Bahar Muradova: Kristian Vigenin mülki əhaliyə qarşı qəsd olunduğunu deyib


Digərləri 11 İyl 2017 17:31:00 34 0

Bahar Muradova: Kristian Vigenin mülki əhaliyə qarşı qəsd olunduğunu deyib

Füzulidə baş verən hadisəyə təəssüfünü bildirən ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigenin bu məsələ ilə maraqlandığını, təxribatın törədildiyini, mülki əhaliyə qarşı qəsd olunduğunu deyib.

Bakı. İlhamə İsabalayeva – Füzulidə baş verən hadisəyə təəssüfünü bildirən ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigenin bu məsələ ilə maraqlandığını, təxribatın törədildiyini, mülki əhaliyə qarşı qəsd olunduğunu deyib. Trend-in məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ATƏT PA-nın Minskdə keçirililən 26-cı sessiyasında Füzulidə ermənilər tərəfindən törədilən təxribatla bağlı Azərbaycan nümayəndə heyəti məlumat verib və öz etirazını bildirib: “Füzulidəki təxribatda həlak olan iki yaşlı Zəhranın və onun nənəsinin ürək ağrıdan şəkillərini toplantı iştirakçılarına çatdırdıq. Baş verən hadisəni heç bir rənglərlə tündləşdirmədən, heç nə artırmadan olduğu kimi PA-nın diqqətinə çatdırdıq. Məlumatların doğurduğu psixoloji gərginlik 26-cı sessiyanın sonunadək nümayəndə heyətlərinin üzvləri arasında davam etdi. Bu, həqiqətən də hər kəsin hiddətinə səbəb oldu. Lakin ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir. Biz vurğuladıq ki, ATƏT PA problemin həlli üçün ATƏT-in bütün institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün də müəyyən təkliflərimizi verdik. Bu təkliflər yekun bəyannamədə də öz əksini tapdı”. B.Muradova qeyd edib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti isə Azərbaycanın qaldırdığı bu məsələnin diqqətdən kənar qalmasına çalışıb: “Nəzərinizə çatdırım ki, bu dəfə Ermənistanın nümayəndə heyətinin tərkibi tam dəyişsə də, siyasətləri dəyişməyib. Yeni tərkibdə olan nümayəndə heyəti də əvvəlki nümayəndə heyətinin siyasətini davam etdirir. Ermənistanın nümayəndə heyətinin rəhbəri çıxışında hər vəchlə bu məsələnin tamamilə diqqətdən kənarda qalmasına, Azərbaycan tərəfinin də guya buna bərabər hərəkətlər etdiyinə inandırmağa çalışdı. Onlar Azərbaycan tərəfinin bu hadisədən şou düzəltdiyini, bunun üzərində populist müzakirlələr apardığını vurğulamağa çalışdılar. Bunlar əsassız fikirlərdir, hər kəs hadisənin necə baş verdiyini görür. Nümayəndə heyətlərinin üzvləri “Bu kimi hərəkətlərə son qoyulmalıdır” deyə fikirlərini səsləndirirdilər. Təbii ki, “son qoyulmalıdır” dedikdə bu, faciəni törədənlərə ünvanlanır”. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
loading...
Bakıda daha bir məmur oğlunun özbaşınalığı like
  • 11 İyl 17:27  
Digərləri Bakıda daha bir məmur oğlunun özbaşınalığı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət X

arrow Ətraflı
Nasaz avtobusla xəttə çıxanlar cəzalandırılır  FOTO like
  • 11 İyl 17:27  
Digərləri Nasaz avtobusla xəttə çıxanlar cəzalandırılır FOTO

Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə məşğu

arrow Ətraflı
Məşhur iş adamının oğlu evdə yanaraq öldü like
  • 11 İyl 17:26  
Digərləri Məşhur iş adamının oğlu evdə yanaraq öldü

İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsind

arrow Ətraflı
Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır like
  • 11 İyl 17:25  
İqtisadiyyat Abu-Dabi Dövlət Neft Şirkəti də özəlləşdirməyə hazırlaşır

ADNOC şirkəti IPO-nu daxili bazarda həyata keçirməyi planlaşdırır

arrow Ətraflı
Azərbaycana gələn turistlərin sayı açıqlandı like
  • 11 İyl 17:25  
Digərləri Azərbaycana gələn turistlərin sayı açıqlandı

İlin birinci yarısında Azərbaycana səfər edənlərin sayında artım qeyd

arrow Ətraflı
Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək like
  • 11 İyl 17:24  
Sosial Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək

İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtaha

arrow Ətraflı
Xoşqədəmin səsi batdı: like
  • 11 İyl 17:23  
Digərləri Xoşqədəmin səsi batdı:

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının səsi tutulub.

arrow Ətraflı
Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min ziyanın hamısını ödəyib" like
  • 11 İyl 17:21  
Digərləri Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min ziyanın hamısını ödəyib"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq apar

arrow Ətraflı
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək like
  • 11 İyl 17:19  
Digərləri Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita

arrow Ətraflı
İyulun 12-nə manatın məzənnəsi like
  • 11 İyl 17:19  
Digərləri İyulun 12-nə manatın məzənnəsi

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı (FOTO) like
  • 11 İyl 17:19  
Digərləri BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı (FOTO)

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan

arrow Ətraflı
Böyük Britaniyanın XİN başçısı "Brexit"ə görə Aİ-yə ödənişi soyğunçuluq adlandırıb like
  • 11 İyl 17:18  
Dünya Böyük Britaniyanın XİN başçısı "Brexit"ə görə Aİ-yə ödənişi soyğunçuluq adlandırıb

Boris Conson: "Hesab edirəm ki, gördüyüm məbləğ mənə soyğunçuluq kimi

arrow Ətraflı
Məzənnə dəyişmədi like
  • 11 İyl 17:18  
Şou-biznes Məzənnə dəyişmədi

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı