Vergilər Nazirliyi “ASAN xidmət”lə əməkdaşlığa dair memorandum imzalayıb


İqtisadiyyat 11 İyl 2017 16:47:16 58 0

Vergilər Nazirliyi “ASAN xidmət”lə əməkdaşlığa dair memorandum imzalayıb

Nazirliyin Tədris Mərkəzində "ASAN" könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bu gün Vergilər Nazirliyinin (VN) Tədris Mərkəzində "ASAN" könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, VN insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.

Bu işlərin davamı olaraq VN ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ASAN” könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində “ASAN xidmət” mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər “ASAN” könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində “ASAN” könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar. Sonra “ASAN” könüllülərə VN-dı istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.

Mərasimin sonunda VN ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Ə. Həsənov və agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.

loading...
YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi like
  • 11 İyl 16:46  
Digərləri YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi

“Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında b&ou

arrow Ətraflı
"Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər" like
  • 11 İyl 16:43  
Şou-biznes "Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər"

“Çox səhvlərim olub. Amma bunları səhv kimi qəbul etməmişəm, təcrüb

arrow Ətraflı
Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər like
  • 11 İyl 16:40  
İdman Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər

“Qarabağ”in Çempionlar Liqasının II təsnifat mərhələsi

arrow Ətraflı
Sinəsini açıb fəvvarədən atıldı  VİDEO  FOTO like
  • 11 İyl 16:39  
Digərləri Sinəsini açıb fəvvarədən atıldı VİDEO FOTO

İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi və qədim San-Fermi

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 11 İyl 16:38  
Digərləri 3 rayonda qaz olmayacaq

"Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində ca

arrow Ətraflı
Məşhur libas 27 il sonra yenidən trend oldu - foto like
  • 11 İyl 16:37  
Şou-biznes Məşhur libas 27 il sonra yenidən trend oldu - foto

1990-cı illərin məşhur "Pretty Woman" ("Gözəlçə") filmində Culiya Rober

arrow Ətraflı
Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi like
  • 11 İyl 16:36  
Digərləri Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə n

arrow Ətraflı
Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı  VİDEO like
  • 11 İyl 16:34  
Dünya Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı VİDEO

Bu səhər müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur ak

arrow Ətraflı