Dünyaya zorla gətirilən körpələr: onların gələcəyi rəqəmlərdən asılıdır?


Digərləri 11 İyl 2017 19:40:00 59 0

Dünyaya zorla gətirilən körpələr: onların gələcəyi rəqəmlərdən asılıdır?

Məşhur alim Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir".

Hər bir insan Tanrının onun alnına yazdığı anda dünyaya gəlir. Bəşər tarixi yarandığı gündən bu belədir, amma son dövrlər müəyyən amillərlə əlaqədar, insanın doğum zamanına kənardan müdaxilə edilməyə başlanılıb. Belə ki, hazırda hamilə qadınlar təbii yolla deyil, qeysəriyyə kəsiyi ilə doğuş etməyə daha çox üstünlük verirlər. Nəticədə ana bətnində olan körpə öz vaxt-vədəsinin çatdığı anda deyil, valideynlərinin, yaxud da həkimin təyin etdiyi zamanda dünyaya gətirilir. Bəs görəsən bu cür müdaxilənin doğulan körpənin gələcək həyatına hansı təsirləri var?   Son.az lent.az-a istinadən xəbər verir ki, ta qədimdən insanlar rəqəmlərə fərqli anlamlar verib, onların xüsusi bir sehrə malik olduğunu sübut etməyə çalışıblar. Rəqəmlərin tək və cüt olmasına münasibətlər ayrı-ayrı xalqlarda fərqlidir. Bariz nümunə kimi, azərbaycanlıların əsasən nəhs rəqəm kimi andıqları 13 rəqəmi bəzi ölkələrdə uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir. Əvvəllər doğum gününü və onun sağlamlığa, karyeraya, xarakterə təsirini yalnız astroloqlar öyrənirdilər. Lakin sonradan çox ciddi alimlər də doğum tarixinin insanın həyatına təsirini tədqiq etməyə başladılar. Onların nəticələrinə əsasən, artıq çəki, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, allergiyaya meyllik şəxsin doğulduğu aydan asılıdır. Hətta gələcəkdə utancaq və ya nikbin, solaxay olacağımız da bu məqamla əlaqədardır.   Maraqlı bir faktı da əlavə edək ki, avstriyalı həkim Şturun xərçəng xəstəliyindən 3 minədək ölüm faktını təhlil etdikdən sonra gəldiyi qənaətə görə, demə, may-avqust aylarında doğulanlarda bu risk xeyli azalır. O cümlədən insanın dünyaya gəldiyi ay boy-buxun və nikbinlik kimi amillərə də təsir göstərir.   Astroloq Firudin Qurbansoy bildirir ki, insanın hansı gün dünyaya gəlməsi onun gələcək taleyinə mütləq təsir göstərir: "Fiziki baxımdan belə uşaqlar mütləq kəllədaxili təzyiqlə doğulurlar, o cümlədən əksərən onların gözləri zəif görür. Valideynlər qeysəriyyə kəsiyi ilə övladlarını dünyaya gətirmək istəyirlərsə, yaxşı olar ki, onun doğum tarixini münəccimə hesablatdırsınlar. Əgər valideynlər hesablamayla uğurlu gün seçsələr, onlar uşaqlarının gələcək karyerasının, sağlamlığının, ailə xoşbəxtliyinin daha şanslı olmasına nail ola bilərlər".   "Azərbaycanda valideynlərin insan taleyi ilə bağlı hesablamalar üçün müraciət edəcəyi münəccimlər varmı?" sualına astroloq "yox" cavabını verdi: "Hazırda bütün dünyada belə münəccimlər fəaliyyət göstərir. Hindistanda, Yaponiyada, Tibetdə, Çində isə bununla geniş məşğul olurlar. Amma təəssüf ki, hazırda ölkəmizdə nücum elmi ilə məşğul olan alim yoxdur".   Dini ekspert Elşad Miri söyləyir ki, insanlar Allahın qoyduğu təbii instiktivlərlə dünyaya gəlir: "Əgər bu təbiiliyə kənardan müdaxilə olunsa, bu, müəyyən fəsadlara səbəb olur. Faktdır ki, cərrahi yolla dünyaya gələn uşaqlarla, təbii yolla doğulan uşaqlar arasında fərq olur. Belə ki, birincilərdə olan bəzi fiziki problemlər, məhz hamilə qadınların qeysəriyyə kəsiyinə üstünlük verməsindən irəli gəlir. O cümlədən analar həm psixoloji, həm də fizioloji zərər görürlər".   Bildirək ki, cərrahi müdaxilə ilə körpələrin dünyaya gətirilməsinə, əsasən ciftin ayrılması, çanaq darlığı, anada beyin daxili təzyiqin artması, təkrar qeysəriyyə kəsiyi və sair hallarda icazə verilir. Tibbi ekspertlər məlumat verir ki, qeysəriyyə əməliyyatının ana və körpə üçün bir çox fəsadları var. Belə ki, əməliyyat zamanı tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər. Bundan əlavə körpələrin dölyanı mayedən azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması riski var. Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, bağırsaq mikroflorasının daha çox problemliliyi faktını üzə çıxarıb.

Son.az Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Zakir Həsənov Mattisə başsağlığı verib like
  • 11 İyl 19:39  
Siyasət Zakir Həsənov Mattisə başsağlığı verib

Zakir Həsənov KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərb

arrow Ətraflı
Azərbaycanın müdafiə naziri ABŞ müdafiə katibinə başsağlığı verib like
  • 11 İyl 19:34  
Siyasət Azərbaycanın müdafiə naziri ABŞ müdafiə katibinə başsağlığı verib

Zakir Həsənov KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərb

arrow Ətraflı
“Azərbaycan Qafqaz regionundan kənarda da böyük nüfuz qazanıb” like
  • 11 İyl 19:33  
Siyasət “Azərbaycan Qafqaz regionundan kənarda da böyük nüfuz qazanıb”

"Özbəkistanın Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ha

arrow Ətraflı
Ləğv olunmuş bankın evi satılır like
  • 11 İyl 19:31  
Digərləri Ləğv olunmuş bankın evi satılır

Ləğv prosesində olan "AtraBank" ASC-nin balansında olan Bakı şə

arrow Ətraflı
Film festivalında yarıçılpaq pozalar verdi  FOTO like
  • 11 İyl 19:30  
Digərləri Film festivalında yarıçılpaq pozalar verdi FOTO

İsrailli qlamur ulduz Hofit Qolan İtaliyanın İskya şəhərində keçirilən

arrow Ətraflı
Zəhra üçün anım gecəsi keçiriləcək like
  • 11 İyl 19:29  
Şou-biznes Zəhra üçün anım gecəsi keçiriləcək

14 iyul, saat 17:00-da Muğam Mərkəzində “Zəhra” - müharibələrdə hə

arrow Ətraflı
Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olundu  FOTO like
  • 11 İyl 19:26  
Siyasət Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olundu FOTO

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Ordusunun 100 illiyi (19

arrow Ətraflı
Ukraynalıların 70%-nin Avropaya getməyə pulu yoxdur like
  • 11 İyl 19:24  
Dünya Ukraynalıların 70%-nin Avropaya getməyə pulu yoxdur

Ukraynalıların 70%-dən çoxu Avropa İttifaqı ölkələrinə səf

arrow Ətraflı
Bu yazıçılar müharibədə iştirak ediblər like
  • 11 İyl 19:20  
Digərləri Bu yazıçılar müharibədə iştirak ediblər

Son.az lent.az-a istinadən müharibədə iştirak edən yazıçıların siyah

arrow Ətraflı
Ötən il energetika sektoruna investisiyalar 12% azalıb like
  • 11 İyl 19:20  
İqtisadiyyat Ötən il energetika sektoruna investisiyalar 12% azalıb

İnvestisiyaların azalması gələcək illərdə problemlərə səbəb ola bil

arrow Ətraflı
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib like
  • 11 İyl 19:19  
Digərləri “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-

arrow Ətraflı
Zaur Svanadze: "Diqqətli oynamalı və yaxşı oyunumuzu göstərməliyik" like
  • 11 İyl 19:14  
İdman Zaur Svanadze: "Diqqətli oynamalı və yaxşı oyunumuzu göstərməliyik"

Avropa Liqasında təmsilçimiz "İnter" iyulun 12-də 2-ci təsnifat mər

arrow Ətraflı
Haqverdiyev ermənilərin sifarişi ilə nə yazdı? – like
  • 11 İyl 19:12  
Digərləri Haqverdiyev ermənilərin sifarişi ilə nə yazdı? –

Son.az lent.az-a istinadən 1979-cu ildə "Gənclik" nəşriyyatında

arrow Ətraflı