Türkiyəni neytrallaşdırmaq istəyən erməni qəzetinə Aygün Attardan sillə kimi cavab


Digərləri 11 İyl 2017 16:47:00 70 0

Türkiyəni neytrallaşdırmaq istəyən erməni qəzetinə Aygün Attardan sillə kimi cavab

Türkiyədə ermənilərin nəşr etdirdiyi bədnam "Agos" qəzet bu dəfə Türkiyə dövlətinin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeni tənqid edib. Qəzet iddia edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən Türkiyə qonşu dövlət olaraq hər iki ölkə ilə eyni məsafədə dayanmalı, neytral və barışdırıcı mövqe tutmalıdır.

Son.az moderator.az-a istinadən Türkiyədə yaşayan Azərbaycan aydını, hər zaman ölkəmizin haqq səsini qardaş ölkədə duyuran professor Aygün Attarın "Agos" qəzetinə cavabını təqdim edir:

"Agos qəzeti Türkiyə dövlətinin siyasətinə və Türk hökumət rəsmilərinin Qarabağın Ermənistan tərəfindən işğalına göstərdiyi reaksiyalı münasibətin əksinə, işğalçı qüvvələrin lehinə fəaliyyət göstərməyə davam edir. İstanbulda yayım həyatını davam etdirən Türkiyədəki erməni camaatının Agos qəzeti özünü və varlıq səbəbini belə təsvir edir: "Demokratikləşmə, azlıq hüquqları, keçmişlə üzləşmə, Türkiyədəki plüralizmin qorunması və inkişaf etdirilməsi məsələlərini əhatə edən siyasi həftəlik qəzet".

Halbuki demokratikləşməyə xidmət etdiyini iddia edən Agos qəzeti mütəmadi şəkildə erməni diasporuna xidmət edərək Türkiyəni günahlandırmaq, Türk düşmənçiliyi aparmaqla yetinmir, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına də hüquqi baxımdan haqq qazandırmaq cəhdindən əlavə, "icraatlara" imza atır. 

Üzsüzcəsinə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı müstəqil erməni dövləti kimi təqdim edən qəzetin 30.06.2017 tarixli "Şuşidəki Gohar Ağa məscidi bərpa edilir" başlıqlı yazısında işlətdiyi ifadələrə diqqət edin: "Şuşi Artsakhdakı bənzərsiz bölgələrindən biridir". Şuşanı şuşi edən Agos zehniyyəti Sarkisyan kimi Dağlıq Qarabağı da Artsak adlandırmaqla yetinməyib, Şuşanı turistlərə tarixi Erməni torpağı kimi təqdim edib.

Türkiyə dövlətinin rəsmiləri və şəxsən Prezident tərəfindən Qarabağın işğalının qəbul edilməz olduğu dəfələrlə beynəlxalq arenada dilə gətirilməsinə, regionda sülhün bərpası üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılması qarşılığında Ermənistan ilə diplomatik münasibətlərin həyata keçirilməsinin mümkün olduğunu ifadə edilməsinə, yəni Türkiyə Respublikasının bu sahədə mövqeyinə və yeritdiyi siyasətə baxmayaraq, Agos qəzeti bu cür provakatif yazılar ilə bir millət, iki dövlət arasına nifaq salmağı qarşısına məqsəd qoysa da nail olmayacaq.

İstanbulun göbəyində yerləşən və təkcə Ermənistana deyil, dünyadakı Erməni lobbisinə fəal şəkildə xidmət edən bu qəzeti yaxından təqib edənlər, orada müzakirəyə təqdim olunan məsələlərin böyük dövlətlərin xüsusi xidmət orqanlarında Türkiyə üçün həyata keçirilməsi planlaşdırılan ssenariləri görə bilərlər.

loading...
YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi like
  • 11 İyl 16:46  
Digərləri YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi

“Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında b&ou

arrow Ətraflı
"Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər" like
  • 11 İyl 16:43  
Şou-biznes "Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər"

“Çox səhvlərim olub. Amma bunları səhv kimi qəbul etməmişəm, təcrüb

arrow Ətraflı
Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər like
  • 11 İyl 16:40  
İdman Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər

“Qarabağ”in Çempionlar Liqasının II təsnifat mərhələsi

arrow Ətraflı
Sinəsini açıb fəvvarədən atıldı  VİDEO  FOTO like
  • 11 İyl 16:39  
Digərləri Sinəsini açıb fəvvarədən atıldı VİDEO FOTO

İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi və qədim San-Fermi

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 11 İyl 16:38  
Digərləri 3 rayonda qaz olmayacaq

"Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində ca

arrow Ətraflı
Məşhur libas 27 il sonra yenidən trend oldu - foto like
  • 11 İyl 16:37  
Şou-biznes Məşhur libas 27 il sonra yenidən trend oldu - foto

1990-cı illərin məşhur "Pretty Woman" ("Gözəlçə") filmində Culiya Rober

arrow Ətraflı
Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi like
  • 11 İyl 16:36  
Digərləri Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə n

arrow Ətraflı
Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı  VİDEO like
  • 11 İyl 16:34  
Dünya Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı VİDEO

Bu səhər müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur ak

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 11 İyl 16:31  
Digərləri 3 rayonda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı t

arrow Ətraflı