“Sevil Massivi” MTK-nın vəzifəli şəxlərinə hökm oxundu


Sosial 11 İyl 2017 11:59:00 62 0

“Sevil Massivi” MTK-nın vəzifəli şəxlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılov isə hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər – Mirdaməd Muradiyev və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti təyin olunmaqla məhkəmə şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilənlərlə yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M. Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

İnarə Rafiqqızı

Virtulaz.org

loading...
Qadınlar kişi olsaydılar... like
  • 11 İyl 11:56  
Şou-biznes Qadınlar kişi olsaydılar...

Qadına istədiyini etmək imkanının verilməməsi ta qədim zamanlardan bir a

arrow Ətraflı
Azərbaycanda polis yolda qalan xanım müğənninin maşınını təmir etdi  FOTO like
  • 11 İyl 11:56  
Digərləri Azərbaycanda polis yolda qalan xanım müğənninin maşınını təmir etdi FOTO

Yol polisinin əməkdaşı müğənni Xuraman Şuşalını çətin vəziyyətdə

arrow Ətraflı
Yevlaxda borc pul üstündə qətl like
  • 11 İyl 11:55  
Sosial Yevlaxda borc pul üstündə qətl

Yevlaxda qətl hadisəsi baş verib.

arrow Ətraflı
Bu görüşdən nə gözlənilir? like
  • 11 İyl 11:54  
Siyasət Bu görüşdən nə gözlənilir?

Bu gün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası ç

arrow Ətraflı
Prezident İlham Əliyev Monqolustanın yeni seçilən dövlət başçısını təbrik edib like
  • 11 İyl 11:52  
Siyasət Prezident İlham Əliyev Monqolustanın yeni seçilən dövlət başçısını təbrik edib

"Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaş

arrow Ətraflı
Hamilə qadının bətnində vəhşi heyvan göründü like
  • 11 İyl 11:52  
Dünya Hamilə qadının bətnində vəhşi heyvan göründü

Valideyn olmağa hazırlaşan cütlük 20 həftəlik körpələrini ultra səs m

arrow Ətraflı
"Azerconnect"in kabelini oğurlayan şəxs tutulub like
  • 11 İyl 11:50  
Digərləri "Azerconnect"in kabelini oğurlayan şəxs tutulub

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini tutulub.

arrow Ətraflı
"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda like
  • 11 İyl 11:50  
İdman "Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda

"Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb

arrow Ətraflı
Vüsalə: "Həyatımın gerçəkləşən Diləyi" like
  • 11 İyl 11:48  
Şou-biznes Vüsalə: "Həyatımın gerçəkləşən Diləyi"

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə yeni fotosessiya etdirib.

arrow Ətraflı
Müğənni qayalara dırmandı - fotolar like
  • 11 İyl 11:46  
Şou-biznes Müğənni qayalara dırmandı - fotolar

Müğənni Perri bir qrup rəfiqəsi ilə istirahətə yollanıb.

arrow Ətraflı
RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib like
  • 11 İyl 11:45  
Sosial RİİB-in dəstəyi ilə onkoloji xəstəliklərlə bağlı pulsuz tibbi müayinə keçirilib

Tibbi müayinələrin ölkənin digər bölgələrində də həyata keçirilməs

arrow Ətraflı