Nisbilik nəzəriyyəsi ədəbiyyata necə çevrildi?


Digərləri 11 İyl 2017 20:50:00 42 0

Nisbilik nəzəriyyəsi ədəbiyyata necə çevrildi?

Son.az lent.az-a istinadən şair-esseist Əli Şirin Şükürlünün "İntellektual poeziya barədə mülahizələr: Ədəbiyyat və Nisbilik nəzəriyyəsi" yazısını təqdim edir.

İntellektual təmayüllü bədii mətnlərin yaranması prosesində istifadə etdiyimiz modeli şərtləndirən ardıcıllığa bir daha nəzər salaq: elmi informasiya, fəlsəfi düşüncə, bədii təfəkkür. Bundan sonra bu modeli qısa şəkildə aşağıdakı formada ifadə edəcəyik: Eİ - FD - BT. Mətnqurma mərhələsində bu modelin səciyyələndirdiyi ardıcıllıq dəyişməz qalır. Hadisə ilə adekvat olan elmi informasiya fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilir. Fəlsəfi düşüncə, bir növ, elmi informasiya ilə bədii mətn arasında körpü - keçid aparatı funksiyasını icra edir.   Bu mövzuda isə hədəf seçdiyimiz elmi informasiya Nisbilik nəzəriyyəsidir və məqsədimiz bu nəzəriyyənin fəlsəfəsindən daxil etdiyimiz model əsasında bədii mətndə istifadə texnikasının şərhini verməkdən ibarətdir.   Klassik təsəvvürlərə görə zaman və fəza mütləqdir, onlar arasında heç bir daxili əlaqə yoxdur. Yəni hərəkət zamanın gedişinə təsir göstərmir və cismin xətti ölçüləri onun sükunət və ya hərəkət halında olmasından asılı deyil. Həmçinin işığın vakuumda (boşluqda) sürəti sonsuz böyükdür. Lakin Enşteynin "Xüsusi nisbilik nəzəriyyəsi" bu təsəvvürləri dağıtdı. Yeni təsəvvürlərin nədən ibarət olduğunu xatırlamaq və ədəbi-bədii müstəviyə adlamaq üçün əvvəlcə bu nəzəriyyənin bəzi nəticələri ilə tanış olaq.   İşıq sürəti.  Bu nəzəriyyə əsasında isbat olunur ki, heç bir cismin sürəti işıq sürətini aşa bilməz. Yəni işıq surəti təbiətdə mövcud olan ən böyük sürətdir. Qeyd edək ki, işıq surəti adətən "c" ilə işarə edilir və vakuumdakı sürəti saniyədə 300000 km.-ə bərabərdir ( c = 300000 km/san).   Fəlsəfi və bədii yanaşma. İnsan təfəkkürü hər hansı bir hadisə haqqında müxtəlif və rəngarəng fikir variasiyaları yaratmaq imkanına malikdir. Bu fikir variasiyalarının dərinliyi isə insan idrakının elmi, fəlsəfi, poetik və s. imkanlarının sərhədləri ilə ölçülür. İşıq sürəti anlayışı ətrafında da bir çox bədii-fəlsəfi düşüncə şəbəkəsi yaratmaq mümkündür. Bu fikir şəbəkəsindən bir neçə nümunəni nəzərdən keçirək ki, elmi informasiyadan bədii mətnə keçid üçün xammal hazırlaya bilək.   İşıq sürəti - zamanla müqayisədə sürət o qədər böyükdü, sanki zaman sürətin içində əriyib. Yalnız görünən sürətdir, zaman yox. Amma bəzi hadisələri müşahidə edərkən isə adamın ağlına tərs fikir gəlir. Asta-asta enən yarpaq, kəpənək uçuşu, qarışqanın hərəkəti və s. bu kimi hadisələri seyr edərkən sanki görünən zamandır, sürət o qədər kiçik təsir bağışlayır, sanki zamanın içində əriyib yox olur.   Beləliklə, elmi informasiyanın doğurduğu fəlsəfi mənzərələr bədii-fəlsəfi düşüncənin predmetinə çevrilir, mövzunun bədii həlli zamanı yaradıcı təfəkkür öz funksiyasını yuxarıda qeyd etdiyimiz modelin (Eİ - FD - BT) formalaşdırdığı bədii laboratoriya əsasında həyata keçirir:   İşıq sürəti   Sürətə bax: saniyədə 300 000 km. - sürətin içində əriyir zaman.   Və heç bir cisim aşa bilməz bu sürəti, isbat olunub riyazi.   Zaman nisbidi - inandırır bizi cənab Enşteyn.   Sürət - vahid zamanda yerdəyişmədi - cismin hərəkət əyrisi yəni.   Bax, bax: yarpaqdı enən, üstündə balaca bir həşərat. Dayanıb sürət, yeriyir zaman.   Ağaca vida nəğməsi - yarpaq uçuşu, sürəti azalır hər an.   Uçan yarpaqla birgə endi həşarat - bitdi uçuş əyrisi - torpağın üstü ilə sürünür indi. Zamanın içində boğulur sürət.   Doğuldu kəpənək - öldü kəpənək, hardadı zaman, görünmür  sürət. O nöqtəsində başlayıb elə O-da bitdi hərəkət. Uçuşun doğulan uçuşa həsrət.   Qəfəsdə asta-asta gəzişir aslan - darıxır insan. Usanır bir qəfəslik sıxlıq, məhv olur zaman, hardasa uyuyur aslan sıçrayışına həsrətli bir "an".   Zaman, Sürət, Hərəkət. Fizika qanunlarına sığmayan hadisələr var.   Bax, bax: yarpaqdı saralır, sürünür həşərat, doğulur kəpənək - ölür kəpənək, qəfəsdə asta-asta gəzişir aslan, həyatı yavaş-yavaş darıxır insan - sürət ölçüsüz. Hardasan, hardasan... hardasan, zaman?   Zaman və məkanın nisbiliyi. Xüsusi nisbilik nəzəriyyəsi və ya relyativistik mexanika fəza, zaman və hərəkət haqqında yeni elmi nəzəriyyədir. Relyativistik mexanika çox böyük sürətlə hərəkət edən cisimlərin mexanikasıdır. Bu nəzəriyyəyə görə zaman və fəzaya ayrılıqda deyil, bir-biri ilə bağlı şəkildə baxmaq lazımdır. Bu nəzəriyyənin əsasında iki postulat dayanır və postulardan zaman və məkan barədə alınan nəticələrin qısa məzmununu verməyə çalışaq. Klassik fizikadan fərqli olaraq Nisbilik nəzəriyyəsinə görə zaman və fəza mütləq deyil, nisbidir. Tərpənməz bir sistemə görə sürətlə hərəkət edən digər sistemdə hər hansı bir prosesin başlanması və bitməsi arasındakı zaman intervalı tərpənməz sistemdəki həmən zaman intervalından kiçik olur, cismin hərəkət istiqamətindəki ölçüləri isə qısalır. Bu nəzəriyyə əsasında sübut olunur ki, çox böyük sürətlə hərəkət nəticəsində zamanın yubanması, məkan ölçülərinin qısalması müşahidə olunur. Yəni isbat olunur ki, zaman və məkan ölçüləri mütləq deyil, hərəkətdən asılı olaraq dəyişən xüsusiyyətlərə malik olub, nisbidir.   Beləliklə, bu nəzəriyyə əsasında əldə etdiyimiz faktlar hadisələrə təkcə elmi deyil, həm də yeni fəlsəfi təfəkkürlə yanaşma üçün yeni sahə - düşüncə meydanı yaradır. Bu vaxta qədər təsəvvürlərdə zaman və məkan dəyişməz idisə, artıq bu fakt öz elmi gücünü itirməklə, bədii-fəlsəfi mahiyyətini də itirir. Zaman və məkana yeni baxış formalaşmağa başlayır. Yaradıcı təfəkkürdə hadisələrə və predmetlərə fərqli baxış sərgiləmək imkanı yaradır. İşıq sürəti, fəza və zamanın nisbiliyi haqqında yeni faktlar həm də yeni formatda və məzmunda bədii mətnlərin yaradılması imkanı yaradır. Artıq bu nəzəriyyənin verdiyi elmi faktların fəlsəfi düşüncə vasitəsilə yaradıcı təfəkkürə inikası fərqli bədii əsərlərin yaranması üçün həm də Nisbilik nəzəriyyəsində olduğu kimi yeni məkan-zaman sahəsi yaradır:   Nisbilik nəzəriyyəsi   Qəribə, bəzən də qəribə olduğu qədər də qorxulu fikirlər gəlir ağlıma - bir az da maraqlı fikirlər doğrusu.   Gözümü yumuram; məsələn, ağlıma gəlir ki, uçuram işıq sürətilə. Uçuram hara - bilmirəm - uçuram və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən, yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin sığındığı kürədən. Uzaqlaşıram bir anın içində... sonra heç nə xatırlamıram.   Açıram gözümü; qayıtmışam. Az qala heç kəsi və heç nəyi tanımıram. Məkan tanınmaz dərəcədə dəyişilib. Tanışlar həyatda yoxdu artıq, məndən sonra doğulanlar qocalıb hətta. Dəyişməyən, deyəsən, mənəm təkcə. Ya da dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə. Lakin...   Sanki ömürdən hansısa bir parçanı salıb itirmişəm. Dəhşətə gəlirəm və yaşanmış ömrümü gəzirəm bütün bu dəyişmələr içində.

Son.az Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Bu içki ömrünüzü uzadacaq, sizi arıqladacaq like
  • 11 İyl 20:43  
Şou-biznes Bu içki ömrünüzü uzadacaq, sizi arıqladacaq

Axşam.az xarici KİV-ə istinadən kofenin faydaları haqda məlumat verir:

arrow Ətraflı
Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz – like
  • 11 İyl 20:40  
Digərləri Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz –

Dondurma yay fəslinin əvəzedilməz təamıdır. Meyvəli, şokoladlı, vanill

arrow Ətraflı
Azərbaycan Rusiyaya müraciət etdi like
  • 11 İyl 20:35  
Digərləri Azərbaycan Rusiyaya müraciət etdi

10 iyul 2017-ci il tarixində ru.armeniansputnik.am internet resursu Rusiya Fede

arrow Ətraflı
204 nömrəli avtobusda özbaşınalıq like
  • 11 İyl 20:32  
Digərləri 204 nömrəli avtobusda özbaşınalıq

Sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərda

arrow Ətraflı
Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra... like
  • 11 İyl 20:31  
Digərləri Gülüşü yalnız telefon yaddaşında qalan Zəhra...

İyulun 4-də öz həyətlərində oynadığı yerdə düşmən gülləsinə tu

arrow Ətraflı
Realitişou ulduzu çimərlikdə  FOTO like
  • 11 İyl 20:30  
Digərləri Realitişou ulduzu çimərlikdə FOTO

Britaniyalı model Jasmin Valia İspaniyanın İbisa kurortunda istirahət edir.

arrow Ətraflı
Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb? like
  • 11 İyl 20:29  
Digərləri Qolu sınan uşaq əməliyyat zamanı niyə ölüb?

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb.

arrow Ətraflı
İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi like
  • 11 İyl 20:28  
Digərləri İranda güclü külək 159 nəfəri xəstəxanalıq etdi

İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində güclü tozl

arrow Ətraflı
Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib like
  • 11 İyl 20:27  
Sosial Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib

Məhv edilən maddələr narkotik vasitələr azadlıqdan məhrum edilən vətə

arrow Ətraflı
“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO) like
  • 11 İyl 20:24  
Digərləri “Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib (FOTO)

“Yay Əyləncəsi” adlı Kids Fashion Show yarışması keçirilib

arrow Ətraflı
Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb  VİDEO like
  • 11 İyl 20:23  
Digərləri Lənkəranda 21 yaşlı gəlin yoxa çıxıb VİDEO

Bir aydan çoxdur ki, Çinarədən xəbər yoxdur

arrow Ətraflı