Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planının son variantı təsdiq olundu


Digərləri 11 İyl 2017 10:11:00 38 0

Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planının son variantı təsdiq olundu

Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planının son variantı təsdiq olunub.

Bakı. Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planının son variantı təsdiq olunub. Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 20 iyun tarixində Azərbaycanın Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə növbəti iclası keçirilmişdi. Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 11 aprel 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərədə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş tədbirlər planı müzakirə olunub. Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən istifadə edilib. Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub. Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək. Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunmuş və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilmiş və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı 10 iyul 2017-ci il tarixində Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub. İclasda, həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olub.
loading...
Borxa Valero Milan klubunda like
  • 11 İyl 10:08  
İdman Borxa Valero Milan klubunda

"Fiorentina"nın yarımmüdafiəçisi Borxa Valero karyerasını "İnt

arrow Ətraflı
Türkiyəli milyarder sevgilisi ilə tətildə  FOTO like
  • 11 İyl 10:07  
Digərləri Türkiyəli milyarder sevgilisi ilə tətildə FOTO

Türkiyəli milyarder iş adamı Ali Ağaoğlu tətilə çıxıb.

arrow Ətraflı
Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi like
  • 11 İyl 10:06  
Digərləri Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Türkiyənin Enerji və təbii sərvətlər naziri Berat Albayraq 22-ci D&uu

arrow Ətraflı
Bakıda gənc özünü asdı like
  • 11 İyl 10:03  
Digərləri Bakıda gənc özünü asdı

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

arrow Ətraflı
“Müharibə göstərdi ki, bizim tanklar işə yaramır...” like
  • 11 İyl 10:01  
Digərləri “Müharibə göstərdi ki, bizim tanklar işə yaramır...”

Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə

arrow Ətraflı
Toydan sonra yaxta gəzintisinə çıxdılar - fotolar like
  • 11 İyl 09:57  
Şou-biznes Toydan sonra yaxta gəzintisinə çıxdılar - fotolar

Hollivud ulduzu Culianna Haf xokkey ustası Bruks Laik ilə ailə qurub.

arrow Ətraflı
Moskvada ticarət mərkəzində YANĞINDA xəsarət alanların sayı 18 oldu like
  • 11 İyl 09:54  
Digərləri Moskvada ticarət mərkəzində YANĞINDA xəsarət alanların sayı 18 oldu

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində "Rio" ticarət-əyləncə mə

arrow Ətraflı
ETSN-in saytında “Onlayn hava keyfiyyəti məlumatları” bölməsi yaradılıb like
  • 11 İyl 09:48  
Sosial ETSN-in saytında “Onlayn hava keyfiyyəti məlumatları” bölməsi yaradılıb

Daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün a

arrow Ətraflı
"Sevilla" futbolçusu ilə müqavilə yenilədi like
  • 11 İyl 09:48  
İdman "Sevilla" futbolçusu ilə müqavilə yenilədi

"Sevilla"nın yarımmüdafiəçisi Vitolo klubla müqaviləsini ye

arrow Ətraflı
"Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü -  fotolar like
  • 11 İyl 09:44  
Şou-biznes "Papito"nun ifaçısı Bakıda pis vəziyyətə düşdü - fotolar

Xəbər verdiyimiz kimi, “Papito chokolato” mahnısı ilə məşhur olan See

arrow Ətraflı
“Nikoil Bank” yeni xidmətini istifadəyə verib like
  • 11 İyl 09:43  
İqtisadiyyat “Nikoil Bank” yeni xidmətini istifadəyə verib

"SMS-banking" xidmətinə qoşulmaq üçün Bankın yerli bölməsinə təqdim e

arrow Ətraflı