BANM-in müəllimi: “Bakı Ali Neft Məktəbinin məzunlarının yüksək hazırlıqlı mütəxəssislər olacaqlarına əminəm”


Sosial 11 İyl 2017 12:12:37 31 0

BANM-in müəllimi: “Bakı Ali Neft Məktəbinin məzunlarının yüksək hazırlıqlı mütəxəssislər olacaqlarına əminəm”

Amir Reza Vakhshouri: "Mən onların uğurlarını görəndə elə bil ki öz müvəffəqiyyətlərimi görürəm"

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir.“Report” şöbəyə istinadənBANM-in “Kimya mühəndisliyi” kafedrasının dosenti Amir Reza Vakhshourinin müsahibəsini təqdim edir.

- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

- Müəllimlik bir peşə deyil, bir sevgidir, sənətdir, həvəsdir. Bir sənətçı kimi müəllim üçün təkcə oxumaq və ya bilik yetərli deyil ona sevgi də lazımdır. Bu istedadı tanrı bizim ailəyə bağışlayıb belə ki mənim atam, onun atası və qohumlarımın çoxu bu müqəddəs işlə məşğul olublar. Mənim atam vaxtı ilə Təbriz şəhərinin ən yaxşı, ən nüfuzlu və ən tanınmış müəllimlərindən biri olmuşdur. O 50 ildən çox bu peşədə tam həvəslə çalışdı və maraqlısı bu idi ki onun həvəsi bu peşəyə get-gedə artırdı. Mən də atamı görüb uşaqlıqdan onun peşəsini davam etdirmək arzusundaydım.

- Bir az özünüz haqqında məlumat verin...

- Mən Təbriz şəhərində bir ziyalı ailədə anadan olmuşam. Orta məktəbi Təbrizin ən yaxşı məktəblərində yüksək qiymətlərlə bitirib, 1993-cü ildən Təbriz Universitetinin “Tətbiqi Kimya” ixtisasına daxil olmuşam. 1998-ci ildə bakalavr dərəcəsini alıb sonra ilk karyeramı bir firmada keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsində başlamışam. Baxmayaraq ki az müddətdə çox uğurlu addımlar atmışdım lakin elmə və öyrənməyə həvəs səbəb oldu ki, təhsilimi davam edəm və beləliklə 2001-ci ildə Təbriz Azad Universitetinin “Tətbiqi Kimya” ixtisasına magistratura proqramına başlamışam. Bu zamanlar oxumaq ilə sənayedə çalışmağın harmoniyasını hiss edirdim və həqiqi mənada zövqlə elmi və dərsi öyrənirdim. 2003-cü ildə ən yüksək balla birinci yeri tutaraq magistratura diplomunu almışam. Bununla da razılaşmayıb doktorantura almağa qərar verib və bu yolda çoxlu mücadilələr aparmışam. Nəhayətdə, 2006-cı ildə Bakıya bir tanınmış holdinqə işə dəvət olunanda şərtlərimin birisi də təhsilimin davam etməsi olub beləliklə 2007-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya prosesləri İnstitutunun dissertantı kimi elmi işlərimi davam etdirib və 2013-cü ildə neft-kimya və polimer ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə nail olmuşam. 2016-ci ilin fevralından BANM-də çalışıram.

- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

- Mən əgər həyatımda, elmimdə və yaxud peşəmdə nisbi müvəffəqiyyətlərə nail olmuşamsa onu bütün orta məktəbdən tutmuş doktoranturaya kimi müəllimlərimə borcluyam. Hər zaman çalışmışam ki onların hamısından müsbət xüsusiyyətləri toplayam. Mən ən çox təsir göstərən müəllimlər təkcə elm yox, həyat tərzini və ona fərqli baxışını da öyrədənlər olublar. Bunların içərisində elə ən birinci müəllimim mənə ömür boyu həyat fəlsəfəsini öyrədən Atamı və ən sonuncusu mənim elmimin inkişafında ən çox təsir göstərən Akademik Akif Əzizovu xüsusi qeyd etmək istərdim.

- Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?

- Demək olar ki onlar ölkənin ən bacarıqlı, ən zəkalı və ən bilikli tələbələridirlər. Lakin bu onlarda qurur yaradmamalıdır. Həmin gənclik qüruru nəticəsində Onların bir hissəsi təhsil alma müddətində təcrübəsiz rəftarlar göstərirlər və ya məsələlərə səthi baxırlar. Həyatda ciddi və məsul olmaq lazımdır. Bizim tələbələrimiz çox səviyyəli təhsil alırlar və buda onların gələcəyini qarantı edir. Dünya standartlarına cavab verən təhsil sistemi ilə onların savadının birləşməsi nəticəsində, onları parlaq gələcək gözləyir. Biz bunu 5-ci kurs tələbələrində şahidi olduq.

- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?

- Hal-hazırda çox gənc olmasına baxmayaraq, 5 il müddətində ölkənin ali təhsil müəssisələrinin içərisində ən zirvəsində yer alır. Bu da göstərir ki rəhbərliyin götürdüyü siyasətlər nə qədər düzgündür. Mənə bələ gəlir ki bu ildən magistartura proqramı ilə birgə elmi işlərin aparılması da artacaq. Bununla bağlı biz kafedra da müəssisələrlə və tədqiqat institutlar ilə danışıqlıqlar aparırıq. Inanıram ki, bu sürətlə inkişaf nəticəsində gələcək 5 ildə BANM regionun ən yaxşı və ən nüfuzlu universiteti olmasını və gələcək 10 ildə dünyanın ilk 200-lük reytinqində yer tutduğunu bacaracaq.

- Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

- Ümumiyyətlə məndə boş vaxt az olur, olanda da çalışıram ailəmə xüsusilə oğluma daha çox vaxt ayıram. Qalan vaxtlarda isə tar çalıram və musiqi ilə məşğul oluram.

- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

- Mən onların uğurlarını görəndə elə bil ki öz müvəffəqiyyətlərimi görürəm. Bəlkə də indi onların bəzisi bilməzlər, amma onlar hər cəhətdən ən şanslı tələbələr olublar. Bunu bilməlidilər ki, ölkənin ən adlı universitetlərində təhsil almalarında, ən nüfuzlu şirkətlərdə çalışmalarında və ya başqa uğurlara nail olmalarında Ali Məktəbin çox rolu olubdur. Bu səbəbdən BANM-i heç zaman unutmasınlar və adını hər yerdə fəxrlə çəksinlər.

loading...
ABŞ-da hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı like
  • 11 İyl 12:12  
Dünya ABŞ-da hərbi nəqliyyat təyyarəsi qəzaya uğradı

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğray

arrow Ətraflı
"Sudan istifadə Qaydaları"na dəyişikliklər edildi like
  • 11 İyl 12:12  
Digərləri "Sudan istifadə Qaydaları"na dəyişikliklər edildi

Azərbaycanda "Sudan istifadə Qaydaları"na dəyişikliklər edib.

arrow Ətraflı
Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlandı like
  • 11 İyl 12:11  
Digərləri Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlandı

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə bağlı ci

arrow Ətraflı
İtaliyanın daha bir klubu satışa çıxarılıb like
  • 11 İyl 12:10  
İdman İtaliyanın daha bir klubu satışa çıxarılıb

“Genoa” futbol klubunun satılmasına dair razılıq əldə olunub.

arrow Ətraflı
Tanyelini görənlər tanıya bilmədilər - fotolar like
  • 11 İyl 12:10  
Şou-biznes Tanyelini görənlər tanıya bilmədilər - fotolar

Keçmiş rəqqasə Tanyeli aldığı çəkilərə görənlərin təəccübünə

arrow Ətraflı
Dekolteli libası müğənniyə çətin anlar yaşatdı -fotolar like
  • 11 İyl 12:05  
Şou-biznes Dekolteli libası müğənniyə çətin anlar yaşatdı -fotolar

Müğənni Rita Ora London gecələrində görüntülənib.

arrow Ətraflı
16 yaşlı oğlan bacısının məşuqunu öldürdü  FOTO like
  • 11 İyl 12:04  
Dünya 16 yaşlı oğlan bacısının məşuqunu öldürdü FOTO

Türkiyənin Muğla rayonunun Fethiye Mahalında 16 yaşlı D. Ç 19 yaşlı b

arrow Ətraflı
"Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu like
  • 11 İyl 12:02  
Digərləri "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

“Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin cinayət işi üzrə məh

arrow Ətraflı
Prezident İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB like
  • 11 İyl 12:00  
Siyasət Prezident İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münas

arrow Ətraflı
“Dəmirbank”a yeni səhmdarlar gəlir like
  • 11 İyl 11:59  
İqtisadiyyat “Dəmirbank”a yeni səhmdarlar gəlir

Bu, bankın xarici öhdəliklərinin nizamnamə kapitalına çevrilməsi nətic

arrow Ətraflı
Nardaran sakinləri tüfəng və qumbaranı təhvil verdilər like
  • 11 İyl 11:59  
Digərləri Nardaran sakinləri tüfəng və qumbaranı təhvil verdilər

Nardaran sakinləri tüfəng və qumbaranı təhvil veriblər.

arrow Ətraflı
“Sevil Massivi” MTK-nın vəzifəli şəxlərinə hökm oxundu like
  • 11 İyl 11:59  
Sosial “Sevil Massivi” MTK-nın vəzifəli şəxlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın

arrow Ətraflı
Qadınlar kişi olsaydılar... like
  • 11 İyl 11:56  
Şou-biznes Qadınlar kişi olsaydılar...

Qadına istədiyini etmək imkanının verilməməsi ta qədim zamanlardan bir a

arrow Ətraflı