Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı VİDEO FOTO


Digərləri 11 İyl 2017 14:13:00 46 0

Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı  VİDEO  FOTO

Son.az bildirir ki, ARB 24 televiziyası Füzulinin Alxanlı kəndindən xüsusi reportaj hazırlayıb. 

Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub.

Nadir Şəfiyev - xüsusi müxbir: "Biz hazırda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəyik. Bura cəbhə bölgəsidir. Cəmi 400 metr aralıda Ermənistan Silahlı Qüvvələrinin mövqeləri yerləşir. Hansı ki, Füzuli rayonunun həmin ərazilərini zəbt edib və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu kənddə 4 iyulda əhali indiki kimi adi həyatını yaşayırdı, amma faciə baş verdi. Hansı ki, təkcə bu kəndin sakinlərini deyil, bütün uşaqsevərləri, insanlığı və insan həyatına hörmət edənləri sarsıtdı". Həmin gün kənd adi həyatını yaşayırdı. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq, təxribatlar törətməsinə vərdiş edən kəndlilər gündəlik qayğıları ilə məşğul idilər. Nadir Şəfiyev - xüsusi müxbir: "Alxanlı kəndinin sakinləri üçün 4 iyul adi günlərdən heç nəyi ilə fərqlənmirdi. Həmin gün onlar kənd təsərrüfatı işləri ilə məşğul idilər. Həmçinin həmin ailə. İndi biz sizə o ailə haqqında danışacağıq" Gün sona yaxınlaşırdı. Vaxtaşırı atəşə baxmayaraq kənddə həyat öz axarı ilə davam edirdi. Nadir Şəfiyev - xüsusi müxbir: "Bura Zəhranın ailəsi ilə birgə yaşadığı evdir. 4 iyul tarixi də əvvəlki günlərdən fərqlənmirdi. İyulun 4-ü axşam onun atası örüşə gedirmiş ki, qohumlarına sürünü gətirmək üçün kömək etsin. Buna görə də o, həyətə anasının yanına gəlir ki, uşağı onun yanında qoysun. Təbii ki, həmin vaxt o heç nədən qorxmurdu, çünki nisbətən sakitçilik idi. Əgər ciddi təhlükə olsaydı, o, anası ilə uşağı bu həyətdə tək qoymazdı. Təəssüf ki, təhlükə bu ailədən yan keçmədi". Məzahir Quliyev - sakin: "Kəndi mütəmadi olaraq atıcı silahlarla atəşə tuturdular. Lakin iyulun 2-dən başlayaraq ermənilər artilleriya qurğularından istifadə etməyə başladılar. Ayın 2-si bütün otlaq sahələrini və bizim "Şərabçılıq zavodu" adlandırdığımız ərazini atəşə tutdular. Onlar təxribatlarını bu ayın 3-ü və 4-ü də davam etdirdilər. Axşam isə kəndin mərkəzini atəşə tutdular ki, bunun da nəticəsində 2 nəfər öldü". Elnur Quliyev - Zəhranın atası: "Həmin vaxt mən evdə yox idim. Qonşu yola çıxmışdı. Anam da uşağın əlindən tutub, onu qarşılamağa gedirdi. Onlar həmin yerə gedib çıxa bilmədilər. Mərminin partlaması onları yarı yolda qoydu".

Nadir Şəfiyev - xüsusi müxbir: "Balaca Zəhra nənəsi ilə həyətdə oynayırdı. Hər şey normal idi. Birdən Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi həyətə düşür. Gördüyünüz bu balaca çalada mərminin partlaması bir anda 18 aylıq qızı və 50 yaşlı nənəsini həyatından etdi. Bu ailədə böyük faciə baş verdi. O faciə ki, təkcə bu kəndi deyil, bütün Azərbaycanı əhatə etdi. O insanlar ki, deyirdilər burada Silahlı Qüvvələrin atəş nöqtələri var, onlarr böyük səhvə yol veriblər. Bunu bizim çəkilişlərimiz də sübut edir. Bir daha əmin olmaq üçün ki, burada Silahlı Qüvvələrin atəş nöqtələri olmayıb, yoxdur və yəqin ki, olmayacaq, çəkiliş qrupumuz kəndə gəldi. Düşünürəm ki, bu çəkiliş hər kəsə sübut etdi ki, həmin vaxt bu kənd adi həyatını yaşayıb". Salman Quliyev - Zəhranın babası: "Onlar həmişə kənddə yerli sakinləri atəşə tuturlar. Bizi qorxutmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Biz onlardan qorxmuruq". Nadir Şəfiyev - xüsusi müxbir: "Deyirlər ki, balaca Zəhranın çox az oyuncağı var idi. Amma bu gün onun bu oyuncaqlara ehtiyacı yoxdur. Onun qəbri üstə gələn uşaqlar özləri ilə birgə gətirdikləri müxtəlif oyuncaqları onunla bölüşürlər. Bütün bu uşaqlar deyir ki, onlar oyuncaqlarını Zəhra ilə bölüşməyə hazırdırlar və bu balaca Azərbaycan qızı ilə hüzndədirlər". Burada yaşayan sakinlər inanırlar ki, erməni işğalçıları zəbt etdikləri yüksəkliklərdən özləri könüllü olaraq, çıxıb gedəcəklər. O zaman Alxanlıda həyat yeni mərhələyə qədəm qoyacaq. Bu kəndin uşaqları daha heç vaxt güllə səslərindən və mərmi partlayışlarından  səksənməyəcəklər.

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Xəbərə aid fotolar

Moskva, Tbilisi və NyuYorkdan soyuq silah gətirən şəxslər tutuldu like
  • 11 İyl 14:12  
Kriminal Moskva, Tbilisi və NyuYorkdan soyuq silah gətirən şəxslər tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsini

arrow Ətraflı
Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir like
  • 11 İyl 14:11  
Digərləri Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir

Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac e

arrow Ətraflı
Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik" like
  • 11 İyl 14:10  
İqtisadiyyat Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik"

SOCAR prezidenti: "Gələn ildən "Qarabağ" neft sturkuturunda istismara başla

arrow Ətraflı
Günay İbrahimli: "İndiki ağlım olsaydı..." like
  • 11 İyl 14:08  
Digərləri Günay İbrahimli: "İndiki ağlım olsaydı..."

Vanqa nənəyə və falçılara inanmadığını deyən müğənni Günay İbrah

arrow Ətraflı
Rüfət Səfərovun şikayəti təmin edilmədi like
  • 11 İyl 14:06  
Digərləri Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq mü

arrow Ətraflı
Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi like
  • 11 İyl 14:06  
Dünya Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi

İŞİD döyüşçüləri terror qruplaşmasının lideri Əbu

arrow Ətraflı
İran neft hasilatını artırmaq niyyətindədir like
  • 11 İyl 14:02  
Digərləri İran neft hasilatını artırmaq niyyətindədir

İran 2021-ci ilədək neft hasilatını sutkada 5,7 milyon barrelədək artırm

arrow Ətraflı
Qarabağda məhv edilən erməni əsgərin FOTOları like
  • 11 İyl 14:02  
Digərləri Qarabağda məhv edilən erməni əsgərin FOTOları

Xəbər verdiyimiz kimi, ötən gün təmas xəttində təxribat törətməyə

arrow Ətraflı
"Chelsea"nin müdafiəçisi Championship klubunda like
  • 11 İyl 14:00  
İdman "Chelsea"nin müdafiəçisi Championship klubunda

"Chelsea" 20 yaşlı müdafiəçisi Ola Temitayo Eyna üçün "Hull City"nin tə

arrow Ətraflı
Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi" like
  • 11 İyl 14:00  
Dünya Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi"

"Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə

arrow Ətraflı
Ermənistan və Rusiya sərhədçiləri Dağlıq Qarabağda təlimlər keçirir? like
  • 11 İyl 13:58  
Siyasət Ermənistan və Rusiya sərhədçiləri Dağlıq Qarabağda təlimlər keçirir?

"Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yay

arrow Ətraflı
Güclü külək qatarı relsdən çıxartdı like
  • 11 İyl 13:57  
Dünya Güclü külək qatarı relsdən çıxartdı

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq federal vilayətində qatar r

arrow Ətraflı
Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu like
  • 11 İyl 13:56  
Digərləri Yol polisi cərimələri və icbari sığorta ödənişlərinin rahat ödəmə üsulu

Dövlət Yol Polisi cərimələri və icbari sığorta ödənişlərini ExpressP

arrow Ətraflı
"Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır" like
  • 11 İyl 13:56  
Digərləri "Səyyar kitabxanalarla bağlı YENİ LAYİHƏ hazırlanır"

Azərbaycanın regionlarında kitablara böyük maraq var.

arrow Ətraflı