə düşmən gülləsinə tu

arrow Ətraflı
Realitişou ulduzu çimərlikdə  FOTO like
  • 11 İyl 20:30  
Digərləri Realitişou ulduzu çimərlikdə FOTO

Britaniyalı model Jasmin Valia İspaniyanın İbisa kurortunda istirahət edir.

arrow Ətraflı
Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb? like
  • 11 İyl 20:29  
Digərləri Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb?

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb.

arrow Ətraflı
İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi like
  • 11 İyl 20:28  
Digərləri İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi

İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində güclü tozl

arrow Ətraflı
Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib like
  • 11 İyl 20:27  
Sosial Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib

Məhv edilən maddələr narkotik vasitələr azadlıqdan məhrum edilən vətə

arrow Ətraflı
“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO) like
  • 11 İyl 20:24  
Digərləri “Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO)

“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib

arrow Ətraflı
Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb  VİDEO like
  • 11 İyl 20:23  
Digərləri Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb VİDEO

Bir aydan çoxdur ki, Çinarədən xəbər yoxdur

arrow Ətraflı
Altı ay ərzində Azərbaycana 1 milyon 200 min turist səfər edib like
  • 11 İyl 20:21  
Digərləri Altı ay ərzində Azərbaycana 1 milyon 200 min turist səfər edib

Bu ilin birinci yarısında Azərbaycana 1 milyon 199 min 667 nəfər xarici və

arrow Ətraflı
Səssiz gələn ölüm mələyi: “Heç kim ondan sığortalanmayıb...” like
  • 11 İyl 20:20  
Digərləri Səssiz gələn ölüm mələyi: “Heç kim ondan sığortalanmayıb...”

Ötən gün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşaq əməliyya

arrow Ətraflı
Çili senatoru ermənilərin son təxribatını qətiyyətlə pisləyib like
  • 11 İyl 20:18  
Siyasət Çili senatoru ermənilərin son təxribatını qətiyyətlə pisləyib

Çili senatının üzvü, Çili-Azərbaycan Dostluq Qrupunun rəhbəri İvan Mor

arrow Ətraflı
Azərbaycanda noutbuk satışı artıb like
  • 11 İyl 20:17  
Digərləri Azərbaycanda noutbuk satışı artıb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda portativ kompüterlərin (nout

arrow Ətraflı
Cəlilabad rayonunun telekommunikasiya infrastrukturu yenilənir like
  • 11 İyl 20:12  
İqtisadiyyat Cəlilabad rayonunun telekommunikasiya infrastrukturu yenilənir

2 100 metr zədələnmiş kabellər yeni kabellərlə əvəz olunur

arrow Ətraflı
Azərbaycanda noutbuk satışı artıb like
  • 11 İyl 20:03  
Digərləri Azərbaycanda noutbuk satışı artıb

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda portativ kompüterlərin (nout

arrow Ətraflı
Abxaziyada rusiyalı turist qətlə yetirilib like
  • 11 İyl 20:02  
Dünya Abxaziyada rusiyalı turist qətlə yetirilib

Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və

arrow Ətraflı