“Buta Airways”in biletləri satışa çıxarılıb


İqtisadiyyat 11 İyl 2017 15:01:18 62 0

“Buta Airways”in biletləri satışa çıxarılıb

www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir

Bu gündən “Buta Airways” - aşağı büdcəli aviaşirkətinin biletlərinin satışa buraxıldığı internet səhifəsi işə düşüb.

Şirkətdən “Report”a daxil olan məlumata görə, www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Aviaşirkətin ilk reysi sentyabrın 1-ə Tbilisiyə planlaşdırılıb.

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunmuşdur.

Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və yaxud dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış olmaq olar.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə “Təyyarədə qidalanma”səhifəsində tanış olmaq olar. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Sərnişinlərdən tez-tez daxil olan suallar əsasında “Suallar və cavablar” səhifəsi hazırlanıb.

24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə +994 (12) 493 14 14 telefon nömrəsi (Azərbaycandan zənglər üçün qısa nömrə *0808 növbəti həftədən fəaliyyət göstərəcək), [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq və ya saytdakı əlaqə forması vasitəsilə məktub yazmaq mümkündür.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways instagram.com/ButaAirways twitter.com/ButaAirwaysQeyd edək ki, aviabiletləri həmçinin kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkündür . Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. Onun əsası 2016-ci ilin dekabrında qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir və Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

loading...
MTN generallarının məhkəməsində zərərçəkmiş iş adamı ifadə verib like
  • 11 İyl 15:01  
Digərləri MTN generallarının məhkəməsində zərərçəkmiş iş adamı ifadə verib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlü

arrow Ətraflı
Bakıya gətirilən "cəhənnəm silahı" erməniləri təlaşa saldı like
  • 11 İyl 14:58  
Digərləri Bakıya gətirilən "cəhənnəm silahı" erməniləri təlaşa saldı

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı anlaşman

arrow Ətraflı
Lavrov Nalbandyanla Avstriyada görüşüb like
  • 11 İyl 14:57  
Digərləri Lavrov Nalbandyanla Avstriyada görüşüb

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhər

arrow Ətraflı
İŞKART ilə ödəniş edənlərə E-PUL.az-dan 3 qat bonus hədiyyə like
  • 11 İyl 14:56  
Digərləri İŞKART ilə ödəniş edənlərə E-PUL.az-dan 3 qat bonus hədiyyə

"Bank of Baku"nun İŞKART – biznes kart sahibləri E-PUL.az onlayn ödəniş

arrow Ətraflı
Abubakarın açıqlamaları "Beşiktaş" azarkeşlərini qəzəbləndirib like
  • 11 İyl 14:56  
İdman Abubakarın açıqlamaları "Beşiktaş" azarkeşlərini qəzəbləndirib

Ötən mövsüm "Beşiktaş"da icarədə çıxış edən Vensa

arrow Ətraflı
"Səyyar kitabxana" layihəsinin növbəti mərhələsinə start verilib (FOTO) like
  • 11 İyl 14:55  
Digərləri "Səyyar kitabxana" layihəsinin növbəti mərhələsinə start verilib (FOTO)

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər

arrow Ətraflı
"Ciddi struktur islahatları gözlənilir" like
  • 11 İyl 14:55  
Digərləri "Ciddi struktur islahatları gözlənilir"

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin

arrow Ətraflı
NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb like
  • 11 İyl 14:50  
Digərləri NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb

NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidm

arrow Ətraflı
Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istədi like
  • 11 İyl 14:50  
Digərləri Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq

arrow Ətraflı
Rafael Dadaşov öz adını daşıyan nəvəsi ilə -  foto like
  • 11 İyl 14:49  
Şou-biznes Rafael Dadaşov öz adını daşıyan nəvəsi ilə - foto

Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova oğlunun yeni

arrow Ətraflı
Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb like
  • 11 İyl 14:48  
İqtisadiyyat Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb

Azərbaycan bu il taxıl idxalını (əsasən buğda) 1,3 mln. tona çatdırıb

arrow Ətraflı
Türkiyə Suriya sərhədində bölmələrini gücləndirir like
  • 11 İyl 14:46  
Dünya Türkiyə Suriya sərhədində bölmələrini gücləndirir

Altı nəqliyyat karvanı Suriya sərhədindəki Musabəyli bölgəsinə istiqam

arrow Ətraflı
Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü  VİDEO  FOTO like
  • 11 İyl 14:44  
Siyasət Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü VİDEO FOTO

"Azərbaycan və Ermənistan arasında hərbi balans çoxdan pozulub. Azər

arrow Ətraflı
Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir" like
  • 11 İyl 14:42  
Dünya Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir"

"Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac

arrow Ətraflı