Dövlət büdcəsindən ayrılmış xərclər audit olunub


Digərləri 11 İyl 2017 13:27:00 67 0

Dövlət büdcəsindən ayrılmış xərclər audit olunub

Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub.

Son.az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.

2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2 nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4 tədbirlə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 mln. manat vəsait əhatə olunub ki, bunun 402,6 mln. manatı və ya 66,5%-i dövlət büdcəsinin xərcləri, 88,3 mln. manatı və ya 14,6%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 114,6 mln. manatı və ya 18,9%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrədir.

Nəzarət tədbirləri əhatə edilən dövlət büdcəsi vəsaitinin 0,4%-i 2014-cü ildə, 48,1%-i 2015-ci ildə və 51,5%-i 2016-cı ildə icra edilmiş xərclər üzrə olub.

Əvvəlki illərdən fərqli olaraq 2017-ci ilin birinci yarısında nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin dövlət büdcəsinin funksional bölmələri üzrə strukturu daha çox vəsaitin "İqtisadi fəaliyyət" bölməsi üzrə (24,8%) əhatə olunduğunu göstərir.

Hesabat dövründə əhatə edilmiş vəsaitin 85,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.

loading...
Bank VTB (Azərbaycan) kreditlərin güzəştli restrukturizasiya proqramını təklif edir like
  • 11 İyl 13:24  
Digərləri Bank VTB (Azərbaycan) kreditlərin güzəştli restrukturizasiya proqramını təklif edir

Bank VTB (Azərbaycan) kreditini ödəməkdə çətinliklə üzləşən müştə

arrow Ətraflı
Dollar ucuzlaşdı like
  • 11 İyl 13:24  
Digərləri Dollar ucuzlaşdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da

arrow Ətraflı
YUNESKO Komitəsindən Şəkinin Xan sarayı ilə bağlı yeni like
  • 11 İyl 13:23  
Kriminal YUNESKO Komitəsindən Şəkinin Xan sarayı ilə bağlı yeni

Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci

arrow Ətraflı
Gürcüstanda milli azlıqların təhsil problemlərinin həlli ilə bağlı yeni proqram hazırlanıb like
  • 11 İyl 13:22  
Dünya Gürcüstanda milli azlıqların təhsil problemlərinin həlli ilə bağlı yeni proqram hazırlanıb

Müsabiqənin hər iki turunu uğurla keçən gənclər ixtisasları üzrə əvv

arrow Ətraflı
"Nəsib olsa" bağlanır like
  • 11 İyl 13:22  
Şou-biznes "Nəsib olsa" bağlanır

Xəzər TV-də yayımlanan “Nəsib olsa” proqramı birdəfəlik efirlə vida

arrow Ətraflı
Azərbaycanda adam oğurluğunda təqsirli bilinən şəxs tutulub (FOTO) like
  • 11 İyl 13:20  
Digərləri Azərbaycanda adam oğurluğunda təqsirli bilinən şəxs tutulub (FOTO)

Azərbaycanda adam oğurluğunda təqsirli bilinən və üzərində qanunsuz sil

arrow Ətraflı
Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm oxundu like
  • 11 İyl 13:17  
Sosial Dələduzluqda ittiham olunan “bank işçisinə” hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sumqay

arrow Ətraflı
Polisin təqib etdiyi sürücü avtomobilini kanala aşırdı like
  • 11 İyl 13:17  
Digərləri Polisin təqib etdiyi sürücü avtomobilini kanala aşırdı

Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaç

arrow Ətraflı
Xəstəxanada ölən 9 yaşlı Seymurun atası: like
  • 11 İyl 13:16  
Digərləri Xəstəxanada ölən 9 yaşlı Seymurun atası:

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

arrow Ətraflı
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib like
  • 11 İyl 13:15  
Sosial AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinin qeyd olunması haqqında m

arrow Ətraflı