Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü ilə bağlı məhkəmədə mikroavtobusun sahibi ifadə verib


Sosial 11 İyl 2017 15:58:00 68 0

Bakı-Sumqayıt yolunda 6 nəfərin ölümü ilə bağlı məhkəmədə mikroavtobusun sahibi ifadə verib

"Öyrəndim ki, etibarnamə almadan maşını idarə edib"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov iştirak edib. O, 6 tələbənin öldüyü "Ford" markalı avtomobilinin sahibidir. Məhkəmədə xatırladılıb ki,qəzanı törədən sürücü "Ford"u icarəyə görürərək sərnişin daşımaqla məşğul olurmuş.

"Ford" markalı maşının sahibi Vüqar Bayramov bu işdə zərərçəkmiş kimi tanınıb. Zərər isə qəza zamanı "Ford"a dəymiş maddi ziyan göstərilir.

V.Bayramov ifadəsində sürücü Namiq Hüseynovu tanıdığını deyib. "Namiq maşını məndə icarəyə istədi. Mən də dedim nasazdır, düzəldə bilərsənsə, götür. Maşını da bir ay olardı Sumqayıtdan almışdım. Baş etibarnamə ilə maşın məndə idi. Hələ ki, adıma keçirilməmişdi" - deyən V.Bayramov hakimin suallarını cavablandırıb.

O, maşının texniki baxışdan keçirilib-keçirilməməsi ilə bağlı suala dəqiq cavab verə bilməyib. Onun sözlərinə görə, "Ford"da olan oturacaqların təhlükəsizlik kəmərləri olmayıb.

V.Bayramov maşını aylıq 700 manata Namiq Hüseynova icarəyə verdiyini söyləyib: "Namiq dedi ki, aylıq pulumu verəcək. Maşını bir yerdə ustaya apardıq. Mənim tanıdığım usta yox idi. Onundediyi adamın yanına apardıq. Maşın hazır olanda ona verdim. Hadisədən təxminən 10 gün əvvəl maşını ona vermişdim. Maşının sənədlərini ona verdim ki, mən aldığım adamdan öz adına etibarnamə alsın. Amma sonradan bildim ki, heç etibarnamə də almayıb".

Hakim V.Bayramovdan rəsmi olaraq etibarnamə vermədiyi Namiq Hüseynova maşını niyə verdiyini soruşub. V.Bayramov isə sadəcə sənədləri Namiq Hüseynova verdiyini söyləyib: "Maşını aldığım şəxsdən alacaqdı. Ona görə verdim. Amma öyrəndim ki, etibarnamə almadan maşını idarə edib".

V.Bayramov suallara cavabında deyib ki, N.Hüseynovun sərnişin daşımaq üçün xəttə çıxmasından xəbəri olmayıb.

Məhkəmədə bildirilib ki, qəza zamanı "Ford"a 5 min 900 manat zərər dəyib. V.Bayramov xərcin sığorta şirkəti tərəfindən qarşılanacağı halda mülki iddiasının olmadığını deyib.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

loading...
Müəllim olmaq istəyənlər üçün like
  • 11 İyl 15:57  
Digərləri Müəllim olmaq istəyənlər üçün

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim

arrow Ətraflı
Tillerson: Qətərə vəziyyəti düzəltmək üçün gəlmişəm like
  • 11 İyl 15:54  
Digərləri Tillerson: Qətərə vəziyyəti düzəltmək üçün gəlmişəm

ABŞ-ın dövlət katibi Reks Tillerson Qətərə səfər edib

arrow Ətraflı
"Ən yaxşı aktrisa" seçildi - fotolar like
  • 11 İyl 15:53  
Şou-biznes "Ən yaxşı aktrisa" seçildi - fotolar

Aktrisa Nur Fettahoğlu Beyrut Beynəlxalq Mükafatlandırma Mərasiminə qatıl

arrow Ətraflı
Səssiz gələn ölüm mələyi: "Heç kim ondan sığortalanmayıb..." like
  • 11 İyl 15:50  
Digərləri Səssiz gələn ölüm mələyi: "Heç kim ondan sığortalanmayıb..."

Ötən gün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşaq əməliyya

arrow Ətraflı
Venqer: "Arsenal"da uzun müddət işləməyimin səbəbi odur ki..." like
  • 11 İyl 15:46  
İdman Venqer: "Arsenal"da uzun müddət işləməyimin səbəbi odur ki..."

Arsen Venqer növbəti illərdə "Arsenal"a titullar qazandırmaq əzmində oldu

arrow Ətraflı
"Ərizəmi yazıb getmişəm" -  Ülvira like
  • 11 İyl 15:45  
Şou-biznes "Ərizəmi yazıb getmişəm" - Ülvira

ARB-nin aparıcısı Ülvira Qarayeva telekanalla yollarını ayırması haqda x

arrow Ətraflı
Azərbaycan elektromaqnit impulslu silah istehsalına hazırlaşır like
  • 11 İyl 15:45  
Digərləri Azərbaycan elektromaqnit impulslu silah istehsalına hazırlaşır

Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı

arrow Ətraflı
The Land of Legendsdə Qriqori Lepsdən on min nəfərlik konsert like
  • 11 İyl 15:45  
Digərləri The Land of Legendsdə Qriqori Lepsdən on min nəfərlik konsert

İl boyu bir sıra məşhurlara ev sahibliyi edən Antalya Bələkdə yerləşə

arrow Ətraflı
Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı like
  • 11 İyl 15:43  
Digərləri Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim

arrow Ətraflı
Səhlab Bağırova like
  • 11 İyl 15:41  
Digərləri Səhlab Bağırova

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səh

arrow Ətraflı
Qızılağac Dövlət Təbiət Qoruğunda 3 hektar ərazi yanıb like
  • 11 İyl 15:37  
Sosial Qızılağac Dövlət Təbiət Qoruğunda 3 hektar ərazi yanıb

Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirili

arrow Ətraflı
Ədliyyə naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək like
  • 11 İyl 15:37  
Siyasət Ədliyyə naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Qəbulda Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşla

arrow Ətraflı
Bahalı avtomobillər, silahlar, vəhşi heyvanlar... - ərəblərin İnstaqram həyatı like
  • 11 İyl 15:37  
Şou-biznes Bahalı avtomobillər, silahlar, vəhşi heyvanlar... - ərəblərin İnstaqram həyatı

Sosial mediada dəbdəbəli həyatlarının nümayişi ilə ən çox diqqət ç

arrow Ətraflı
Azərbaycan elektromaqnit impulslu silah istehsalına başlayır like
  • 11 İyl 15:32  
Digərləri Azərbaycan elektromaqnit impulslu silah istehsalına başlayır

Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı müdafi

arrow Ətraflı