MTN generallarının məhkəməsində zərərçəkmiş iş adamı ifadə verib


Digərləri 11 İyl 2017 15:01:00 60 0

MTN generallarının məhkəməsində zərərçəkmiş iş adamı ifadə verib

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəislərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə ifadə verən “Elnur 2” MTK tikinti şirkətinin rəhbəri, zərərçəkmiş Xudayar Rəhimov bildirib ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş heç kimə pul vermədiyini, istintaq zamanı verilən suallara cavab verdiyini deyib. Proses davam edir. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri - S.Qurbanov, T.Quliyev, N.Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri F.Əliyev, Z.Məmmədov, N.Alıyev, F.Atayev, A.Şirəliyev, E.Əliyev, E.Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə edərək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib. Bundan başqa, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər S.Qurbanov, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, N.Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar. İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
loading...
Bakıya gətirilən "cəhənnəm silahı" erməniləri təlaşa saldı like
  • 11 İyl 14:58  
Digərləri Bakıya gətirilən "cəhənnəm silahı" erməniləri təlaşa saldı

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı anlaşman

arrow Ətraflı
Lavrov Nalbandyanla Avstriyada görüşüb like
  • 11 İyl 14:57  
Digərləri Lavrov Nalbandyanla Avstriyada görüşüb

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhər

arrow Ətraflı
İŞKART ilə ödəniş edənlərə E-PUL.az-dan 3 qat bonus hədiyyə like
  • 11 İyl 14:56  
Digərləri İŞKART ilə ödəniş edənlərə E-PUL.az-dan 3 qat bonus hədiyyə

"Bank of Baku"nun İŞKART – biznes kart sahibləri E-PUL.az onlayn ödəniş

arrow Ətraflı
Abubakarın açıqlamaları "Beşiktaş" azarkeşlərini qəzəbləndirib like
  • 11 İyl 14:56  
İdman Abubakarın açıqlamaları "Beşiktaş" azarkeşlərini qəzəbləndirib

Ötən mövsüm "Beşiktaş"da icarədə çıxış edən Vensa

arrow Ətraflı
"Səyyar kitabxana" layihəsinin növbəti mərhələsinə start verilib (FOTO) like
  • 11 İyl 14:55  
Digərləri "Səyyar kitabxana" layihəsinin növbəti mərhələsinə start verilib (FOTO)

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər

arrow Ətraflı
"Ciddi struktur islahatları gözlənilir" like
  • 11 İyl 14:55  
Digərləri "Ciddi struktur islahatları gözlənilir"

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin

arrow Ətraflı
NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb like
  • 11 İyl 14:50  
Digərləri NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb

NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidm

arrow Ətraflı
Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istədi like
  • 11 İyl 14:50  
Digərləri Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq

arrow Ətraflı
Rafael Dadaşov öz adını daşıyan nəvəsi ilə -  foto like
  • 11 İyl 14:49  
Şou-biznes Rafael Dadaşov öz adını daşıyan nəvəsi ilə - foto

Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova oğlunun yeni

arrow Ətraflı
Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb like
  • 11 İyl 14:48  
İqtisadiyyat Azərbaycan Rusiyadan taxıl idxalını 9% artırıb

Azərbaycan bu il taxıl idxalını (əsasən buğda) 1,3 mln. tona çatdırıb

arrow Ətraflı
Türkiyə Suriya sərhədində bölmələrini gücləndirir like
  • 11 İyl 14:46  
Dünya Türkiyə Suriya sərhədində bölmələrini gücləndirir

Altı nəqliyyat karvanı Suriya sərhədindəki Musabəyli bölgəsinə istiqam

arrow Ətraflı
Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü  VİDEO  FOTO like
  • 11 İyl 14:44  
Siyasət Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü VİDEO FOTO

"Azərbaycan və Ermənistan arasında hərbi balans çoxdan pozulub. Azər

arrow Ətraflı
Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir" like
  • 11 İyl 14:42  
Dünya Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir"

"Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac

arrow Ətraflı
Nur Yerlitaşın səhhətindən xəbər var like
  • 11 İyl 14:40  
Şou-biznes Nur Yerlitaşın səhhətindən xəbər var

Bodrumdakı evində halı pisləşdiyindən xəstəxanaya aparılan modelyer Nur

arrow Ətraflı