Xırdalanda tikinti şirkəti sakinlərin işıq pulunu mənimsəyib VİDEO


Digərləri 11 İyl 2017 20:26:00 75 0

Xırdalanda tikinti şirkəti sakinlərin işıq pulunu mənimsəyib  VİDEO

60-dan çox ailə işıqsız qalıb

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən və 60-dan çox ailənin yaşadığı 39 saylı binada işıqlar söndürülüb. Buna səbəb binanın ''Azərişıq'' Açıq Səhmdar Cəmiyyətinə enerji borcunun yaranmasıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ''Kristal'' M.V.U adlı inşaat şirkəti tərəfindən inşa olunan bina təhvil verilmədən sakinlər köçürülməyə başlayıb. Buna görə də həmin binaya elektirik sadəcə bir sayğacdan paylanıb. Bu səbəbdən də sakinlər işıq pullarını hər ay vaxtı-vaxtında binanın komendantına ödəyiblər. Buna baxmayaraq, binanın "Azərişığ"a borcu yaranıb. Nəticədə sakinlərin mənzilləri işıqsız qalıb. Sakinlər bildirirlər ki, bina komendantı enerjinin itkiyə getdiyini, borcun da elə bu səbəbdən yarandığını deyir. Çəkiliş ərəfəsində şirkətin icraçı direktoru Cəfər Aşurov və Etibar adlı daha bir məsul şəxs də həmin ünvana gəldi. Ancaq çəkiliş olduğunu bildikdə suallarımıza cavab vermədən qaçıb, ərazidən uzaqlaşdılar. Binanın komendantı da məsələdən xəbərdar olub, ərazini tərk etdi. Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nemət Qasımov isə bildirdi ki, binanın enerji ödənişləri hər ay yarımçıq ödənilib. Borc da elə bu səbəbdən yaranıb. Yəni enerjinin itkiyə getmə iddiası əssassızdır. Nemət Qasımov həmçinin bildirdi ki, bina texniki şərtlərə tam cavab vermədiyi üçün mənzillərə ayrılıqda sayğac quraşdırılmayıb. Hazırda bu istiqamətdə danışıqlar gedir.


Xəbərə aid video

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı