Zaqatala sakininin pulunu oğurlayanlar yaxalandı


Digərləri 05 İyl 2017 16:12:00 69 0

Zaqatala sakininin pulunu oğurlayanlar yaxalandı

Zaqatala rayonu, Yuxarı Tala kənd sakini İlqar Davudovun evindən pul və qızıl-zinət əşyaları oğurlayanlar yaxalanıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Süleyman Davudov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu Natiq və Şahin adlı həmyerliləri ilə birlikdə törətməsi müəyyən edilib. Görülmüş tədbirlərlə Natiq İsmayılov və Şahin Harunov da saxlanılaraq RPŞ-yə gətiriliblər.

Aparılan araşdırmalar zamanı oğurluğun törədilməsində Süleymanın həm də bələdçilik etməsi, Şahinin isə sürücü kimi fəaliyyəti müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri ilə onların zərərçəkmişin evinə pəncərədən girərək oradan içərisində 1200 ABŞ dolları, 8000 manat dəyərində qızıl-zinət əşyalarının olduğu çantanı götürdükdən sonra istirahət guşələrindən birinə gedərək əldə etdikləri qəniməti öz aralarında bölmələri, çantanı isə şəhərin kənarından keçən Vilvan çayının kənarına atmaları müəyyən edilib.

Çanta da maddi sübut kimi polis əməkdaşları tərəfindən həmin yerdən tapılaraq götürülüb və istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib like
  • 20 Apr 13:40  
Digərləri BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində "Fizikaya müasir baxış” ("Modern T

arrow Ətraflı