Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min ziyanın hamısını ödəyib"


Digərləri 11 İyl 2017 17:21:00 63 0

Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min ziyanın hamısını ödəyib"

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın hamısını ödəyib.

Son.az xəbər verir ki, bu barədə APA-ya V. Zeynalovun vəkili Elxan Süleymanlı məlumat verib. O bildirib ki, V. Zeynalov dünən 2 milyon 25 min manat ödəsə də, 536 manat borcunun qaldığı müəyyənləşib.   Bu gün həmin məbləğ həmin məbləğ Beynəlxalq Banka ödənib: "Beləliklə, Vidadi Zeynalov vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib".   Qeyd edək ki, Dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.   Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.   Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.   Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.   İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

loading...
Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək like
  • 11 İyl 17:19  
Digərləri Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita

arrow Ətraflı
İyulun 12-nə manatın məzənnəsi like
  • 11 İyl 17:19  
Digərləri İyulun 12-nə manatın məzənnəsi

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı (FOTO) like
  • 11 İyl 17:19  
Digərləri BNA 3 avtobusu marşrut xəttindən kənarlaşdırdı (FOTO)

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan

arrow Ətraflı
Böyük Britaniyanın XİN başçısı "Brexit"ə görə Aİ-yə ödənişi soyğunçuluq adlandırıb like
  • 11 İyl 17:18  
Dünya Böyük Britaniyanın XİN başçısı "Brexit"ə görə Aİ-yə ödənişi soyğunçuluq adlandırıb

Boris Conson: "Hesab edirəm ki, gördüyüm məbləğ mənə soyğunçuluq kimi

arrow Ətraflı
Məzənnə dəyişmədi like
  • 11 İyl 17:18  
Şou-biznes Məzənnə dəyişmədi

İyulun 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 11 İyl 17:15  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Azərbaycan Respublikası Mərkəzi Bankından Son.az-a verilən məlumata gör

arrow Ətraflı
"ATƏTin Minsk qrupunun fəaliyyəti tənqid olundu"  Azay Quliyev like
  • 11 İyl 17:14  
Siyasət "ATƏTin Minsk qrupunun fəaliyyəti tənqid olundu" Azay Quliyev

"ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında AT

arrow Ətraflı
6 nömrəli avtobusun sürücüləri haqda xoşagəlməz iddia like
  • 11 İyl 17:13  
Digərləri 6 nömrəli avtobusun sürücüləri haqda xoşagəlməz iddia

Sosial şəbəkədə video yayılıb və iddia olunur ki, ərazidə və yaxınl

arrow Ətraflı
İniesta: "İşimizi sıfırdan başlayacağıq" like
  • 11 İyl 17:12  
İdman İniesta: "İşimizi sıfırdan başlayacağıq"

"Barcelona"nın aparıcı futbolçularından olan Andres İniesta yeni m&o

arrow Ətraflı
Samir: "Uşaqları 3 gün görməyəndə darıxıram"  FOTO like
  • 11 İyl 17:09  
Şou-biznes Samir: "Uşaqları 3 gün görməyəndə darıxıram" FOTO

Müğənni Samir Piriyev yay tətilini harada keçirəcəyini açıqlayıb. 

arrow Ətraflı
Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi like
  • 11 İyl 17:07  
Digərləri Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan

arrow Ətraflı
Azay Quliyev: ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu like
  • 11 İyl 17:05  
Digərləri Azay Quliyev: ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu

ATƏT PA-nın Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyə

arrow Ətraflı