Mehriban Əliyeva nüfuzlu beynəlxalq təşkilatın mükafatına layiq görüldü


Digərləri 11 İyl 2017 16:28:00 54 0

Mehriban Əliyeva nüfuzlu beynəlxalq təşkilatın mükafatına layiq görüldü

Bakıda işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub.

Virtualaz.org-un məlumatına görə, Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.

Açılış mərasimində çıxış edən DTHA təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi konqresin əhəmiyyətini vurğulayıb.

Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edilib.

Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin 130-dan çox məruzəsi dinləniləcək, 100-ə yaxın poster təqdim olunacaq. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilib.

Məruzələrin tezisləri beynəlxalq "Tibb və hüquq" elmi jurnalında nəşr olunacaq.

Qeyd edək ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.

loading...
"İnter" "Fola" ilə oyunlar üçün iştirak ərizəsini təqdim etdi like
  • 11 İyl 16:22  
İdman "İnter" "Fola" ilə oyunlar üçün iştirak ərizəsini təqdim etdi

Avropa Liqasının II təsnifat mərhələsində "Fola" ilə qarşılaşacaq Bak

arrow Ətraflı
Mehriban Əliyeva beynəlxalq təşkilatın mükafatına layiq görülüb like
  • 11 İyl 16:22  
Sosial Mehriban Əliyeva beynəlxalq təşkilatın mükafatına layiq görülüb

Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdır

arrow Ətraflı
Beynəlxalq investorlardan qərar: "DəmirBank"ın kapitalı artırılacaq like
  • 11 İyl 16:21  
Digərləri Beynəlxalq investorlardan qərar: "DəmirBank"ın kapitalı artırılacaq

11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artı

arrow Ətraflı
Yeni sevgililər öpüşdülər, gizli fotoları çəkildi like
  • 11 İyl 16:19  
Şou-biznes Yeni sevgililər öpüşdülər, gizli fotoları çəkildi

Dünəndən bəri Türkiyə mediası yazıçı Metin Hara ilə braziliyalı mode

arrow Ətraflı
Bakıda uşaq poliklinikasında cərrah yoxa çıxdı: "Get başqa vaxt gələrsən"  VİDEO like
  • 11 İyl 16:17  
Digərləri Bakıda uşaq poliklinikasında cərrah yoxa çıxdı: "Get başqa vaxt gələrsən" VİDEO

Bakıda yerləşən 2 saylı Uşaq Poliklinikasından şikayət var.   Son.az

arrow Ətraflı
Bakıda qadını zorlayan avtobus sürücülərinə hökm oxundu like
  • 11 İyl 16:13  
Digərləri Bakıda qadını zorlayan avtobus sürücülərinə hökm oxundu

Bakıda 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakt

arrow Ətraflı
Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın like
  • 11 İyl 16:12  
Digərləri Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın

Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun

arrow Ətraflı
"Allah hamıya mənim ərim kimi kişi qismət etsin"  Rəqsanə like
  • 11 İyl 16:09  
Şou-biznes "Allah hamıya mənim ərim kimi kişi qismət etsin" Rəqsanə

"Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən g

arrow Ətraflı
34 regionda sürətli və keyfiyyətli internetin təmini üçün yeni layihəyə start verilib like
  • 11 İyl 16:08  
Digərləri 34 regionda sürətli və keyfiyyətli internetin təmini üçün yeni layihəyə start verilib

Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi

arrow Ətraflı
Prezident Administrasiyası: TANAP-a alternatiov yoxdur like
  • 11 İyl 16:04  
Digərləri Prezident Administrasiyası: TANAP-a alternatiov yoxdur

Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rə

arrow Ətraflı
Xames Rodriqezin yeni klubu müəyyənləşdi like
  • 11 İyl 16:04  
İdman Xames Rodriqezin yeni klubu müəyyənləşdi

"Real"ın yarımmüdafiəçisi Xames rodriqezin "Bayern Munich"ə keçidi rəsmi

arrow Ətraflı