Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik"


İqtisadiyyat 11 İyl 2017 14:10:42 66 0

Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik"

SOCAR prezidenti: "Gələn ildən "Qarabağ" neft sturkuturunda istismara başlamağı düşünürük"

“Biz artıq yüksək templə “Ümid”, “Babək” yataqlarının işlənməsini hazırlayırıq. “Abşeron” yatağının birinci fazasının işlənməsi üçün də heç bir maneə qalmayıb”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, “Abşeron” yatağının birinci fazasının işlənməsi ilə bağlı bütün razılaşmalar hazırlanıb: “2019-cu ildə “Abşeron”dan ilk qazın alınmasını gözləyirik. Bunun üçün sentyabrda Heydər Əliyev adına üzən qazma qurğusu “Abşeron”da ilk quyunu qazmağa başlayacaq. Düşünürəm ki, “Abşeron” layihəsinin birinci fazasında 1,5 mlrd. kubmetr qaz əldə edəcəyik. Bu ilin sonunda isə ikinci faza haqqında düşünməyə başalayacağıq və bu, 2022-2023-cü ildə gözlənilir. Bu daha böyük fazadır və əlavə 5 mlrd. kubmetrə yaxın qaz almağı düşünürük”.

SOCAR prezidenti tezliklə “Qarabağ” neft yatağında da işlərə başlanacağını qeyd edib: "Bu ilin sonuna qədər “Qarabağ” neft sturkuturunda layihələndirmə işlərini bitirib, gələn ildən kəşfiyyat və istismar işləri həyata keçirməyi düşünürük. Maksimum 2021-ci ildə “Qarabağ”dan ilk neftimizi alacağıq. BP şirkəti ilə imzalanan müqaviləyə əsasən, "Abşeron"un dayazsulu hissəsində 3D seysmik işləri aparılıb. Artıq bir neçə böyük olmayan strukturlar aşkar edilib ki, biz onların da işlənməsinə başlayacağıq".

"BP ilə digər kontraktımız “Şəfəq-Asiman”la bağlıdır. Artıq orada 3D seysmik işləri bitib. Bilirsiz ki, bütün qazma qurğuları məşğuldur. İlk boş pəncərə olan kimi “Şəfəq-Asiman”da da ilk kəşfiyyat qazması həyata keçirəcəyik. Bu, digər böyük yataqlar kimi seysmikada çox böyük qaz yatağı kimi görünür və qazma bunu təsdiq etməlidir. Gələcəkdə həm də “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da müəyyən işlər görməyi planlaşdırırıq”, - deyə R.Abdullayev əlavə edib.

loading...
Günay İbrahimli: "İndiki ağlım olsaydı..." like
  • 11 İyl 14:08  
Digərləri Günay İbrahimli: "İndiki ağlım olsaydı..."

Vanqa nənəyə və falçılara inanmadığını deyən müğənni Günay İbrah

arrow Ətraflı
Rüfət Səfərovun şikayəti təmin edilmədi like
  • 11 İyl 14:06  
Digərləri Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq mü

arrow Ətraflı
Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi like
  • 11 İyl 14:06  
Dünya Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi

İŞİD döyüşçüləri terror qruplaşmasının lideri Əbu

arrow Ətraflı
İran neft hasilatını artırmaq niyyətindədir like
  • 11 İyl 14:02  
Digərləri İran neft hasilatını artırmaq niyyətindədir

İran 2021-ci ilədək neft hasilatını sutkada 5,7 milyon barrelədək artırm

arrow Ətraflı
Qarabağda məhv edilən erməni əsgərin FOTOları like
  • 11 İyl 14:02  
Digərləri Qarabağda məhv edilən erməni əsgərin FOTOları

Xəbər verdiyimiz kimi, ötən gün təmas xəttində təxribat törətməyə

arrow Ətraflı
"Chelsea"nin müdafiəçisi Championship klubunda like
  • 11 İyl 14:00  
İdman "Chelsea"nin müdafiəçisi Championship klubunda

"Chelsea" 20 yaşlı müdafiəçisi Ola Temitayo Eyna üçün "Hull City"nin tə

arrow Ətraflı
Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi" like
  • 11 İyl 14:00  
Dünya Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi"

"Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə

arrow Ətraflı
Ermənistan və Rusiya sərhədçiləri Dağlıq Qarabağda təlimlər keçirir? like
  • 11 İyl 13:58  
Siyasət Ermənistan və Rusiya sərhədçiləri Dağlıq Qarabağda təlimlər keçirir?

"Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yay

arrow Ətraflı
Güclü külək qatarı relsdən çıxartdı like
  • 11 İyl 13:57  
Dünya Güclü külək qatarı relsdən çıxartdı

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq federal vilayətində qatar r

arrow Ətraflı
Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu like
  • 11 İyl 13:56  
Digərləri Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu

Dövlət Yol Polisi cərimələri və icbari sığorta ödənişlərini ExpressP

arrow Ətraflı
"Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır" like
  • 11 İyl 13:56  
Digərləri "Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır"

Azərbaycanın regionlarında kitablara böyük maraq var.

arrow Ətraflı
"Ayrılmağımızın səbəbini ikimizdən başqa heç kim bilməyəcək" like
  • 11 İyl 13:56  
Şou-biznes "Ayrılmağımızın səbəbini ikimizdən başqa heç kim bilməyəcək"

Müğənni İrem Dericidən ayrılan Lider Şahin barışa biləcəkləri ilə b

arrow Ətraflı
İvana Sertin keçmiş əri tərk edildi like
  • 11 İyl 13:52  
Digərləri İvana Sertin keçmiş əri tərk edildi

Serbiyalı modelyer İvana Sertin keçmiş əri, iş adamı Yurdal Sert sevgilis

arrow Ətraflı
Bakıda partlayış: like
  • 11 İyl 13:50  
Digərləri Bakıda partlayış:

Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partlay

arrow Ətraflı