Nazir: “Səyyar kitabxanada oxuculara kitablar hədiyyə də ediləcək”


Sosial 11 İyl 2017 13:06:51 86 0

Nazir: “Səyyar kitabxanada oxuculara kitablar hədiyyə də ediləcək”

Azad Rəhimov bildirib ki, nazirlik nəşriyyatlara gənclərə hədiyyə ediləcək kitabların da səyyar kitabxanaya verilməsi üçün müraciət edib

“Səyyar kitabxanada oxuculara kitablar hədiyyə də ediləcək”.

“Report”un məlumatına görə, bunujurnalistlərə açıqlamasındagənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, nazirliyin səyyar kitabxanası bu il yenidən rayonlarda aparılacaq: “Bu,Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçiriliən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Belə ki, kitabxananın aparıldığı bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan məlumata görə15 minə qədər müracitələr var. Müraciətlər ingilis, rus və azərbaycan dilində olan kitablarla bağlıdır”. Nazir qeyd edib ki, hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var: “Kitabxanada 10 minə yaxın kitabın isə elektron versiyası mövcuddur. Yəni oxucular elektron versiyaları yaddaş kartı vasitəsi ilə köçürüb, götürə bilərlər. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitablarısəyyar kitabxanadan əldə edə bilər”. A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layiihənin hazırlandığını bildirib. Onun sözlərinə görə, yeni layihəyə əsasən oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun "Azərbaycanın gənclər paytaxtı" elan olunmasına görə ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün qalır. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”. O həmçinin bildirib ki, nazirlik nəşriyyatlara gənclərə hədiyyə ediləcək kitabların da səyyar kitabxanaya verilməsi üçün müraciət edib. Qeyd edək ki, “Səyyar kitabxana” adlı layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.2013-cü ildə açılışı həyata keçirilən layihə bu illər ərzində Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şırvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

loading...
Bakıda itirilmiş 5400 manatlıq noutbukun sahibi tapıldı  FOTO like
  • 11 İyl 13:05  
Digərləri Bakıda itirilmiş 5400 manatlıq noutbukun sahibi tapıldı FOTO

Bakıda "BakuBus" avtobusunda itirilmiş bahalı noutbukun sahibi tap

arrow Ətraflı
"Ailə üçün DƏYƏR!"  "Gənc Vətəndaş" Ağdaşda təlim keçirib like
  • 11 İyl 13:04  
Digərləri "Ailə üçün DƏYƏR!" "Gənc Vətəndaş" Ağdaşda təlim keçirib

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyi Azərbaycan Resp

arrow Ətraflı
Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi like
  • 11 İyl 13:03  
Digərləri Əl-Bağdadinin ölümünü İŞİD də təsdiqlədi

İŞİD döyüşçüləri terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdad

arrow Ətraflı
Pensiyaçılara like
  • 11 İyl 13:03  
Digərləri Pensiyaçılara

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda

arrow Ətraflı
“Bank VTB (Azerbaijan)” kreditlərin yeni restrukturizasiyası proqramına başlayıb like
  • 11 İyl 13:01  
İqtisadiyyat “Bank VTB (Azerbaijan)” kreditlərin yeni restrukturizasiyası proqramına başlayıb

Borcunu gecikmədən ödəməyə hazır olan müştərilərin yığılmış faiz

arrow Ətraflı
"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" -  Rəqsanə like
  • 11 İyl 13:00  
Şou-biznes "Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə

“Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizl

arrow Ətraflı
"Bir il boyunca birbirimizin olduq" like
  • 11 İyl 13:00  
Dünya "Bir il boyunca birbirimizin olduq"

İrem Derici ilə bir ildən artıqdır yaşadıqları eşqi sona çatan Lider

arrow Ətraflı
BakıQazax yolunda gənc özünü TIRın altına atdı  VİDEO like
  • 11 İyl 12:57  
Digərləri BakıQazax yolunda gənc özünü TIRın altına atdı VİDEO

Sərxoş piyada Bakı-Qazax magistral avtomobil yolunda hərəkət edən nəqliy

arrow Ətraflı
Proqnoz: Neftə olan tələbat III rübdə artacaq like
  • 11 İyl 12:56  
İqtisadiyyat Proqnoz: Neftə olan tələbat III rübdə artacaq

Nazir: "Qlobal neft tələbi tam olaraq 2018-ci ildə bərpa olunacaq"

arrow Ətraflı
Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO) like
  • 11 İyl 12:56  
Digərləri Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

arrow Ətraflı
Munir "Barcelona"ya lazım deyil like
  • 11 İyl 12:55  
İdman Munir "Barcelona"ya lazım deyil

Munir Əl-Həddadi "Barcelona"ya lazım deyil. Goal.az xəbər verir ki, ona ba

arrow Ətraflı
Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi like
  • 11 İyl 12:55  
Dünya Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi

İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldüyü təsdiqlənib.

arrow Ətraflı
Daha bir bankda kadr dəyişiklikləri like
  • 11 İyl 12:54  
Digərləri Daha bir bankda kadr dəyişiklikləri

Unibank-ın İdarə heyətinin tərkibinə dəyişikliklər edilib.

arrow Ətraflı