"Müharibə göstərdi ki, bizim tanklar işə yaramır..."


Digərləri 11 İyl 2017 11:24:00 57 0

"Müharibə göstərdi ki, bizim tanklar işə yaramır..."

Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə Bakıya növbəti silah-hərbi sursat partiyasının gətirilməsinə dair görüntüləri yayıb. Görüntülərə əsasən, gəmilərdən çoxsaylı raket konteynerləri boşaldılır. Nazirlik gətirilən silahların adlarını açıqlamasa da hərbi ekspertlər bunların "Solntsepyok" TOS-1A ağır odsaçan sistemlərinə və "Smerç" reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən ediblər. Bundan əvvəl Rusiyadan Azərbaycana "Xrizantema-S" tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi.

Azərbaycana Rusiyadan güclü silah sistemləri və döyüş sursatı daşınması barədə xəbərlər erməni tərəfində həyacan və təşvişlə izlənir. Ermənistanda ekspertlər səviyyəsində belə qənaət hökm sürür ki, bu silahlanma  Qarabağda irimiqyaslı hərbi əməliyyatlara hazırlıqdır.

Son.az virtualaz-a istinadən xəbər verir ki, "Azadlıq" radiosunun erməni xidmətinin məlumatına görə təmas xəttindəki vəziyyətə bələd olan ekspert, "Hetk" nəşrinin baş redaktoru Edik Bağdasaryan Rusiyadan Azərbaycana gətirilən raketlər və sursat barədə özünün Facebook səhifəsində bunları yazıb: "2016-cı ilin aprelində Azərbaycan silahlı qüvvələri tərəfindən istifadə olunan hərbi texnikadan ən təhlükəlisi Rusiya istehsalı olan "Solntsepyok" və İsrail istehsalı olan kamikadze-dronlar idi. Düşmən məhz bu silahlarla bizim silahlı qüvvələrimizə əsas zərbələri endirdi. İndi Rusiya həmin silahların iri partiyasını yenidən Azərbaycana verib, İsrail də həmin şeyi edib".

Digər erməni analitik Armen Griqoryan isə qeyd edir ki, 2011-ci ildə Kazan danışıqları fiaskoya uğrayandan sonra Azərbaycan münaqişənin dinc yolla nizamlanmasından ümidini üzüb və irimiqyaslı silahlanmaya başlayıb. "Aprel döyüşlərindən sonra təmas xətti boyu videomüşahidə kameralarının yerləşdirilməsi aprel ssenarisinin yenidən təkrarlanmasını çətinləşdirib. Çünki qəfil hücum effekti artıq yoxdur. Buna görə də indi Azərbaycanın  taktikanı necə dəyişdiyinə baxmaq lazımdır.  Həmin "Solntsepyok"lar aprel döyüşlərində o qədər də effektiv olmadı. Müharibə göstərdi ki,  bizim tanklar da işə yaramadı"-Griqoryan bildirir.

Rusiyalı hərbi ekspert İvan Konovalov isə qeyd edir ki, "Solntsepyok" ağır odsaçan sistemləri qismən yaxın məsafəli döyüşlərdə effektivdir, bu silahlar daha çox açıq ərazilərdə güclü effektə malik olur. "Erməni qüvvələri əsasən yüksəkliklərdə mövqe tutub. Bu silahdan müdafiənin birinci xəttini yarmaq üçün istifadə etmək olar, sonrakı mərhələdə isə onun tətbiqi o qədər də effektiv olmayacaq"-Konovalov deyir.

Qeyd edək ki, "Solntsepyok" TOS-1A ağır odsaçan sistemləri 6 kilometr məsafədəki hədəflərə-mhkəmləndirilmiş müdafiə mövqelərinə, canlı qüvvənin və texnikanın cəmləşmə rayonlarına, digər hərbi infrastruktura termobarik başlıqlı raketlərlə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. Azərbaycan ötən ilin aprelinə qədər Rusiyadan azı 18 belə sistem almışdı. Bu yaxınlarda açıqlandı ki, Rusiya Azərbaycana daha 6 "Solntsepyok" satıb. Ötən ilin aprelində Azərbaycan bu silahdan istifadə etsə də bu, məhdud xarakter daşımışdı və Xocavənd istiqamətində düşmənin hərbi qərargahına endirilən bir  neçə odsaçan zərbəsi ciddi tələfata səbəb olmuşdu.

İndi belə görünür ki, Azərbaycan ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı düşmənin müdafəsinin birinci xəttini darmadağın etmək üçün kütləvi raket-artilleriya zərbələrindən istifadəni nəzərdən keçirir. Bu zaman "Solntsepyok" TOS-1A ağır odsaçanları Azərbaycanın malik olduğu digər silah sistemləri ilə uzlaşdırılmış şəkildə tətbiq olunarsa dağıdıcı təsir göstərəcək. Ona görə də ermənilərin narahatlıqları əbəs deyil.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

loading...
Əməkdar artist avtomobili ilə görüntüləndi -  fotolar like
  • 11 İyl 11:22  
Şou-biznes Əməkdar artist avtomobili ilə görüntüləndi - fotolar

Əməkdar artist Tünzalə Ağayeva ötən gün avtomobili ilə Dənizkənarı M

arrow Ətraflı
Proqnoz: Bitkoinin qiyməti 55 min dollara yüksələcək like
  • 11 İyl 11:20  
İqtisadiyyat Proqnoz: Bitkoinin qiyməti 55 min dollara yüksələcək

Tomas Li: "Yaxın zamanlarda bitkoinə investisiyalar populyarlığına görə q

arrow Ətraflı
Yeni yaşını yarıçılpaq fotosunu paylaşaraq qeyd etdi like
  • 11 İyl 11:20  
Şou-biznes Yeni yaşını yarıçılpaq fotosunu paylaşaraq qeyd etdi

Amerikalı müğənni Cessika Simpsonun 37 yaşı tamam olub.

arrow Ətraflı
“Kredit House” BOKT-un rəhbərliyi dəyişib like
  • 11 İyl 11:16  
İqtisadiyyat “Kredit House” BOKT-un rəhbərliyi dəyişib

İracəddin İsmayılovu Emin Babayev əvəz edib

arrow Ətraflı
Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir like
  • 11 İyl 11:16  
Digərləri Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir

Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-

arrow Ətraflı
İstehlakçıların su təchizatının dayandırılması halları artırılıb like
  • 11 İyl 11:15  
Digərləri İstehlakçıların su təchizatının dayandırılması halları artırılıb

Azərbaycanda “Sudan istifadə Qaydaları”na dəyişikliklər edib.

arrow Ətraflı
"Səni çox sevirəm" -  Günel like
  • 11 İyl 11:13  
Şou-biznes "Səni çox sevirəm" - Günel

Bu gün müğənni Günel Zeynalovanın musiqiçi atası Rəhman Zeynalovun ad g

arrow Ətraflı
Azərbaycanda yeni assosiasiya yaradılır  FOTO like
  • 11 İyl 11:12  
Digərləri Azərbaycanda yeni assosiasiya yaradılır FOTO

"Azərbaycanda Tekstil məhsullarının istehsalçıları və ixracatçıla

arrow Ətraflı
Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb like
  • 11 İyl 11:09  
Dünya Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb

Yeniyetmə nömrəni "Washington Post" qəzetində gedən yazıdakı şəkildə

arrow Ətraflı
Günel üçüncü dəfə ayrıldı like
  • 11 İyl 11:09  
Şou-biznes Günel üçüncü dəfə ayrıldı

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın nişanlısı Cem Ozan Toru

arrow Ətraflı
Pərvizin toyu oldu  VİDEO  FOTO like
  • 11 İyl 11:08  
Şou-biznes Pərvizin toyu oldu VİDEO FOTO

Müğənni Pərviz Abdullayevin toyu olub.

arrow Ətraflı
Oğulları Şahzadə Diana haqqında filmdə - video+foto like
  • 11 İyl 11:05  
Şou-biznes Oğulları Şahzadə Diana haqqında filmdə - video+foto

Şahzadə Uilyam və Harri anaları şahzadə Diana haqqında çəkilən "Diana,

arrow Ətraflı
Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır like
  • 11 İyl 11:03  
Digərləri Çempionlar Liqası: “Qarabağ” ilk matçına çıxır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan &ldquo

arrow Ətraflı