Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü VİDEO FOTO


Siyasət 11 İyl 2017 14:44:00 46 0

Ermənilər Azərbaycanın gizli Qarabağ planından qorxuya düşdü  VİDEO  FOTO

"Azərbaycan və Ermənistan arasında hərbi balans çoxdan pozulub. Azərbaycan yalnız Rusiyadan deyil, Türkiyə, Pakistan və İsraildən müasir silahlar alır. Hesab edirəm ki, bizim bilmədiyimiz hansısa böyük oyun gedir, gizli plan var."

Son.az baku.ws-yə istinadən xəbər verir ki, bu sözləri Şuşanın işğalına birbaşa rəhbərlik edən general-mayor Arkadi Ter-Tadevosyan erməni KİV-nə müsahibəsində son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində artan hərbi-siyasi gərginliyi şərh edərkən bildirib.

Ötən gün Rusiyadan Azərbaycana gətirilən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Ermənistanda böyük narahatlıq doğurub. Hətta erməni KİV-də xəbər yayılıb ki, Azərbaycanın bu növ döyüş vasitələrini alması ondan xəbər verir ki, rəsmi Bakı Qarabağı azad etmək üçün əməliyyatlara başlayacaq.   Ter-Tadevosyan da hesab edir ki, Azərbaycan və Türkiyənin gələcək hadisələrlə bağlı gizli planları var.

"Azərbaycan müasir silahlar almağa davam edəcək. Çünki onların pulu çoxdur. Mən bilmirəm onlar bu silahlardan necə istifadə edəcəklər, amma onların planı var", - deyə general bildirib.

  Ter-Tadevosyan bildirib ki, artıq Qarabağda kiçik miqyaslı döyüşlər geridə qalıb, genişmiqyaslı hərbi əməliyyatlar ola bilər.

Şuşanı işğal edən general bunun qarşısını almaq, Azərbaycana təzyiq etmək üçün dinc sakinlərə hücum planından qərarlılıqla istifadə etməyə eyham vurur. Birinci Qarabağ müharibəsində rəhbərlik etdiyi hərbi əməliyyatlarda mülki Azərbycan əhalisinə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmış Ter-Tadevosyan dinc əhalinin öldürülməsinə haqq qazandırıb. Qeyd edək ki, Ter-Tadevosyan Şuşanın işğal əməliyyatı zamanı Azərbaycan kəndlərinə raket atəşi endirilməsi əmrini verməklə yadda qalıb. O, müsahibələrində dinc əhalini bombalamaqla hərbi əməliyyatlarda üstünlük qazanmağın vacibliyini dəfələrlə vurğulayıb.   

"Bu yaxınlarda azərbaycanlı uşaq və nənə atəş nəticəsində həyatını itirdi. Hesab edirəm ki, erməni tərəfi artıq ciddi adekvat zərbələr endirməyə başlayıb. Bunu daha da gücləndirmək lazımdır", - deyə erməni general bildirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

loading...
Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir" like
  • 11 İyl 14:42  
Dünya Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir"

"Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac

arrow Ətraflı
Nur Yerlitaşın səhhətindən xəbər var like
  • 11 İyl 14:40  
Şou-biznes Nur Yerlitaşın səhhətindən xəbər var

Bodrumdakı evində halı pisləşdiyindən xəstəxanaya aparılan modelyer Nur

arrow Ətraflı
"Qəbələ"nin rəqibi itki ilə üzləşib like
  • 11 İyl 14:40  
İdman "Qəbələ"nin rəqibi itki ilə üzləşib

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin

arrow Ətraflı
Zuhal Topal ailəsi ilə LosAncelesdə  FOTO like
  • 11 İyl 14:34  
Digərləri Zuhal Topal ailəsi ilə LosAncelesdə FOTO

Aparıcı-aktrisa Zuhal Topal həyat yoldaşı Korhan Saygıner və qızı Lina

arrow Ətraflı
Ekspert Lapşinin məhkəməsinə gəlmədi like
  • 11 İyl 14:32  
Digərləri Ekspert Lapşinin məhkəməsinə gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşi

arrow Ətraflı
Bu avtobusun yolu dəyişdi  VİDEO like
  • 11 İyl 14:28  
Digərləri Bu avtobusun yolu dəyişdi VİDEO

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən

arrow Ətraflı
Rüfət Səfərovun şikayəti təmin edilmədi like
  • 11 İyl 14:26  
Digərləri Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq mü

arrow Ətraflı
Baş Prokurorluqdan ANSlə bağlı məktub göndərildi like
  • 11 İyl 14:23  
Digərləri Baş Prokurorluqdan ANSlə bağlı məktub göndərildi

"Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üz

arrow Ətraflı
"Uşaqları 3 gün görməyəndə darıxıram" - Samir like
  • 11 İyl 14:22  
Şou-biznes "Uşaqları 3 gün görməyəndə darıxıram" - Samir

Müğənni Samir Piriyev yay tətilini harada keçirəcəyini açıqlayıb.

arrow Ətraflı
"Sumqayıt" Türkiyəyə yollanır like
  • 11 İyl 14:22  
İdman "Sumqayıt" Türkiyəyə yollanır

 “Sumqayıt” klubu futbol üzrə 2017/2018 mövsüm

arrow Ətraflı
Ekspert Lapşinin məhkəməsinə gəlmədi, məhkəmə təxirə düşdü like
  • 11 İyl 14:20  
Digərləri Ekspert Lapşinin məhkəməsinə gəlmədi, məhkəmə təxirə düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşi

arrow Ətraflı
Bakıda yataqxanada yanğın həyəcanı like
  • 11 İyl 14:20  
Digərləri Bakıda yataqxanada yanğın həyəcanı

Bu gün Bakı şəhərinin Yasamal rayonundakı beşmərtəbəli yataqxana b

arrow Ətraflı