Dünyaya zorla gətirilən körpələr: onların gələcəyi rəqəmlərdən asılıdır?


Digərləri 11 İyl 2017 18:55:00 61 0

Dünyaya zorla gətirilən körpələr: onların gələcəyi rəqəmlərdən asılıdır?

Hər bir insan Tanrının onun alnına yazdığı anda dünyaya gəlir. Bəşər tarixi yarandığı gündən bu belədir, amma son dövrlər müəyyən amillərlə əlaqədar, insanın doğum zamanına kənardan müdaxilə edilməyə başlanılıb. Belə ki, hazırda hamilə qadınlar təbii yolla deyil, qeysəriyyə kəsiyi ilə doğuş etməyə daha çox üstünlük verirlər. Nəticədə ana bətnində olan körpə öz vaxt-vədəsinin çatdığı anda deyil, valideynlərinin, yaxud da həkimin təyin etdiyi zamanda dünyaya gətirilir. Bəs görəsən bu cür müdaxilənin doğulan körpənin gələcək həyatına hansı təsirləri var?

Son.az lent.az-a istinadən bu məsələnin fiziki, psixoloji və astroloji məqamlarına aydınlıq gətirməyə çalışacaq.

Ta qədimdən insanlar rəqəmlərə fərqli anlamlar verib, onların xüsusi bir sehrə malik olduğunu sübut etməyə çalışıblar. Rəqəmlərin tək və cüt olmasına münasibətlər ayrı-ayrı xalqlarda fərqlidir. Bariz nümunə kimi, azərbaycanlıların əsasən nəhs rəqəm kimi andıqları 13 rəqəmi bəzi ölkələrdə uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir. Əvvəllər doğum gününü və onun sağlamlığa, karyeraya, xarakterə təsirini yalnız astroloqlar öyrənirdilər. Lakin sonradan çox ciddi alimlər də doğum tarixinin insanın həyatına təsirini tədqiq etməyə başladılar. Onların nəticələrinə əsasən, artıq çəki, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, allergiyaya meyllik şəxsin doğulduğu aydan asılıdır. Hətta gələcəkdə utancaq və ya nikbin, solaxay olacağımız da bu məqamla əlaqədardır.   Maraqlı bir faktı da əlavə edək ki, avstriyalı həkim Şturun xərçəng xəstəliyindən 3 minədək ölüm faktını təhlil etdikdən sonra gəldiyi qənaətə görə, demə, may-avqust aylarında doğulanlarda bu risk xeyli azalır. O cümlədən insanın dünyaya gəldiyi ay boy-buxun və nikbinlik kimi amillərə də təsir göstərir.   Astroloq Firudin Qurbansoy bildirir ki, insanın hansı gün dünyaya gəlməsi onun gələcək taleyinə mütləq təsir göstərir: "Fiziki baxımdan belə uşaqlar mütləq kəllədaxili təzyiqlə doğulurlar, o cümlədən əksərən onların gözləri zəif görür. Valideynlər qeysəriyyə kəsiyi ilə övladlarını dünyaya gətirmək istəyirlərsə, yaxşı olar ki, onun doğum tarixini münəccimə hesablatdırsınlar. Əgər valideynlər hesablamayla uğurlu gün seçsələr, onlar uşaqlarının gələcək karyerasının, sağlamlığının, ailə xoşbəxtliyinin daha şanslı olmasına nail ola bilərlər".   "Azərbaycanda valideynlərin insan taleyi ilə bağlı hesablamalar üçün müraciət edəcəyi münəccimlər varmı?" sualına astroloq "yox" cavabını verdi: "Hazırda bütün dünyada belə münəccimlər fəaliyyət göstərir. Hindistanda, Yaponiyada, Tibetdə, Çində isə bununla geniş məşğul olurlar. Amma təəssüf ki, hazırda ölkəmizdə nücum elmi ilə məşğul olan alim yoxdur".   Dini ekspert Elşad Miri söyləyir ki, insanlar Allahın qoyduğu təbii instiktivlərlə dünyaya gəlir: "Əgər bu təbiiliyə kənardan müdaxilə olunsa, bu, müəyyən fəsadlara səbəb olur. Faktdır ki, cərrahi yolla dünyaya gələn uşaqlarla, təbii yolla doğulan uşaqlar arasında fərq olur. Belə ki, birincilərdə olan bəzi fiziki problemlər, məhz hamilə qadınların qeysəriyyə kəsiyinə üstünlük verməsindən irəli gəlir. O cümlədən analar həm psixoloji, həm də fizioloji zərər görürlər".   Bildirək ki, cərrahi müdaxilə ilə körpələrin dünyaya gətirilməsinə, əsasən ciftin ayrılması, çanaq darlığı, anada beyin daxili təzyiqin artması, təkrar qeysəriyyə kəsiyi və sair hallarda icazə verilir. Tibbi ekspertlər məlumat verir ki, qeysəriyyə əməliyyatının ana və körpə üçün bir çox fəsadları var. Belə ki, əməliyyat zamanı tətbiq edilən anesteziyanın ana və körpənin orqanizminə mənfi təsir göstərə bilməsi ehtimalı kifayət qədər böyükdür. Bu isə sonradan ciddi nevroloji problemlər yarada bilər. Bundan əlavə körpələrin dölyanı mayedən azad olaraq, qəfil açıq hava mühitinə düşməsi nəticəsində onlarda tənəffüs yolları ilə bağlı xəstəliklərin yaranması riski var. Qeysəriyyə əməliyyatına məruz qalan uşaqların allergik xəstəliklərə vaginal doğuş nəticəsində doğulan körpələrə nisbətən 2 dəfə çox həssas olmaları, bağırsaq mikroflorasının daha çox problemliliyi faktını üzə çıxarıb.

loading...
İƏT XİN Şurasının 44cü sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edildi like
  • 11 İyl 18:54  
Siyasət İƏT XİN Şurasının 44cü sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələr qəbul edildi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şuras

arrow Ətraflı
Prezident generalı - xuliqan oğul atasını işdən çıxardı like
  • 11 İyl 18:53  
Digərləri Prezident generalı - xuliqan oğul atasını işdən çıxardı

Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə

arrow Ətraflı
"Milan" variantı ortaya çıxanda çox düşünmədim" like
  • 11 İyl 18:51  
İdman "Milan" variantı ortaya çıxanda çox düşünmədim"

"Milan"ın yeni transferi Rikardo Rodriqez "Gazzetta dello Sport"a müsahib

arrow Ətraflı
Tacikistan lideri vətəndaşları saqqal və hicabdan imtina etməyə çağırdı like
  • 11 İyl 18:50  
Dünya Tacikistan lideri vətəndaşları saqqal və hicabdan imtina etməyə çağırdı

Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarının saqqal saxlam

arrow Ətraflı
BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı like
  • 11 İyl 18:48  
Digərləri BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı

Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə mə

arrow Ətraflı
Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşdü like
  • 11 İyl 18:45  
Siyasət Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşdü

Bu gün YAP sədrinin müavini - icra katibi, Azərbaycanın Baş nazirinin müa

arrow Ətraflı
9 aylıq hamilə qadını zorladılar: like
  • 11 İyl 18:42  
Dünya 9 aylıq hamilə qadını zorladılar:

Sakarya Kaynarca mahalında 10 aylıq körpəsi və bətnindəki 9 aylıq balas

arrow Ətraflı
Tacikistan lideri vətəndaşları saqqal və hicabdan imtina etməyə çağırdı like
  • 11 İyl 18:38  
Digərləri Tacikistan lideri vətəndaşları saqqal və hicabdan imtina etməyə çağırdı

Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarının saqqal saxlam

arrow Ətraflı
Qətər boykotlara baxmayaraq OPEC anlaşmasına sadiq qalacağını bildirib like
  • 11 İyl 18:37  
İqtisadiyyat Qətər boykotlara baxmayaraq OPEC anlaşmasına sadiq qalacağını bildirib

OPEC+ anlaşması üçün Qətər tərəfindən heç bir risk yoxdur

arrow Ətraflı
Bu avtobuslar istifadəyə yararsızdır - sərnişinlərin nəzərinə like
  • 11 İyl 18:37  
Şou-biznes Bu avtobuslar istifadəyə yararsızdır - sərnişinlərin nəzərinə

Son bir həftədə Bakı Nəqliyyat Agentliyi ( BNA) tərəfindən keçirilən n

arrow Ətraflı
Daha bir Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayacaq like
  • 11 İyl 18:36  
Digərləri Daha bir Küveyt aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayacaq

Küveytin “Wataniya Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata

arrow Ətraflı
Azərbaycanlı gəlin namizədindən Zuhal Topala cavab  VİDEO like
  • 11 İyl 18:36  
Digərləri Azərbaycanlı gəlin namizədindən Zuhal Topala cavab VİDEO

Son.az Mynews.az-a istinadən bildirir ki, Naz İnstagram səhifəsinin canl

arrow Ətraflı