"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" - Rəqsanə


Şou-biznes 11 İyl 2017 13:00:00 50 0

"Allah hamıya mənim ərim kimi kişi qismət etsin" -  Rəqsanə

“Heç kimə borcum yoxdur. Telefonlarım 24 saat açıqdır. Heç kimdən gizlənmirəm, qaçmıram. Azərbaycana gəlməməyimin səbəbi Moskvadakı işlərimdir”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Sənətçi artıq bir ilə yaxındır ki, Azərbaycana gəlməməsinin səbəblərindən danışıb. 

O, borcu olduğu üçün buradan qaçma xəbərlərinə münasibət bildirib:

“Özüm Bakıda olmasam da, işçilərim oradadır. Hamısı da telefona cavab verir. Rəqsanəni dünyanın bir çox yerində tanıyırlar. Heç nədən qaçan biri deyiləm. Bir ara da xəbər çıxdı ki, guya telekanallar məni "qara siyahı"ya atıb. Hamısı yalandır. Hazırda Moskvada işlərim çoxdur. Ona görə də, Bakıya gələ bilmirəm. İstəmirəm gəlib orada bir klip təqdim edim. Mən gedib ağac altında durub klip çəkdirənlərdən deyiləm. Səviyyəli iş görürəm. İstəyirəm gəlim, 5 klip, 5 yeni fotosessiya, albom təqdim edim, konsert verim. Hamı mənim işlərimdən danışsın”.

R.İsmayılova Azərbaycandan toy təklifləri aldığını, amma imtina etdiyini söyləyib:

“Ötən yay Şəmkir, Gəncə, Tovuz bölgəsində çox toyda oldum. Bu il Moskvada toylarım çoxdur. Azərbaycandan təkliflər alıram. Amma qiymət baxımından sərf etməyən toyla razılaşmıram. Avqust və sentyabrda Bakıda toya gələcəm. Əgər kimsə yaxşı pul verirsə razılaşıram. Başqa cür buradakı işlərimi atmaq mənə sərf etmir”.

Müğənni həyat yoldaşından söz açıb:

“Həyatımdan o qədər razıyam ki.. Kaş ki yoldaşımı illər əvvəl tanıyardım. Çox xoşbəxtəm ki, ailəmin, mənim arxamda belə bir kişi var. Ailə həyatım gözəl gedir. Allah hər bir qadının qarşısına mənim yoldaşım kimi kişi çıxarsın”.

Rəqsanə deyib ki, Moskvada tikdirdiyi şadlıq evini ona əri verib:

“Yoldaşımın “Qız qalası” adlı restoranı var idi. Onu sökdürüb yerində böyük şadlıq evi tikdirdik. Onun bütün işini mənə verib. İndi başım oranın dizaynına qarışıb. Hər şeyin çox yüksək səviyyədə olmasını istəyirəm. Sentyabrda mütləq açılış etməliyik”.



Sosial şəbəkədə tez-tez bahalı saat fotoları paylaşan ifaçı onu qınayanlara bunları deyib:

“Hamı bilir ki, saatları necə sevirəm. Yazmıram ki, paylaşdığım şəkillərdəki hər şey mənimdir. Haradasa nəsə bəyənirəmsə, şəklini səhifəmdə yayımlayıram. Özü də mən geyimlərimi, çox əşyalarımı internetdən sifariş edirəm. Ətrafımdakılar bilir ki, evimdə böyük saat kolleksiyası var”.

Bir vaxtlar qızı Aysuna moda evi açacağını deyən Rəqsanə bu planının gerçəkləşməməsindən danışıb:

"Qızım istədiyi an ona moda evi açaram. Özü istəmədi. Dedi ki, gedim təhsil alım sonra. Türkiyədə oxudu, bitirdi və qayıtdı. İndi moda evini açacaq".

loading...
BakıQazax yolunda gənc özünü TIRın altına atdı  VİDEO like
  • 11 İyl 12:57  
Digərləri BakıQazax yolunda gənc özünü TIRın altına atdı VİDEO

Sərxoş piyada Bakı-Qazax magistral avtomobil yolunda hərəkət edən nəqliy

arrow Ətraflı
Proqnoz: Neftə olan tələbat III rübdə artacaq like
  • 11 İyl 12:56  
İqtisadiyyat Proqnoz: Neftə olan tələbat III rübdə artacaq

Nazir: "Qlobal neft tələbi tam olaraq 2018-ci ildə bərpa olunacaq"

arrow Ətraflı
Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO) like
  • 11 İyl 12:56  
Digərləri Qarabucaq stansiyasının baş yolları əsaslı təmir olunur (FOTO)

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

arrow Ətraflı
Munir "Barcelona"ya lazım deyil like
  • 11 İyl 12:55  
İdman Munir "Barcelona"ya lazım deyil

Munir Əl-Həddadi "Barcelona"ya lazım deyil. Goal.az xəbər verir ki, ona ba

arrow Ətraflı
Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi like
  • 11 İyl 12:55  
Dünya Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi

İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldüyü təsdiqlənib.

arrow Ətraflı
Daha bir bankda kadr dəyişiklikləri like
  • 11 İyl 12:54  
Digərləri Daha bir bankda kadr dəyişiklikləri

Unibank-ın İdarə heyətinin tərkibinə dəyişikliklər edilib.

arrow Ətraflı
Ermənistanda KTMT üzv ölkələrinin təlimləri başlayıb like
  • 11 İyl 12:54  
Digərləri Ermənistanda KTMT üzv ölkələrinin təlimləri başlayıb

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv

arrow Ətraflı
Nardaran sakinləri silahlarını polisə təhvil verdilər like
  • 11 İyl 12:53  
Digərləri Nardaran sakinləri silahlarını polisə təhvil verdilər

Nardaran sakinləri tüfəng və qumbaranı polisə təhvil veriblər.

arrow Ətraflı
Sabahın havası - şimşək çaxacaq, yağış yağacaq like
  • 11 İyl 12:53  
Digərləri Sabahın havası - şimşək çaxacaq, yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
"Əkinçi" sahədən evə əlidolu gəlirmiş like
  • 11 İyl 12:53  
Digərləri "Əkinçi" sahədən evə əlidolu gəlirmiş

Polis şübhəli şəxsi 5 kiloqramdan çox narkotiklə tutub. 

arrow Ətraflı
Azərbaycanlı müğənninin 5 yaşlı qızı öldü like
  • 11 İyl 12:52  
Şou-biznes Azərbaycanlı müğənninin 5 yaşlı qızı öldü

Müğənni Pərvin Lətifovun ailəsində dəhşətli itki baş verib.

arrow Ətraflı
Türkiyədə 11 PKK terrorçusu zərərsizləşdirildi like
  • 11 İyl 12:51  
Dünya Türkiyədə 11 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində həyata keçirilən aviaz

arrow Ətraflı
Qadın polis onu tutmasın deyə lüt soyundu  FOTO like
  • 11 İyl 12:49  
Digərləri Qadın polis onu tutmasın deyə lüt soyundu FOTO

Amerikanın Florida ştatında qəribə hadisə baş verib.

arrow Ətraflı
“Neft Daşları”nda yeni quyu qazılır like
  • 11 İyl 12:46  
İqtisadiyyat “Neft Daşları”nda yeni quyu qazılır

Quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tu

arrow Ətraflı