Azərbaycanlı alim Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçildi FOTO


Digərləri 11 İyl 2017 14:17:00 124 0

Azərbaycanlı alim Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçildi  FOTO

Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib.   BDU-dan APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov bu günlərdə Böyük Elmi Şuranın genişləndirilmiş yekun iclasında həmin akademiyanın diplomunu, sertifikatını və döş nişanını Knyaz Aslana  təqdim edib.   Qeyd edək ki, Beynəlxalq İnformasiyalaşdırma Akademiyası 1990-cı ildə təsis edilib. Akademiya 1994-cü ildən BMT-nin İctimai İnformasiya Departamenti yanında assosiyalaşdırılmış üzv statusuna, 1995-ci ildən isə BMT-nin İqtisadi və Siyasi Şurasının Baş Məsləhətçi statusuna malikdir. Dünyanın ayrı-ayrı ölkələrində elmin və mədəniyyətin müxtəlif sferalarında informasiya proseslərinin və texnologiyalarının inkişafına imkan yaradan, informasiologiya sahəsində fundamental və tətbiqi problemlərin həlli ilə məşğul olan məşhur alimlər, böyük mütəxəssislər, görkəmli dövlət xadimləri bu Akademiyaya üzv seçiliblər.   Knyaz Aslanın tədqiqat sahəsinə dünya kitab və kitabxana mədəniyyətinin tarixi, klassik şair və yazıçıların həyatında kitab və mütaliə mövzusu, bədii ədəbiyyatın təbliği, tərcümə, ədəbiyyatşünaslıq, kitabşünaslıq və jurnalistikanın nəzəri və təcrübi istiqamətləri, ənənəvi və elektron nəşriyyat işinin müasir problemləri, müxtəlif ədəbiyyat növlərinin redaktəsi və s. kimi aktual məsələlər daxildir. Onun rəhbərlik etdiyi Kitabşünaslıq və nəşriyyat işi kafedrası son illərdə tədris və elm sahəsində qazandığı nailiyyətlərə görə BDU-nun reytinq cədvəllərində ön sırada qərarlaşıb. Knyaz Aslan 5 monoqrafiyanın, 30 kitabın, çoxsaylı elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalələrin müəllifi, bir çox kitabların ön söz müəllifi və redaktorudur. O, ABŞ, Rusiya, İran, Ukrayna, Gürcüstan və başqa ölkələrdə elmi ezamiyyətlərdə olub, beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar edib, sertifikat, diplom və fəxri fərmanlarla təltif edilib.

loading...

Xəbərə aid fotolar

Bakıda daha bir marşrut xətti dəyişdirildi (VİDEO) like
  • 11 İyl 14:16  
Digərləri Bakıda daha bir marşrut xətti dəyişdirildi (VİDEO)

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobu

arrow Ətraflı
Xanım Qafarovasız 3 il like
  • 11 İyl 14:16  
Kriminal Xanım Qafarovasız 3 il

Əməkdar artist Xanım Qafarovanın dünyasını dəyişməsindən 3 il ötür.

arrow Ətraflı
Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı  VİDEO  FOTO like
  • 11 İyl 14:13  
Digərləri Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı VİDEO FOTO

Son.az bildirir ki, ARB 24 televiziyası Füzulinin Alxanlı kəndindən xüsus

arrow Ətraflı
Moskva, Tbilisi və NyuYorkdan soyuq silah gətirən şəxslər tutuldu like
  • 11 İyl 14:12  
Kriminal Moskva, Tbilisi və NyuYorkdan soyuq silah gətirən şəxslər tutuldu

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsini

arrow Ətraflı
Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir like
  • 11 İyl 14:11  
Digərləri Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir

Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac e

arrow Ətraflı
Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik" like
  • 11 İyl 14:10  
İqtisadiyyat Rövnəq Abdullayev: "2019-cu ildə "Abşeron"dan ilk qazın alınmasını gözləyirik"

SOCAR prezidenti: "Gələn ildən "Qarabağ" neft sturkuturunda istismara başla

arrow Ətraflı
Günay İbrahimli: "İndiki ağlım olsaydı..." like
  • 11 İyl 14:08  
Digərləri Günay İbrahimli: "İndiki ağlım olsaydı..."

Vanqa nənəyə və falçılara inanmadığını deyən müğənni Günay İbrah

arrow Ətraflı
Rüfət Səfərovun şikayəti təmin edilmədi like
  • 11 İyl 14:06  
Digərləri Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq mü

arrow Ətraflı
Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi like
  • 11 İyl 14:06  
Dünya Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi

İŞİD döyüşçüləri terror qruplaşmasının lideri Əbu

arrow Ətraflı
İran neft hasilatını artırmaq niyyətindədir like
  • 11 İyl 14:02  
Digərləri İran neft hasilatını artırmaq niyyətindədir

İran 2021-ci ilədək neft hasilatını sutkada 5,7 milyon barrelədək artırm

arrow Ətraflı
Qarabağda məhv edilən erməni əsgərin FOTOları like
  • 11 İyl 14:02  
Digərləri Qarabağda məhv edilən erməni əsgərin FOTOları

Xəbər verdiyimiz kimi, ötən gün təmas xəttində təxribat törətməyə

arrow Ətraflı
"Chelsea"nin müdafiəçisi Championship klubunda like
  • 11 İyl 14:00  
İdman "Chelsea"nin müdafiəçisi Championship klubunda

"Chelsea" 20 yaşlı müdafiəçisi Ola Temitayo Eyna üçün "Hull City"nin tə

arrow Ətraflı
Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi" like
  • 11 İyl 14:00  
Dünya Daxili işlər naziri: "Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi"

"Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə

arrow Ətraflı