YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi


Digərləri 11 İyl 2017 16:46:00 51 0

YAP-çı deputat ciddi struktur islahatlarının anonsunu verdi

“Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab Prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür”.

Bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

“İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti, təbii ki, cənab Prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa, qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq.

Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə, bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada, eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir”, - deyə S.Novruzov bildirib.

S.Novruzov qarşıdakı növbəti prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb və bildirib ki, YAP öz namizədinə rəqib görmür: “Elə bir rəqib yoxdur, görmürük. Bizim partiyamızın sədri cənab Prezidentin apardığı siyasət, gördüyü işlər reytinqini ildən-ilə artırır. Cənab Prezident seçki ərəfəsində verdiyi sözdən dəfələrlə artıq işlər görür, xalq da bunu qiymətləndirir. Artıq Azərbaycan miqyasında yox, dünya miqyasında sorğu keçirsək, görərik ki, bizim sədrimizin-cənab Prezidentin alternativi yoxdur. Bu həqiqətdir. Cənab Prezident İlham Əliyev həm xalqın maraqlarının dəstəklənməsi, həm sabitliyin qorunması, iqtisadiyyatın inkişafı, quruculuq işləri - hansı ki, bunun sayəsində ölkədə artıq rayon-şəhər fərqi aradan qalxıb - və s. bu kimi işləri çox uğurla və sürətlə həyata keçirib. İslahatlar dayanmadan davam edir, məmurların daim xalqın qulluğunda olmasına nəzarət edir. Hər bir rayona səfər edir, insanlarla daim ünsiyyətdədir. Bu səbəbdən biz namizədimizə heç bir rəqib görmürük”.

loading...
"Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər" like
  • 11 İyl 16:43  
Şou-biznes "Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər"

“Çox səhvlərim olub. Amma bunları səhv kimi qəbul etməmişəm, təcrüb

arrow Ətraflı
Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər like
  • 11 İyl 16:40  
İdman Azərbaycan UEFA klub reytinqində irəliləyə bilər

“Qarabağ”in Çempionlar Liqasının II təsnifat mərhələsi

arrow Ətraflı
Sinəsini açıb fəvvarədən atıldı  VİDEO  FOTO like
  • 11 İyl 16:39  
Digərləri Sinəsini açıb fəvvarədən atıldı VİDEO FOTO

İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi və qədim San-Fermi

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 11 İyl 16:38  
Digərləri 3 rayonda qaz olmayacaq

"Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində ca

arrow Ətraflı
Məşhur libas 27 il sonra yenidən trend oldu - foto like
  • 11 İyl 16:37  
Şou-biznes Məşhur libas 27 il sonra yenidən trend oldu - foto

1990-cı illərin məşhur "Pretty Woman" ("Gözəlçə") filmində Culiya Rober

arrow Ətraflı
Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi like
  • 11 İyl 16:36  
Digərləri Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə n

arrow Ətraflı
Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı  VİDEO like
  • 11 İyl 16:34  
Dünya Bu səhər dünyasını dəyişən aktyorun ölümündən öncəki görüntüsü yayıldı VİDEO

Bu səhər müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur ak

arrow Ətraflı
3 rayonda qaz olmayacaq like
  • 11 İyl 16:31  
Digərləri 3 rayonda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı t

arrow Ətraflı
Bu fotolardan sonra saçlarınızı qısa kəsdirəcəksiniz like
  • 11 İyl 16:31  
Şou-biznes Bu fotolardan sonra saçlarınızı qısa kəsdirəcəksiniz

Adətən aktiv qızlar qısa saç düzümünə üstünlük verirlər.

arrow Ətraflı